Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ" "Oliimpiya"nı qəbul edəcək.
Səfərdə iki qol vurmaqla qalib gələn ağdamlılar önəmli üstünlük qazanıb. Amma rəqib düşərgə də məğlubiyyətə rəğmən, çox iddialıdı və hələ heç nəyin bitmədiyini deyir. Belədə "Olimpiya" nəyin hesabına geridönüş edib mərhələ keçə bilər? Füzuli Məmmədovun bu sualla bağlı "Football-plus.az" saytına dedikləri:
"Olimpiya" tərəfinin iddialı, nikbin danışması təbii və gözlənilən haldı. Hansı məğlub olmuş komanda “cavab matçına da yenilgi üçün gəlirik” deyər?! "Olimpiya"nın oyunçuları taktiki və fərdi keyfiyyətlər baxımından "Qarabağ"ın futbolçularından üstün deyil. Ona görə də təmsilçimizin üstünlüyü əldən verəcəyi inandırıcı deyil. Rəqib ancaq bir halda üstünlük əldə edib, mərhələ keçə bilər. Gərək "köhlən atlar"ın oyunçuları fərdi səhvlər etsin və sloveniyalılar bundan maksimum faydalansınlar, öz qapılarını da toxunulmaz saxlasınlar. İnanmıram ki, axşamkı matçda Qurban Qurbanovun yetirmələri kobud səhvlərə “göz oxşayalar".
ABDULLA İSMAYILOĞLU