• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şçensnı 2024-cü ili nişan verdi - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

25-08-2023, 19:0

Voytsex Şçensnı “Yuventus”a 2017-ci ildə gəlsə də, komandanın əsas qapıçısı statusunu yalnız əfsanəvi həmkarı Canluici Buffon 2018-ci ildə PSJ-yə üz tutandan sonra qazanmışdı.

“Football-plus.az” xəbər verir ki, karyerasını bir neçə gün əvvəl başa vuran dünya çempionu tezliklə komandaya qayıtsa da, polşalı əlcək sahibi “çərçivə”dəki yerini itirməmişdi. Voytsex o vaxtdan turinlilərin hər mənada “1” nömrəli qapıçısı sayılır. 33 yaşlı futbolçu ölkəsinin “TVP Sport” telekanalına müsahibəsində əsasən bugünü və yaxın gələcəklə bağlı sualları cavablayıb.

- Komandanız bu mövsüm avrokuboklarda iştirak etməyəcək...
- Buna baxmayaraq, həftənin ikinci və üçüncü günlərini yenə Çempionlar Liqası həyəcanı ilə keçirəcəyəm. Amma bu həyəcanı yalnız televizor qarşısında yaşayacağam. Bizi avrokuboklardan kənarlaşdırdılar və mən bu qərara qarşı heç nə edə bilmərəm. Sadəcə, verilən hökmü qəbul etməyə çalışıram. Nə etmək olar, deməli, bu mövsüm məşqlərə və istirahətə daha çox vaxt ayıra biləcəyik. Avropada oynamamaq bizim üçün heç də dünyanın sonu demək deyil.

- Belə vəziyyətdə “Yuventus”un skudetto uğrunda yarışmaq perspektivini necə görürsüz?
- Dediyim kimi, bu mövsüm həftə ərzində öz üzərimizdə çalışmaq üçün yetərincə vaxtımız olacaq. İki gündən bir oynayırsansa, həftəlik proqramın təxminən belə görünür: matça çıxırsan və oyundan sonra bərpa üçün məşq keçirsən, sonra növbəti matça hazırlaşırsan və yenidən meydana çıxırsan. Belə qrafikdə mövsüm ərzində nəsə düşünmək üçün vaxtın olmur. Amma bundan sonra bizim üçün vəziyyət çox fərqli olacaq. Bu vəziyyətə alışmaq və çıxış edəcəyimiz turnirlərdə uğur qazanmaq üçün var gücümüzlə işləməliyik.

- Komandadan mümkün gedişinizlə bağlı şayiələr dolaşır...
- İndi sizin qarşınızda hansı formada əyləşdiyimi xatırlayın. Bəli, mən “Yuventus”un futbolkasını geymişəm. Burda kluba lazım olduğum qədər qalacağam. Bu fikri bir də təkrarlamağa hazıram.

- Bəs gələcəyiniz haqda nə deyə bilərsiz?
- Kim olduğumu yaxşı bilirəm və klub məni satmaq qərarını verməyincə “Yuventus”un oyunçusu kimi qalacağam. Bu kluba bir çox yöndən bağlıyam və rəhbərliyin qərarlarına hörmət edirəm. Bosslar mənim indi də “Yuventus”un qapısını qorumağımı istəyirlər. Bununla da haqqımda yazılan bütün şayiələrə son qoyulur.

- Turini ikinci eviniz sayırsız?
- Mənim iş yerim bu şəhərdədi. Peşəkar futbolçuyam və işlədiyim yerdə yaşayıram. Vətənim Polşaya və doğulduğum Varşavaya çox bağlıyam. Ümumiyyətlə, mənim yalnız bir evim var.

- Səudiyyə Ərəbistanından ala biləcəyiniz zəngə necə cavab verərdiz?
- Danışığa ilk növbədə arxasında bir neçə sıfır olan məbləğdən başlayaram (gülür). Kifayət qədər pulum var. Maraqlı çağırışlara üstünlük verirəm. “Yuventus”un qapısını qorumağı isə özüm üçün ən ciddi çağırış sayıram.

- Asiyanın bu ölkəsinə kütləvi axını necə dəyərləndirirsiz? Bu tendensiya uzun müddət davam edə bilər?
- Hələ Səudiyyə Ərəbistanına kütləvi transfer axınını təhlil etməmişəm. Futbol xəbərlərini nadir hallarda oxuyuram. Amma Asiya ölkəsinə bir çox tanınmış futbolçunun yollandığını bilirəm və bu, məni təəccübləndirmir. Söhbət ağlagəlməz məbləğlərdən gedir. Kimlərsə cəlbedici təklifi qəbul edə bilər və mənə elə gəlir ki, bu məntiqidi. Fikrimcə, pul dalınca qaçmaq yerinə başqa prioritetlər olmalıdı.

