Böyük futbol olduğu kimi uşaq futbolunda da problem çoxdu.
"Football-plus.az"a bunu isbat edən məlumat daxil olub. Sən demə, ötən mövsüm "Neftçi"nin U-9 komandasında çıxış edən futbolçulardan 7-8-i kollektivdən ayrılıb. Onlar Gənclər və İdman Nazirliyinin balansında olan "Ulduz"a keçib. Kollektivin digər üzvləri isə başqa komandalara keçib.
Ayrılıqların səbəbi valideynlərin məşq prosesindən narazılığı olub. Sən demə, "Neftçi"nin U-9 komandasının çalışdırıcısı İslam Kərimov azyaşlı uşaqlardan ancaq nəticə tələb edirmiş. Valideynlər övladlarının belə inkişaf etməyəcəyini düşünərək "Neftçi"dən aparıblar.
İLKİN SULTANLI