• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Paytaxt komandaları ilk turdaca büdrədilər – TURUN ŞƏRHİ

Dünya futbolu

23-08-2023, 22:0

Avqustun 19-da A seriyasında yeni mübarizəyə start verildi. Şənbə günü 2023/24 mövsümü 4 oyunla başladı. İlk turda qeydə alınan nəticələr proqnozları ümumilikdə doğrultdu. Amma startda sürprizlərə də təsadüf edildi.

"Football-plus.az" xəbər verir ki, ötən mövsüm finişə 5 tur qalmış tarixinin 3-cü çempionluğunu rəsmiləşdirən “Napoli” yeni mövsümə statusuna uyğun başladı. İyunda öz istəyi ilə baş məşqçi vəzifəsini tərk edən Luçano Spallettiyə xələf olan Rudi Qarsiyanın rəsmi debütü uğurlu alındı. Qeyd edək ki, 2016-cı ilin yanvarında “Roma”nı tərk edən 59 yaşlı fransız çalışdırıcı 7 il yarımdan sonra İtaliyada ilk sınağını verdi. Onun yeni komandası 4 ildən sonra A seriyasına qayıdan “Frozinone”nin qonağı idi. Ev sahibləri zədəli Kvaratsxeliyasız oynayan çempiona qarşı matçın hər iki hissəsinin əvvəlində çox yaxşı təsir bağışladılar. Penalti ilə hesabı da açdılar. Lakin matçın gedişində səviyyə fərqi özünü göstərdi. “Frozinone” Politanonun 24-cü dəqiqədəki cavab qolundan sonra Di Lorentso – Osimhen əlaqəsinə qarşı heç nə edə bilmədi: kapitanın ötürmələri son mövsümün ən yaxşı (26 qol) bombardirinə dubl etmək imkanı yaratdı.

Şənbə günü meydana çıxan “İnter” də azarkeşlərini sevindirdi. Simone İnzaqinin komandası ötən mövsüm yalnız bir xal (2:2, 0:1) ala bildiyi “Montsa”nı A seriyasında ilk dəfə məğlub etməyi bacardı. Bu yay sıralarında az-çox yerdəyişmələr edən milanlıların 2:0 hesablı qələbəsini Lautaro Martines təmin etdi. Argentinalı dünya çempionu Dyumfris və yeni transfer Arnautoviçin ötürmələrini qola çevirdi.

Avqustun 19-da “Fiorentina” da yeni mövsümə qələbə ilə başladı. Ardıcıl ikinci il İtaliyanı Konfrans Liqasında təmsil edəcək “bənövşəyilər” Genuyada əla nəticəyə nail oldular. Bir ildən sonra A seriyasına qayıdan “Cenoa” evdə 1:4 hesablı darmadağına məruz qaldı.

İlk tur “Roma” üçün çox çətin keçdi. Joze Mourinyonun komandası evdə “Salernitana”dan yalnız bir xal ala bildi. Lorentso Pelleqrini, Dibala və Abraham kimi aparıcı hücumameyilli oyunçuların xidmətindən müxtəlif səbəblərdən məhrum olan ev sahibləri hesabı açsalar da, ikinci hissənin əvvəlində məğlub duruma düşdülər. İnadkar oyunu ilə seçilən salernolular qələbə hesabını qoruya bilmədilər. Yeri gəlmişkən, onlar bu il mayın 22-də də “Olimpiko”dan 2:2 hesablı “sülh”lə ayrılmışdılar.
“Latsio” da azarkeşlərini məyus etdi. Əslində paytaxt təmsilçisi Leççedə eyniadlı rəqibə qarşı oyuna yaxşı başlamışdı. İmmobilenin 26-cı dəqiqədə vurduğu qol uzun müddət “qartallar”ı qalib durumunda saxladı. Lakin son dəqiqələdə ev sahiblərinin təşəbbüsü ələ alması qonaqları, belə desək, göydən yerə endirdi. İki dəqiqəyə buraxılan iki qol Mauritsio Sarrinin komandasının mövsümə məğlub başlaması üçün kifayət etdi. “Qartallar”ın bu il yanvarın 4-də “Leççe”yə eyni hesabla (1:2) məğlub olduqlarını da bildirək.

