• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dünya ulduzları Leonu izləməyə gəldi

Dünya futbolu

5-09-2023, 19:0

Lionel Messi ABŞ publikasını əyləndirməkdə və “İnter Mayami”ni arxasınca daşımaqda davam edir.

"Football-plus.az" xəbər verir ki, Devid Bekhemin sahibi olduğu Mayami təmsilçisi MLS çərçivəsindəki növbəti oyunda səfərdə son çempion statusunda olan “Los Anceles”lə qarşılaşdı. Kaliforniyadakı qarşılaşmada Leo qol vurmasa da, hesabına 2 məhsuldar ötürmə yazaraq komandasının 3:1 hesablı qələbəsində mühüm rol oynadı. Beləliklə, “İnter Mayami”nin Messinin transferindən bəri məğlubiyyətsiz seriyası davam edir. Komanda argentinalı superulduzla birlikdə keçirdiyi 11 rəsmi oyundan 7 qələbə, 4 heç-heçə ilə ayrılıb. Bu 4 heç-heçədən 3-də oyun penalti seriyasına qədər uzanıb və bunların hamısında “İnter Mayami” qalib gəlib. Messinin isə bu 11 qarşılaşmada hesabında 11 qol və 5 məhsuldar ötürmə var! Mayami klubu MLS-in müntəzəm mövsümündə çıxış etdiyi Qərb konfransında 25 oyuna topladığı 25 xalla sondan əvvəlki, yəni 14-cü pillədə qərarlaşıb. Sona 8 tur qalmış komandanı pley-off zonasından 8 xal ayırır. Leo oyundan sonra bunları dedi:

“Bu, əsil səviyyəmizi və nəyə qadir olduğumuzu görmək üçün əla fürsət idi. Çünki çox yaxşı rəqibə qarşı oynadıq. “Los Anceles” son çempiondu. Gələcəyə ümidlə baxmaq üçün çox mühüm qələbə qazandıq. Komanda günü-gündən inkişaf edir. Artıq bir titul qazanmışıq. Düzdü, “Liqalar Kuboku”nda bəzi anlarda bəxt də bizim tərəfimizdə oldu. İndi diqqətimizi pley-offa yönəldəcəyik. Ora vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik”. Hazırda “Los Anceles”in şərəfini qoruyan İtaliya futbolu və “Yuventus”un əfsanəsi Corcio Kyellini də oyundan sonra “İnter Mayami”nin oyununa duyduğu heyranlığı gizlədə bilmədi: “İnter Mayami” indiyə qədər ABŞ-da qarşılaşdığım rəqiblər arasında açıq-ara fərqlə ən güclü kollektivdi. Söhbət təkcə “Barselona”nın sabiq “üçlü”sünün (Messi, Buskets, Alba) heyətdə olmasından getmir. “İnter Mayami” həqiqətən də çox gözəl komanda formalaşdırıb. Düzdü, onların pley-offa düşməsi asan görsənmir. Amma düşünürəm ki, bu hədəfə çatacaqlar. Öz konfransımızda birinci olmağımızı istəməzdim. Çünki belədə pley-offun birinci mərhələsində çox güman, “İnter Mayami” ilə qarşılaşmalı olacağıq”.


Kaliforniyadakı “BMO Stadionu”nda keçirilən oyunda ən diqqətçəkən məqam tribunadakı məhşur simaların bolluğu oldu. Onların hamısı Messinin oyununa baxmağa gəlmişdilər. Britaniya şahzadəsi Harri və onun həyat yoldaşı Meqan Markl, aktyorlar Leonardo Di Kaprio, Edvard Norton, Tobi Maquayr, Tom Holland, Cerard Batler, Ouen Uilson, eyni zamanda “Los Anceles”in sahibi olan Uill Ferrell, məhşur müqənni Selena Qomes, reperlər Tiqa və Nas, ulduz basketbolçular Lebron Ceyms, Ceyms Harden, sabiq tanınmış basketbolçu Mecik Conson və s. Qarşılaşmanı ümumilikdə 40-dan çox tanınmış müxtəlif peşə sahibləri izlədi. Onlardan bəziləri oyundan sonra hətta Leodan imza da götürdü! Bu qədər ulduz axını sosial şəbəkələrdə də böyük müzakirələrə səbəb oldu. Futbolsevərlər “İnter Mayami”nin oyununu nüfuzlu “Oskar” mükafatının təqdimat mərasiminə bənzətdilər. Sonda onu da bildirək ki, Messi Argentina yığmasına dəvət aldığından “İnter Mayami” qarşıdakı iki oyunu onsuz keçirməli olacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-07-2023, 16:0

Messi “İnter Mayami”də qolla debüt etdi

Dünya futbolu

17-05-2022, 11:0

Messi "İnter Mayami"yə keçəcək

Dünya futbolu

27-07-2023, 16:0

“İnter Mayami” Messi ilə qarşısıalınmazdı

Dünya futbolu

29-07-2023, 14:0

Bekhem ''İnter Mayami'' ilə bağlı yeni hədəfini açıqladı

Dünya futbolu

18-07-2023, 23:0

Messi “İnter Mayami”də nə vaxt debüt edəcək?

Dünya futbolu

22-08-2023, 22:0

Messinin ABŞ karyerası titulla başladı

Aktual
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
“Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
Son xəbərlər
  • Bu gün, 20:44
    Açılış günü həyatını itirdi...
  • Bu gün, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Bu gün, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Bu gün, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Bu gün, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Bu gün, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Bu gün, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Bu gün, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Bu gün, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Bu gün, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Bu gün, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Bu gün, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Bu gün, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Bu gün, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Bu gün, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Bu gün, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Bu gün, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Bu gün, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 13:18
    Murad Musayev "Şəfa"da
  • Bu gün, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Bu gün, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Bu gün, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Bu gün, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 10:00
    Karyerasını başa vurdu
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
Daha çox
Oxunub: 498
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 204
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 166
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə