İrvinq Losano “Napoli”ni tərk edib.
“Football-plus.az” xəbər verir ki, keçmiş komandasına qayıdıb. Meksikalı futbolçu 15 milyon avroya PSV-yə satılıb. 28 yaşlı İrvinq 2019-cu ilin yayında Niderland klubundan “Napoli”yə 45 milyon avroya satılmışdı.
Losano neapolluların heyətində bütün turnirlərdə 155 oyuna çıxıb, 30 qol vurub və 17 məhsuldar ötürmə edib.