• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xunində iki het-trik: mükafatçılar qələbə qazana bilmədilər - TƏHLİL

Dünya futbolu

10-02-2023, 16:0

Startı yanvarın 28-də verilən Argentina çempionatının yeni mövsümündə fevralın 4-7-si aralığında 2-ci turun oyunları keçirildi. Tur daha çox ötən mövsümün mükafatçılarının qələbə qazana bilməməsi ilə yadda qaldı.

Football-plus.az xəbər verir ki, mövsümə “Atletiko Tukuman” üzərində qələbə (1:0) ilə başlayan “Boka Xuniors” növbəti ev oyununda büdrədi. Son çempion “Sentral Kordoba” ilə qolsuz heç-heçəyə razılaşdı. Meydan sahibləri rəqibini yalnız topa böyük ölçüdə - 72 faiz yiyələnməkdə üstələdilər. Qalan göstəricilər isə təxminən bərabər oldu. Tərəflərin qapıya hərəyə 3 dəqiq zərbə endirdiyini və qapıçıların bütün zərbələri dəf etdiyini də bildirək. 66-cı dəqiqəyə təsadüf edən epizodu xüsusi vurğulamalıyıq. “Sentral Kordoba”nın qazandığı penaltini Kastelli qola çevirə bilmədi. Hücumçunun zərbəsini “Boka Xuniors”un 35 yaşlı qapıçısı Serxio Romero dəf etdi. Nəticədə paytaxtdakı matç başladığı hesabla sona çatdı.

Son mövsümdə çempionluq şansını dramatik şəkildə əldən verən vitse-çempion “Rasinq” azarkeşlərini yenə məyus etdi.
Yeni “futbol ili”nə evdə “Belqrano” ilə heç-heçə oynamaqla başlayan Fernando Qaqonun komandası “Arxentinos Xuniors”a qarşı səfər matçını əliboş başa vurdu. Qonaqların 36-cı dəqiqədən sona qədər 10 nəfərlə mübarizə apardıqlarını qeyd edək. Sağ cinah müdafiəçisi Kaseresin kobud oyuna görə qarşısında birbaşa qırmızı vərəqə görməsi avelyanedalıların işini daha da çətinləşdirdi. Onların çilili qapıçısı Aryas oyun ərzində 5 dəfə seyv etsə də, 74-cü dəqiqədə Kabralın zərbəsi qarşısında aciz qaldı. Bu mövsüm ilk məğlubiyyətini alan “Rasinq”dən belə başlanğıc gözlənilmirdi.

Ölkə çempionatının bürünc mükafatçısı “River Pleyt” yeni çalışdırıcı ilə uğurlu start götürsə də, növbəti oyun paytaxt komandası üçün uğursuz alındı.

Ötən ilin sonunda komandadakı 8 illik fəaliyyətini başa vuran Marselo Qalyardonun xələfi Martin Demiçelisin baş məşqçi kimi ikinci sınağı “Belqrano” ilə səfər oyununa təsadüf etdi. Ev sahibləri oyun planında rəqibdən aşkar geri qalsalar da, ölkə nəhəngindən maksimum xal ala bildilər. Bunun əsas səbəbi “Belqrano”nun effektli oyunu ilə bağlı oldu. Demiçelisin komandası 37 yaşlı Roxas və 34 yaşlı Veqetti ilə bacarmadı: oyundaşının iki ötürməsini dəyərləndirən Veqetti komandasının 2:1 hesablı qələbəsini təmin etdi.
Xunin şəhərindəki oyunda da maraqlı fakt qeydə alındı. “Sarmyento” – “Barrakas Sentral” matçında 8 qol vuruldu.

Qondou ilə Sepulveda ev sahiblərinin 3:5 hesabı ilə uduzduqları oyunda cari mövsümdə het-trik edən ilk oyunçular oldular.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-02-2023, 19:0

Son çempion yeni mövsümə qələbə, vitse-çempion heç-heçə ilə başladı - REPORTAJ

Dünya futbolu

24-10-2022, 09:0

29-cu dəfə Argentina çempionu oldu

Dünya futbolu

23-06-2022, 23:0

Teves futbol həyatında yeni səhifə açdı

Dünya futbolu

7-11-2022, 21:0

1 oyunda 11 qırmızı vərəqə

Aktual
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
"Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
Son xəbərlər
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə