• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Levandovski “Barsa”nın, Bellingem “Real”ın köməyinə çatdı – TURUN ŞƏRHİ

Dünya futbolu

30-08-2023, 19:0

La Liqada mövsümün əvvəli nəhənglər üçün çətin keçir.

"Football-plus.az" xəbər verir ki, “Real”la “Barselona” qələbə yolunda əməlli-başlı əziyyət çəkir. İddialılardan “Real Sosyedad” hələ də qələbəyə həsrətdi, “Valensiya” hesabat turunda ilk məğlubiyyətlə barışdı, “Sevilya” isə turnir cədvəlinin dibindədi.

Turun mərkəzi oyununda “Vilyarreal” “Barselona”nı qəbul etdi. Təbii ki, yerli azarkeşlər stadiondan məyus ayrıldı. Axı onların sevimli komandası “Barsa”ya qalib gələ bilməmək ənənəsini davam etdirdi. Ancaq bu oyun həm də futbolun təntənəsi idi! Qırmızı vərəqəsiz, penaltisiz, dava-dalaşsız, amma istənilən zövqü oxşayan 7 qolun vurulduğu oyun... “Vilyarreal” debütdə yaxşı olsa da, üç dəqiqə ərzində ardıcıl iki qol buraxdı. Düzdü, meydan sahibləri özündə güc taparaq fasiləyə qədər hesabı bərabərləşdirə bildi. 2-ci hissədə, konkret 50-ci dəqiqədə isə Baena “sarılar”ı önə çıxardı. Ancaq qələbə hesabını qorumaq mümkün olmadı. Kataloniyalılar uzun müddət Kike Setyenin komandasının müdafiə xəttində boşluqlar axtardı, tapandan sonra isə yenə 3 dəqiqə ərzində iki qol vurdular. Belə düşünmək olardı ki, bizi çox qeyri-adi sonluq gözləyir. Axı hakimlər indi əsas vaxta çoxlu dəqiqə artırırlar. Ancaq “sarılar” necə yorulmuşdusa, sonda rəqibə lazımi səviyyədə təzyiq göstərmək mümkün olmadı. Əksinə, “Barsa” nəinki 5-ci, hətta 6-cı qola da yaxın idi. Hər iki məşqçi müdafiəçilərə çoxlu irad tutacaq. Hər halda, məhz bu oyun mövsümün o qədər də məhsuldar alınmayan startına bəzək vurdu.
“Real” Viqo səfərində çətinliklərlə üzləşdi. Artıq oyunun əvvəlində top Kepanın qoruduğu qapının toruna düşdü. Ancaq VAR qapıçıya qarşı kobudluğa görə qolun qeydə alınmasını əngəllədi. “Selta” bundan sonra da hücumda daha fəal idi, üç qol vəziyyəti də yaratdı. 18-ci dəqiqədə Vinisiusun zədə üzündən meydanı tərk etməsi Ançelottinin oyunla bağlı planlarını pozdu. Hər halda, madridlilər fasilədən sonra nisbətən fəallaşdı. Kroos ilə Modriçin meydana çıxması onların hücumlarına kəsər qatdı. 68-ci dəqiqədə Rodriqo özü qazandığı penaltini boşa verdi. Belə görünürdü ki, “Selta” sona qədər dözə, meydandan xalla ayrıla biləcək. Ancaq yenə də Bellingem amili işə düşdü. İlk iki oyunda fərqlənən debütant bu dəfə də meydanı qolsuz tərk etmədi. Kroos – Xoselu – Bellingem kombinasiyasını sonuncu baş zərbəsi ilə bitirdi. “Real” belə oyunlarda qələbəni əldən vermir. Ançelottinin komandası təcrübə hesabına oyunu qələbəyə daşıdı və zirvədə yerini qorudu.

İspaniyanın ÇL-dəki təmsilçilərindən “Real Sosyedad” mövsümə inamsız başlayıb. San-Sebastyan klubu növbəti dəfə favorit sayıldığı oyundan 1 xalla ayrıldı. Özü də heç-heçə oyunun məntiqi axarına uyğun idi. Basklar mövsümün potensial autsayderlərindən sayılan “Las-Palmas”la oyunda heç nə ilə yadda qalmadı. Düzdü, “Real Sosyedad” fasilədən sonra rəqiblə müqayisədə daha yaxşı oynadı. Ancaq bu üstünlükdən heç bir dividend götürə bilmədi.
“Betis” isə İspaniyanı ÇL-də yox, Avropa Liqasında təmsil edəcək. Sevilya klubunun “Atletik”lə oyununun ilk 10 dəqiqəsinə baxan istənilən şəxs bilbaoluların darmadağının qaçılmaz olduğunu düşünə bilərdi. 11-ci dəqiqəyə 0:2 ilə başlayan “Atletik” sonradan inanılmaz şəkildə dəyişdi. Komandalar fasiləyə yollananda hesab artıq 3:2 idi. Vesqa ardıcıl iki penaltini dəqiq yerinə yetirdi, ilk yarıya əlavə olunan 7-ci dəqiqədə isə Quruseta baskları önə çıxardı. Aydın məsələdi ki, 2-ci hissə birinci qədər intensiv keçmədi. Bununla belə, “Atletik” sona 6 dəqiqə qalmış daha bir qol vurmağı bacardı.
Turun qalan oyunlarına gəlincə, “Qranada” “Malyorka”nı, “Jirona” “Sevilya”nı, “Osasuna” isə “Valensiya”nı məğlub etdi. “Kadis” – “Almeriya” oyunu “sülh”lə bitdi. Dünən axşam keçirilən son iki oyunda “Xetafe” və “Atletiko” sevindi.

3-cü tur
Vilyarreal – Barselona 3:4
Foyt, 26. Sörlot, 40. Baena, 50 – Qavi, 12. De Yonq, 15. Torres, 68. Levanovski, 71. (21679)
Vilyarreal: Yorgensen, Pedrasa, Kuenka, Qabbya, Foyt, Baena (Morales, 77), Parexo (Dias, 86), Kapu (Suares, 70), Terrats (Komesanya, 70), Sörlot, J.Moreno (Ahomaş, 70).
Barselona: Ter Ştegen, Alonso, Kristensen (Qarsiya, 46), Kunde, Roberto, De Yonq, Romeu (Torres, 63), Gündoğan (Lopes, 86), Qavi, Yamal (Fati, 76), Levandovski.
Selta – Real 0:1
Bellingem, 81. (23057)
Real: Kepa, Qarsiya (Naço, 80), Alaba, Rüdiger, Karvaxal, Kamavinqa (Kroos, 63), Çuameni (Modriç, 63), Valverde, Bellingem, Vinisius (Xoselu, 18), Rodriqo.
Las-Palmas – Real Sosyedad 0:0
(25335)
Real Sosyedad: Remiro, Munyos, Le Norman, Subeldiya, Traore, Barreneçea (Oyarsabal, 46), Merino, Subimendi, Kubo (Şo, 75), Fernandes (Sadik, 46), Mendes (Zaxaryan, 75).
Atletik – Betis 4:2
Vesqa, 30-p.; 45-p. Quruseta, 45+7. Qomes, 84 – Villian, 2. İsko, 10. (44340)
Qranada – Malyorka 3:2
Rubio, 12. Saraqosa, 46. Uzuni, 70-p. – Prats, 38. Koşta, 87. (16368)
Sevilya – Jirona 1:2
Qudel, 45+2 – Errera, 16. A.Qarsiya, 56. (29304)
Valensiya – Osasuna 1:2
Duro, 80 – Oros, 24-p. Vidal, 90+5-p. (42474)
Kadis – Almeriya 1:1
Ernandes, 59 – Kaiki, 90+5. (18653)
Xetafe – Alaves 1:0
Mayoral, 84-p.
Rayo Valyekano – Atletiko 0:7
Qrizmann, 2. Depay, 16. Molina, 36. Morata, 73; 84. Korrea, 79. Lyorente, 86.
1. Real 3 3 0 0 6-1 9
2. Atletiko 3 2 1 0 10-1 7
3. Jirona 3 2 1 0 6-3 7
4. Barselona 3 2 1 0 6-3 7
5. Atletik 3 2 0 1 6-4 6
6. Osasuna 3 2 0 1 4-3 6
7. Valensiya 3 2 0 1 4-3 6
8. Rayo Valyekano 3 2 0 1 4-7 6
9. Betis 3 1 1 1 4-5 4
10. Kadis 3 1 1 1 2-3 4
11. Xetafe 3 1 1 1 1-3 4
12. Real Sosyedad 3 0 3 0 2-2 3
13. Vilyarreal 3 1 0 2 5-6 3
14. Alaves 3 1 0 2 4-5 3
15. Qranada 3 1 0 2 4-7 3
16. Las-Palmas 3 0 2 1 1-2 2
17. Malyorka 3 0 1 2 3-5 1
18. Selta 3 0 1 2 1-4 1
19. Almeriya 3 0 1 2 2-6 1
20. Sevilya 3 0 0 3 5-8 0
Bombardir: Bellingem (Real) – 4.
Növbəti turun oyunları sentyabrın 1-3-ü aralığında keçiriləcək: Kadis – Vilyarreal, Almeriya – Selta, Jirona – Las-Palmas, Real – Xetafe, Alaves – Valensiya, Betis – Rayo Valyekano, Real Sosyedad – Qranada, Malyorka – Atletik, Atletiko – Sevilya, Osasuna – Barselona.

Turun rəqəmi
3 – Bellingem ardıcıl qol vurduğu oyunların sayını bu həddə çatdırdı. 20 yaşlı ingiltərəli yarımmüdafiəçi bu oyunlarda 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Cuda qədər Kriştiano Ronaldo da 2009-da “Real”ın heyətində keçirdiyi ilk 3 oyunda 4 qol vurmuşdu. Van der Vaart (2008), Sneyder (2007), Puşkaş (1958), Marşall (1956), Arbise (1941) və Laskano (1929) da İspaniya çempionatında ilk üç oyunda 4 qol vurmağı bacarıb.

Turun ulduzu
Lamin Yamal (Barselona) – məhz 16 yaşlı futbolçu Qaviyə verdiyi ideal ötürmə ilə rəqib müdafiəsinin yarılmasında həlledici rol oynadı. Üstəlik qələbə topu da onun əməyinin nəticəsidi. Levandovski Laminin dirəkdən dönən zərbəsini tamamladı. Yamal komandasının 1-ci və 4-cü qolunda yaxından iştirak etdi, oyunboyu qeyri-standart hərəkətlərlə yadda qaldı.

Turun sitatı
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “İdman direktoru Andrea Berta və baş direktor Migel Anxel Xil ilə danışmışam. Demişəm ki, nələr edə bilərik, nələr edə bilmərik. Səudiyyə Ərəbistanı ilə bağlı vəziyyət iki həftə də davam edəcək. Ən böyük təhlükə Avropa bazarı ilə bağlı deyil, növbəti iki həftədə əlində pul gəzəcək adamlarla bağlıdı”.

Oyundan sonra
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Oyunda dominantlıq etdik. “Vilyarreal” ilk 10 dəqiqəni yaxşı keçirdi. Hədsiz çox səhvə yol verdik ki, rəqib də buna görə bizi cəzalandırdı. Hesab 2:3 olandan sonra komandam yaxşı oynamağa başladı. Son nəticədə yetərincə yaxşı oyun keçirdik, ancaq müdafiədə də çoxlu səhvə yol verdik”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Selta” çox yaxşı müdafiə olunurdu, boş zonalar tapmaqda çətinlik çəkirdik. Bizdə penalti vurmaq seçimi sərbəst deyil. Valverdeyə dedim ki, penaltini Modriç vursun. Nə baş verdiyini bilmirəm. Onlar Rodriqonu seçdi, mən isə Modriçin vurmalı olduğunu çatdıra bilmədim. Bir qədər acıqlıyam. Bəlkə də arada anlaşmazlıq oldu. Bu qələbəni ustalıq yox, fədakarlıq hesabına qazandıq. Oyunumuzda çoxlu çatışmazlıq var idi, ancaq sona qədər işlədik. Hücum xəttimiz tam komplektləşib. Statistikadan da görünür: Benzemasız, Vinisiussuz 6 qol vurmuşuq. “Selta”nın qolunun ləğv edilməsi düz qərardı, Kepanın futbolkasından necə dartdıqlarını gördüm”.

Rafael Benites, “Selta”nın baş məşqçisi: “Əlbəttə, bizdə elə hissiyyat var ki, üç xalı əldən vermişik. Penalti epizodunda Vilyarın topa oynadığını görürük. Və Larsenin qolunun sayılmamasının səbəbini də anlamırıq. Qolunuz ləğv, qapınıza penalti təyin olunursa, bir-birinin ardınca səhvlərə yol verirsizsə, “Real”a uduzmağınız təbiidi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

19-04-2023, 20:0

“Real”la xal fərqi azaldı, “Barsa” qazondan şikayətləndi – TURUN ŞƏRHİ

Dünya futbolu

22-08-2022, 09:0

"Barselona"dan darmadağın, "Atletiko" uduzdu

Dünya futbolu

14-03-2023, 19:0

“Barselona” rekordlarla çempionluğa doğru gedir - REPORTAJ

Dünya futbolu

23-08-2023, 19:0

“Real” zirvədədi, “Barsa” sonda ayıldı – TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 18:0

“Real” üçün çempionat bitib - ŞƏRH

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • 4-06-2026, 22:0
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • 4-06-2026, 21:0
    Onun yolu Madridədi?
  • 4-06-2026, 21:0
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • 4-06-2026, 20:0
    Milli komandada yeni təyinat
  • 4-06-2026, 20:0
    Yeni kapitan oldu
  • 4-06-2026, 19:0
    Romadan Milana üz tuta bilər
  • 4-06-2026, 19:0
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • 4-06-2026, 18:0
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
Daha çox
Oxunub: 476
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 198
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə