U-18 1-ci Liqa klubu ilə heç-heçə etdi

30.08.2023 10:31 209
Yığma
Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət millimiz hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, 1-ci liqa təmsilçisi “İmişli” ilə görüş 1:1 hesabı ilə başa çatıb.

“Dalğa Arena”da keçirilən matçda millimizin yeganə qolunu 53-cü dəqiqədə Niyazi Osmanov vurub.