- “Yuventus”la daha bir neçə skudetto qazanmaq istəyiniz olmamış olmaz...
- Əlbəttə, bu istək həmişə var. Amma düzünü desəm, klubumuz qələbələrə o qədər alışıb ki, çempionluğun ertəsi gün meydana çıxıb yenidən qalib gəlmək istəyirsən. Sözsüz, son illər uğurlu çıxış edə bilmədiyimiz üçün məyusuq. Buna görə də indi geridönüş edərək daha yüksək hədəflər uğrunda mübarizə aparmaq üçün motivasiyamız aşıb-daşır.

- Karyeranızın sona yaxınlaşdığını düşünürsüz?
- Hələ ki yox. Əslində isə yaşıl meydanda bundan sonra çox da vaxtımın qalmadığını düşünürəm. Meydanda və bu klubda olduğum hər andan zövq almağa çalışıram. Vacib fiqur olduğumu hiss edirəm. Buna görə “Yuventus”un yenidən zirvəyə yüksəlməsi üçün əlimdən gələni edirəm.

- Bəs milli komandada nə vaxta qədər çıxış edəcəksiz?
- Bizim sənətdə vacib qələbələr və xoş olmayan məğlubiyyətlərdən sonra sürətli bərpaya alışmaq lazımdı. Dünya çempionatında Fransaya məğlubiyyət mənim üçün kədərli məqam idi. Matçın arxada qaldığına yalnız bir neçə gündən sonra əmin olmuşdum. 2024-cü ildə keçiriləcək Avropa çempionatı mənim üçün yığmada sonuncu böyük turnir olacaq.

- Futboldankənar həyatınız haqda nə deyə bilərsiz?
- İlk növbədə ailəmə daha çox vaxt ayırmalı olduğumu düşünürəm. Futbolda keçirdiyim son 17 ildə itirdiklərimi geri qaytarmalıyam. Müxtəlif işlərdən və təhsillə bağlı planlardan başqa ailəmə mənim peşəmə görə ala bilmədiklərini vermək istəyirəm.

- Oğlunuz sizin yolla irəliləyəcək?
- Hə, onda futbola böyük maraq görürəm. Təəssüf ki, onun “Real”ın azarkeşi olduğunu etiraf etməliyəm. Bu, mənim üçün bir qədər arzuolunmaz faktdı. Futbol oynamağı çox xoşlayır, bütün oyunçuları yaxşı tanıyır, onların vizit vərəqlərini toplayır. Bilirsiz, öz əyləncəmi mənə ən yaxın olan adamla bölüşmək, ona bəzi məqamları izah etmək, müxtəlif futbolçular haqda danışmaq və onunla futbol oynamaq mənim üçün çox xoşdu. “Yuventus”da məşqlər ağır keçir, amma oğlumla birlikdə məşq etmək mənə daha ağır görünür.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-11-2022, 11:0

Şçensnı qərarını açıqladı

Dünya futbolu

9-08-2022, 15:0

“Yuventus”da ciddi itki

Dünya futbolu

2-10-2022, 13:0

Buffon dünyanın ən güclü 5 qapıçısını açıqladı

DÇ 2026

1-12-2022, 13:0

Şçensnı mərci uduzsa da, Messiyə pul verməyib

Dünya futbolu

9-08-2023, 22:0

45 yaşınadək “çərçivə”də olan “Supermen”

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Bu gün, 11:47
    Millimiz bu gün İsveçlə qarşılaşacaq
  • Bu gün, 11:07
    "Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
  • Bu gün, 10:57
    “Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
  • Bu gün, 10:25
    "Neftçi" Serbiya klubu ilə üz-üzə
  • Bu gün, 10:00
    Azərbaycanın UEFA reytinqində əmsalı artdı
  • Bu gün, 07:45
    Fransa yarımfinala çıxdı, Hakimi evə yollandı - DÇ gecəsi
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Dünən, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Dünən, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Dünən, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Dünən, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Dünən, 13:00
    500-cü oyun, 550-ci qol
  • Dünən, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Dünən, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Dünən, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Dünən, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Dünən, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Dünən, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • 8-07-2026, 23:0
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • 8-07-2026, 23:0
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • 8-07-2026, 22:0
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • 8-07-2026, 22:0
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
Daha çox
Oxunub: 274
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 207
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə