"Şamaxı" Türkmənistan klubu ilə qarşılaşacaq

6.09.2023 16:08 247
Ölkə futbolu
"Şamaxı" yoxlama oyununu keçirəcək.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 1-ci liqa təmsilçisi Türkmənistanın “Nebitçi” klubu ilə qarşılaşacaq.

Sentyabrın 8-də Qəbələdə keçirilək oyun saat 17.00-da start götürəcək.

Qeyd edək ki, "Nebitçi" Türkmənistanın yüksək liqasında çıxış edir. Komanda 14 turdan sonra 25 xalla 3-cü pillədə qərarlaşıb.