Bu mövsüm avrokuboklarda oynamayacaq “Yuventus”un əsas diqqətini A seriyasına yönəldəcəyi hamıya bəllidi. Oyun qrafiki yüngül olacaq ölkə nəhənginin çempionat matçlarına daha yaxşı hazırlaşmaq imkanı var. Massimiliano Alleqrinin komandası yeni mövsümə Udinedə başladı. Start olduqca uğurlu alındı. Diqqəti cəlb edən məqamlardan biri təcrübəli mütəxəssisin adətən vinger kimi oynayan Kyezanı Vlahoviçlə birgə hücumçu mövqeyində oynatması oldu. Bu gediş ilk turda çox effektli alındı. Federiko 2-ci dəqiqədə Vlahoviçin ötürməsi ilə hesabı açdı. Hissənin ortalarında serb hücumçu penalti ilə komandasının növbəti qolunu vurdu. Fasiləyə az qalmış matçın ən yaxşı oyunçusu adına layiq olan Rabyo “Yuve”nin inamlı qələbəsini təmin etdi.

1-ci tur
Frozinone – Napoli 1:3
Harrui, 7-p. – Politano, 24. Osimhen, 42; 79. (15822)
Napoli: Meret, Olivera (Ruy, 77), Juan Jezus, Rrahmani, Di Lorentso, Zyelinski, Lobotka (Estiqor, 90+1), Kayuste (Zambo Angissa, 46), Raspadori, Politano (Elmas, 77), Osimhen (Simeone, 81).
İnter – Montsa 2:0
Lautaro Martines, 8; 76. (72509)
İnter: Zommer, A.Bastoni, De Vrey, Darmian (Bissek, 84), Dimarko (Auqusto, 67), Dyumfris (Kuadrado, 67), Barella, Mxitaryan, Çalhanoğlu, Lautaro Martines (Frattezi, 80), Türam (Arnautoviç, 67).
Cenoa – Fiorentina 1:4
Biraski, 58 – Biraqi, 5. Bonaventura, 11. Qonsales, 40. Mandraqora, 56. (33045)
Fiorentina: Terraçano, Biraqi, Ranyeri, Milenkoviç, Kayode (Dodo, 81), Mandraqora (Dunkan, 81), Artur, Brekalo, Bonaventura (İnfantino, 88), Qonsales (Sottil, 72), Nzola (Beltran, 82).
Sassuolo – Atalanta 0:2
De Ketelare, 84. Zortea, 90+3. (12298)
Atalanta: Musso, Kolaşinats, Skalvini, Cimşiti, Rucceri, Koopmeyners (Adopo, 87), De Roon, Zappakosta (Zortea, 72), Paşaliç (De Ketelare, 46), Lukmen (Skamakka, 62), Sapata (Ederson, 46).
Roma - Salernitana 2:2
Belotti, 17; 82 – Kandreva, 36; 49. (61000)
Roma: Patrisio, Lyorente, Smollinq (Karsdorp, 65), Mançini, Spinatsola (Zalevski, 65), Auar (Paqano, 90+2), Kristante, Bove (Paredes, 65), Kristensen (Sanşeş, 65), Əl-Şaaravi, Belotti.
Leççe - Latsio 2:1
Almkvist, 85. Di Françesko, 87 - İmmobile, 26. (29081)
Latsio: Provedel, Latsari (Luka Pelleqrini, 72), Romanyoli, Patrik, Maruşiç, Luis Alberto, Kataldi (Kastelyanos, 88), Kamada (Vesino, 54), Zakkanyi (Pedro, 72), Felipe Anderson (İsaksen, 54), İmmobile.
Udineze – Yuventus 0:3
Kyeza, 2. Vlahoviç, 20-p. Rabyo, 45+3. (24911)
Yuventus: Şçensnı, Danilo, Bremer, Aleks Sandro, Kambyaso (Aylinq, 70), Lokatelli, Rabyo, Miretti (Facoli, 46), Vea (Makkenni, 46), Kyeza (Milik, 77), Vlahoviç (Yıldız, 85).
Empoli – Verona 0:1
Bonatsoli, 75. (7940)
Torino – Kalyari 0:0
Bolonya - Milan 0:2
Jiru, 11. Pulişiç, 21.
Bombardirlər: Belotti (Roma), Kandreva (Salernitana), Lautaro Martines (İnter), Osimhen (Napoli) - 2.
Növbəti turun oyunları avqustun 26-28-i aralığında keçiriləcək: Frozinone - Atalanta, Montsa – Empoli, Milan - Torino, Verona – Roma, Yuventus – Bolonya, Fiorentina - Leççe, Napoli – Sassuolo, Latsio – Cenoa, Salernitana - Udineze, Kalyari – İnter.

Turun rəqəmi
31 – nəhayət, Andrea Belotti ölkə çempionatında “Roma”nın formasında qol hesabını açdı. 29 yaşlı hücumçu 31 oyunluq seriyasını “Salernitana” ilə matçda dayandırdı. Paytaxt klubuna bir il əvvəl azad agent kimi gələn Belotti ötən mövsüm A seriyasında heç cür qapıya yol tapa bilməmişdi. Amma yeni mövsümə dublla başladı.

Turun ulduzu
Antonio Kandreva (Salernitana) - veteran futbolçu “Roma” ilə matçda komandasının çətin səfərdə xal qazanmasında böyük rol oynadı. Meydanda böyük həcmdə iş görən Kandreva nəticəyə 2 qolla təsir etdi. Maraq üçün 36 yaşlı yarımmüdafiəçinin ötən mövsüm “Salernitana”nın formasında A seriyasında meydana çıxdığı 35 oyunda 7 qol vurduğunu xatırladaq. Görünür, yaş amili matçboyu meydanda olan Antonioya o qədər də təsir etmir.

Turun sitatı
Rudi Qarsiya, “Napoli”nin baş məşqçisi: “Hə, o, iki qol vurdu, hücumda əla təsir bağışladı və mən bu planda Osimhen haqqında heç bir pis fikir söyləyə bilmərəm. Amma Viktorun komanda müdafiə olunarkən meydandakı hərəkətləri heç xoşuma gəlmədi və bu fikrimi ona fasilə zamanı bildirdim”.

Oyundan sonra
Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi: “Yaxşılaşdırmalı olduğumuz iki komponent var. İkinci hissədə daha hərəkətli olmalı və topa daha çox nəzarət etməliydik. Hərçənd havanın çox isti olduğunu etiraf etməliyəm. İkinci problem səhvlərə yol verərkən meydanın özümüzə aid olan hissəsində yaxşı müdafiə oluna bilməməyimizdi. Hesabda 3:0 öndəsinizsə, bu, bir qədər asan məsələdi. Amma vəziyyət fərqli olsaydı, oyun bizim üçün çətin məcrada davam edərdi. Kyezanın hücumçu olduğunu düşünürəm. Səhv edə bilərəm, amma mən onu hücumda görürəm. O, cinahda oynayarkən əl-qolu bağlanmış oyunçuya bənzəyirdi. Amma gördüyünüz kimi, hücumda Vlahoviç ilə yaxşı tandem təşkil etdi. Onların birgə oyunu inkişaf edəcək. Kyezanın bir qədər cinaha meyilləndiyini də deməliyəm. Onun bu mövsüm təxminən 14-16 qol vura biləcəyini düşünürəm. Kambyaso çox ağıllıdı. Heyətdə Kyeza kimi meydanın bütün zonalarına hərəkət edə bilən oyunçunuz varsa, Kambyaso onun üçün lazımi məqamlarda boş sahələr tapa bilir. Kyezasız oyunda bizə müdafiənin cinahında Kostiç kimi xətti müdafiəyə daha çox uyğun gələn oyunçu lazım olacaq. Timoti Veaya A seriyasına uyğunlaşması üçün vaxt lazım olacaq. Debütündən razı qaldım, o, meydanı yüngül zədəyə görə tərk etdi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-06-2023, 13:0

Qarsiya 7 ildən sonra İtaliyaya qayıtdı

Dünya futbolu

7-05-2023, 16:0

Bir ildən sonra A seriyasına qayıtdılar

Dünya futbolu

27-07-2022, 12:0

Neapolu tərk edən Mertens İtaliyada qala bilər

İdman

9-03-2023, 15:0

Ferstappen yeni mövsümə də qələbə ilə başladı

Dünya futbolu

18-06-2023, 16:0

Qarsiya ''Napoli'' ilə ÇL-i qazanacaq?

Konfrans Liqası

13-03-2023, 16:0

“Vest Hem” öz rekordunu yeniləməyə davam edir - TƏHLİL

Aktual
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Son xəbərlər
  • Bu gün, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Bu gün, 14:32
    Liverpuldan Londona yollandı
  • Bu gün, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Bu gün, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Bu gün, 13:29
    Florensiyanı tərk etdi
  • Bu gün, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Bu gün, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Bu gün, 12:16
    Vembanyama niyə ağladı?
  • Bu gün, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
Daha çox
Oxunub: 714
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 249
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 248
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 156
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə