• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

1-ci liqa klubu həkimin də borcunu ödəmir

1-ci liqa / Manşet

6-09-2023, 12:0

Bu mövsüm 1-ci liqada çıxış edəcək “İrəvan” ətrafında söz-söhbət səngimək bilmir.

Komanda formalaşanda düşərgədə olanlar indi bir-bir kollektivdən ayrılır. Əvvəlcə bəzi futbolçular, sonra baş məşqçi Elbrus Məmmədovla digər məşqçilər, həkim heyəti yolları ayırdı. Bir sözlə, “İrəvan”da vəziyyət fərqlidi. Hamı da klub prezidenti Zahid Niyazəliyevdən şikayətçidi. Qərbi Azərbaycan təmsilçisində həkim vəzifəsini yerinə yetirmiş Şükür Əliyev də redaksiyamızla əlaqə saxlayaraq “qırmızı-ağlar”ın rəhbərliyindən şikayətləndi:

“İyulda Şuşada klub rəhbərliyi ilə görüşdüm. Klubun yaranması ilə bağlı məndə informasiya var idi. Rəhbərliyə bildirdim ki, həkim kimi burda çalışmaq istəyirəm. Dedilər ki, sizə cavab verəcəyik. Bir həftə keçəndən sonra menecer Elbrus Orucəliyev zəng elədi ki, işə başlaya bilərsiz. Mən də ayın 10-dan klubun düşərgəsinə yollandım. Orda məşq proseslərində iştirak edirdim. Köməkçim də var idi - Elçin Gülverdiyev idi. Onunla birgə işləyirdim. Fəaliyyətə başlayanda dedim ki, futbolçular üçün tibbi ləvazimatlar lazımdı. Ağrıkəsicilər, mazlar və başqa dərmanlar istifadə olunmalı idi. Dedilər ki, həkim, bunu özünüz alın, biz sizə ödəniş edəcəyik. Amma çekləri saxlamağımı istədilər. Mən də razı oldum. 50-100 manat dəyəri olan dərmanları aldım. Ümumilikdə 675 manat dəyəri olan ləvazimata pul xərcləmişəm. Bir də idman çantası almışam. Bunları alandan sonra Zahid Niyazəliyəvə məlumat verdim ki, lazım olan ləvazimatları aldım. O da dedi ki, narahat olma, ödəyəcəyik. Ayyarım işimə davam etdim. Əvvəlcədən deyilmişdi ki, sənlə rəsmi müqavilə bağlayacağıq, maaşını da verəcəyik. Mən də baş məşqçi Elbrus Məmmədovdan soruşurdum ki, pullar nə vaxt veriləcək? Dərmanların pulları ödəniləcəkmi? Ayın 23-ü bizə dedilər ki, öhdəliklər yerinə yetirilmir. Dedik ki, bizə maaş vermirsizsə, bura nəyə gələk? 25-i mənə zəng elədilər. Soruşdular ki, sən niyə məşqə gəlmirsən? Dedim ki, mən çıxmamışam. Amma mənim pulumu ödəyin. Dedilər ki, yaxşı. 25-i getdim. Gördüm ki, başqa baş məşqçi artıq işə başlayıb. Nazim Süleymanov özü ilə həkim gətirib. Mənə də dedilər ki, həkim, sənə olan borcumuzu hər ay 100 manat ödəyəcəyik. Sən demə, verməyə pulları yox imiş. Onlara dedim ki, axı mən pulu borc almışam, qaytarmalıyam. Sonra da Zahid müəllim deyib ki, bizim ona verəcəyimiz pulumuz yoxdu. Mənim nə maaşımı verdilər, nə də aldığı dərmanların ödənişini etdilər. Mən artıq onlardan istifadə etmişəm. 1 qutu silikon 150 manatdı. 3 yoxlama oyunu keçirildi. Həmin qarşılaşmalarda mən də olmuşam. İdmançılara tibbi xidmət göstərmişəm. Özüm də Qərbi Azərbaycandanam, hərbçiyəm. Vətənimə, dövlətimə xidmət eləmişəm. Aprel döyüşlərinin iştirakçısıyam. Başa düşmürəm ki, bu qədər işin qarşılığında bunlar məni niyə aldadırlar? Heç nə olmamış kimi başqa həkim gətiriblər ki, yerimə işləsin. Onlara öz iradımı bildirdim. Qeyd etdim ki, əsas rəhbərliyə sizdən şikayət edəcəm”.


Şükür bəydən problemin əsas səbəbinin nə olduğunu və klubun İdarə Heyətinin üzvü olan Alı Alıyevin ona dəstək olub-olmadığını soruşduq:

“Onların pulu yoxdu. Uzatmalarının da səbəbi budu ki, bizi aldadaraq başqa heyəti gətirmək istədilər. Soruşuram ki, məni siz dəvət etdiz. İndi niyə başqası həkimlik edir? Onlar da bildirdi ki, yeni baş məşqçi başqa həkimlə işləmək istəyib. Klub rəhbərliyi də onun fikrinə hörmətlə yanaşıb. Hələ ki gözləmə mövqeyindəyəm. 5-10 gün ərzində onlardan xəbər gözləyirəm. Bu məsələ müsbət həllini tapmasa, Qərbi Azərbaycan İcmasının sədrinə şikayət edəcəm. Bu da həllini tapmasa, klubu məhkəməyə verəcəm. Başqa yol yoxdu. Alı müəllimlə bu barədə danışmamışıq. Birdən-birə məlumatımız oldu ki, o da klubdan ayrılıb. Yəqin rəhbərliklə arasında anlaşılmaz olub. Bu səbəbdən o da klubla yolları ayırıb. Vallah, mənimlə əvvəlcədən elə mehriban davranırdılar. Hamısına da hörmət edirdim. Lakin son anda mənimlə əlaqəni kəsdilər. Bu da çox təsir etdi. Başa düşdüm ki, bu hadisələr planlı şəkildə baş verib. Əvvəlcədən mənlə xoş davranaraq komandadan uzaqlaşdırdılar. Çünki pul vermək istəmirdiklər. Lakin deyilmişdi ki, ödənişlər olacaq. Yenə deyirəm, avqustun ayın 23-də “İrəvan”dan ayrılmışıq. 24-25-i futbolçulara paketin içində ödəniş edilib. Mən də etirazımı bildirdim. 45 gün ərzində əynimə formanı geyərək oyunçulara tibbi xidmət göstərmişəm, günün altında işləmişəm. Meydanda can qoyanlardan biriyəm. Mənə nə üçün pul vermirlər? Bildirdilər ki, müqavilə olmadığına görə sizə hələ ki ödəniş yoxdu. Düzünü deyəcəm. Mənə hədə-qorxu gəlməyiblər. Əlimdə olan çekləri menecerə göndərmişəm. Onlara dərmanların nə qədər etdiyini söyləyərək demişəm ki, mənim pulum ödənilsin. Yenə deyirəm, idman direktoru Vüqar, menecer Elbrus Orucəliyev və klubun prezidenti Zahid Niyazəliyev dəfələrlə dedilər ki, dərmanları al, pulunu biz sənə ödəyəcəyik. Bir dəfə də özləri gedərək firmadan ləvazimat götürmüşəm. Dedilər ki, əmin ol, ödəyəcəyik. Amma niyə pulum verilmir? Bunu başa düşə bilmirəm”.


Ümumiyyətlə, “İrəvan” haqda söz-söhbət səngimir. Dəfələrlə mediada Qərbi Azərbaycan təmsilçisi haqda mənfi fikirlər səslənib. İndi klubun sabiq həkiminin dediklərindən də başa düşülür ki, “qırmızı-ağlar”da nəsə böyük problem var. Bu mövzunu davam etdirəcəyik.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

10-07-2023, 22:0

"İrəvan" güclü heyət formalaşdırır

Manşet / Müsahibə

27-06-2023, 14:0

Elbrus Məmmədov: “İrəvan”ın heyətində tanınmış, təcrübəli oyunçular yer alacaq” - MÜSAHİBƏ

1-ci liqa / Manşet / Müsahibə

14-07-2023, 20:0

Zahid Niyazəliyev: “Əminəm ki, cənab Prezident bu stadionun adını dəyişərək “İrəvan Arena” edəcək”

Ölkə futbolu / Manşet

11-05-2023, 17:0

Bu klub çempionat oyunlarını BOS-da keçirmək istəyir - AÇIQLAMA

Ölkə futbolu / Manşet

6-07-2023, 16:0

Rahid Əmirquliyev aydınlıq gətirdi

1-ci liqa / Manşet

16-07-2023, 21:0

"İrəvan" bu jurnalistləri məhkəməyə verə bilər - AÇIQLAMA

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Dünən, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Dünən, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Dünən, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Dünən, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Dünən, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Dünən, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Dünən, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Dünən, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Dünən, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Dünən, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Dünən, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Dünən, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • 21-04-2026, 23:0
    Almeyda xəyanətlə üzləşib
  • 21-04-2026, 23:0
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • 21-04-2026, 23:0
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • 21-04-2026, 22:0
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • 21-04-2026, 22:0
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • 21-04-2026, 21:0
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
Daha çox
Oxunub: 594
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 267
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə