• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

45 yaşınadək “çərçivə”də olan “Supermen”

Dünya futbolu

9-08-2023, 22:0

O, nəhayət, avqustun 3-də çoxdan gözlənilən qərarını açıqladı.

"Football-plus.az" xəbər verir ki, Canluici Buffon sosial şəbəkə hesabı vasitəsilə uzunmüddətli karyerasını başa vurduğunu bəyan etdi. Zarafat deyil, yaşıl meydanı 45 yaşında tərk etməyi lazım bildi! DÇ-2006-nın qalibinin bu meydanda indiyədək nələr etdiyini xatırlamağın məqamıdı.

İdmançı ailəsi və “Parma”da keçən ilk illər
Dünya şöhrətli futbolçu 1978-ci il yanvarın 28-də İtaliyanın Karrara şəhərində idmançı ailəsində dünyaya gəlib. Onun anası nüvə atıcılığı üzrə üçqat İtaliya çempionu, atası isə yüngül atlet, diskatan idi. Canluicinin futbol aləmindən olan qohumu da vardı: qapçı Lorentso Buffon vaxtilə “Milan” və “İnter”dəki çıxışı ilə tanınmışdı. Görünür, Canluicinin yeniyetmə yaşlarından “çərçivə”də dayanmaq istəyinə məhz bu qohumunun təsiri olub.
O, 1991-ci ildə “Parma”nın futbol akademiyasına qəbul olunur və tədricən özünü ən yaxşı tərəfdən göstərməyi bacarır. İstedadlı qapıçı artıq üç ildən sonra əsas komanda ilə məşqlərdə iştirak etməyə başlayır. Amma məşqçilər təvazökar xasiyyəti ilə də seçilən yeniyetməyə çox ehtiyatlı münasibət göstərməyi vacib sayırdılar. Amma vəziyyət elə gətirdi ki, 1995-ci ildə Buffon “Parma”nın heytində A seriyasında debüt etməli oldu. Səbəb komandanın bütün qapıçılarının zədələnməsi ilə bağlı idi. Debüt isə “Milan”la oyuna təsadüf etdi. Canluici ölkə nəhənginə qarşı matçda bacarıqlarını ən yüksək səviyyədə ortaya qoya bildi. Onda yalnız 17 yaşı vardı. Maraqlıdı ki, yeniyetmə futbolçu oyundan əvvəl komandanın çəkilən fotosunda görünməmişdi. Ona görə ki, A seriyasında debüt edəcəyini bilən futbolçu dərhal qapıdakı yerini tutmuşdu. Həmin oyundan sonra klubu ilə yeni – 5 illik müqavilə bağlamışdı.

1996-cı ildə “Parma”ya Karlo Ançelotti təyinat aldı. Canluici gənc mütəxəssisin gəlişindən bir müddət sonra komandanın əsas qapıçısı statusunu qazandı. Ölkə çempionatının 27 oyununda iştirak etdi. Həmin ilin sentyabrında isə avrokuboklarda da debüt oyununu keçirdi. UEFA Kuboku oyununda 18 yaşında ilk dəfə meydana çıxdı. Ümumiyyətlə, mövsüm yalnız onun deyil, komanda üçün də uğurlu alındı. A seriyasında 2-ci yeri tutan “Parma” Çempionlar Liqasında oynamaq hüququ qazandı. Lakin 1997/98 mövsümü parmallar üçün elə də uğurlu keçmədi. Buna baxmayaraq, qapının əsas sahibi olan Buffondan bütün ölkədə danışırdılar. Yerli tifozi Canluiciyə məhz həmin mövsümün gedişində məşhur “Supermen” ləqəbini verdi. Bu isə səbəbsiz deyildi. 20 yaşlı əlcək sahibi hardasa kosmik hadisələr törədirdi, əksər matçlarda komandasını real qollardan xilas edirdi. Hamı topun bir neçə saniyə sonra qapıdan keçəcəyini gözləyərkən gənc qapıçı zərbəyə inanılmaz reaksiya verirdi. Qeyd edək ki, məhz həmin dövrdə futbolçunun xarakterində yaxş mənada dəyişiklik baş verdi. Bunda isə Ançelottinin rolu oldu. Amma baş məşqçi 1998-ci ildə “Yuventus”dan aldığı təklifi müsbət cavabladı.

UEFA kuboku və “Yuventus”a keçid
Canluici 1998/99 mövsümündə karyerasının ilk titulunu qazandı – UEFA Kubokunun qalibi oldu. Onun komandası Moskvadakı “Lujniki” stadionunda keçirilən “Marsel” ilə final oyununda rəqibə heç bir şans vermədi – 3:0! Qapısını toxunulmaz saxlayan Buffon isə, sadəcə, möhtəşəm oyun sərgilədi! Həmin mövsüm parmalılar ölkə kubokunu da klub muzeyinə apardılar. Gənc Canluici bir sıra fərdi mükafatlara da layiq görüldü.

Bu uğurlarından sonra onun haqqında dünya futbolunda ən istedadlı qapıçılardan birini nişan verməklə danışırdılar. Amma Cici hələ yenicə başlayan karyerasında daha yüksək səviyyədə oynamaq arzusunda idi. 2001-ci ilin yayında onun “Roma” və “Barselona”nın maraq dairəsidə olması ilə bağlı xəbərlər yayılmağa başladı. Lakin romalılarla kataloniyalılar Buffonu sıralarına qata bilmədilər. Ona görə ki, gənc futbolçu fransalı müdafiəçi Lilian Türamla birlikdə “Yuventus”a satıldı. Onun klub karyerasının ən böyük uğurları məhz Turin klubu ilə bağlı olacaqdı...

Ölkə nəhəngi Buffona görə o dövr üçün dünya futbolunda rekord sayılan 52 milyon avro ödədi. Cici futbol aləmində ən dəyərli qapıçı statusuna 17 il - 2018-ci ilə qədər malik oldu. Bu isə çox şeydən xəbər verirdi. Sürətlə irəli gedərək qeyd edək ki, o, “qoca sinyora”nın sıralarında olduğu uzun illər ərzində transfer xərcinin əvəzini artıqlamasıyla ödədi. “Yuventus” onun gəlişindən sonra titulları sıralamağa başladı. Dərhal əsas qapıçı olan Cici yerini heç kimə uduzmadı. Komandadakı ilk iki mövsümündə İtaliya çempionu olan əlcək sahibi bu titulların sayəsində ölkənin ən yaxşı qapıçısı seçildi.

B seriyası macərası və yeni qələbələr
Yeni əsrin əvvələrində turinlilərin uğurları davam edirdi. Amma birdən xoş günlərin qarşısı kəsildi: 2006-cı ildə italiya futbolu tarixində ən böyük qalmaqallardan biri baş verdi. Qalmaqalın əsas günahkarı sayılan “Yuventus” iki skudettodan məhrum edildi, üstəlik B seriyasına göndərildi.

Yerli və xarici KİV saysız-hesabsız ulduz futbolçularla yanaşı Buffonu da dərhal başqa klublara “göndərməyə” başladı. Ancaq kluba sadiq qalan qapıçı bir çox məşhur həmkarlarından fərqli olaraq 2-ci divizionda oynamağa razılaşdı. Cici bu qərarı ilə yerli tifozinin gözündə daha da ucaldı. Əlbəttə, “Yuventus” B seriyasında yalnız bir mövsüm oynadı və elit səviyyəyə qayıtdı. Lakin ölkənin ən tutullu komandası A seriyasına dönüşündən sonra əvvəlki ən yüksək ambisiyalarını reallaşdırmaqda çətinlik çəkdi. “Qoca sinyora” üçün keçid dövrü düz 5 il sürdü. Qeyd edək ki, qalmaqalın baş verdiyi ildə İtaliya yığması DÇ-2006-nın qalibi olmuşdu. Və bu komandanın qapısını möhtəşəm Buffon qorumuşdu!

“Yuventus” üçün keçid dövrü 2011-ci ildə sona çatdı. Komanda yüksək yerlər uğrunda yarışsa da, çempionluğa heç cür real şəkildə iddia edə bilmirdi. Nəhayət, baş məşqçi vəzifəsinə Antonio Kontenin təyinatı tezliklə müsbət effekt verməyə başladı. “Ağ-qaralar”ın İtaliya futbolunda uzun müddət hökmranlıq edəcək komandasının əsasını “Yuve”nin sabiq yarımmüdafiəçisi qoydu. Turinlilər Konte ilə ardıcıl üç dəfə çempion oldular. Buffon, ümumiyyətlə ardıcıl 8 skudettonun sevincini yaşadı. Amma bir titul onun üçün əlçatmaz oldu. “Yuventus” Canluici ilə birgə üç dəfə Çempionlar Liqasının finalına çıxsa da, turnirin qalibi ola bilmədi...

PSJ səfəri və “Yuve”yə qayıdış
Qəhrəmanımız 2018-ci ilin yayında Turini tərk etmək qərarına gəldi. Deyəsən, PSJ-nin gündən-günə artan parıltısı onun da gözünü qamaşdırmışdı. Ərəblərin böyük sərmayəsi sayəsində ambisiyaları qəfil böyüyən Fransa klubu Liqa 1-də hegemonluğu ələ almışdı. Buffon gəlişi paytaxt klubu üçün yalnız idman deyil, həm də imic planında vacib hadisə idi. Amma italiyalı qapıçının parislilərlə izdivacı yalnız bir il çəkdi. Buna baxmayaraq, Cici Fransanı iki titulla – çempion və superkubokun sahibi kimi tərk etdi. Deyilənə görə, o, Parisdə, xüsusilə də PSJ-də özünü narahat hiss edirdi. Həm də Turindən gələn ikinci dəvətə “yox ” deyə bilməzdi.

Amma bu dəfə “Yuventus”dakı statusundan əl çəkməli oldu: “1” nömrəli formanı artıq polşalı Voytsex Şçensnı daşıyırdı və məşqçilər heyəti onun statusunun davam etməsinə qərar vermişdilər. Artıq veteran sayılan Buffon isə ara-sıra oynamaq şansı qazanırdı. Və şansından maksimum dərəcədə yararlana bilirdi. Yaş amilinin onun üçün ciddi problem olmadığını sübut edən dünya çempionu qapçı kimi sahibi olduğu keyfiyyətləri itirmədiyini əyani göstərə bilirdi. Bu dəfə “Yuve”də iki mövsüm keçirdi və ümumilikdə 29 oyunda qapını qorumaq şansı qazandı. Bundan sonra ölkə futboluna səs saldığı şəhərə - Parmaya qayıtdı.

“Parma”da daha iki il və son!
2021-ci ilin yayında ilk peşəkar klubuna dönməyi lazım bildi. Maraqlıdı ki, “Parma” artıq B seriyasında çıxış edirdi. Klubun mətbuat xidməti 20 ildən sonra dönüşü qeyri-adi tərzdə qeyd etdi: əfsanəvi qapıçının təqdimatı orijinallığı ilə fərqləndi. Belə ki, Buffon sanki içində “Supermen” kostyumu və “Parma”nın forması olan çamadan tapmışdı. Köhnə-təzə komandasının uğur qazanması üçün əlindən gələni etdi, fantastik seyvlərlə böyük alqışlar qazandı, lakin, belə desək, oyundaşlarından lazımi dəstə ala bilmədi. “Parma” son iki mövsümdə heç cür A seriyasına vəsiqə qazana bilmədi.

Bu, ona psixoloji cəhətdən təsirsiz ötüşməmişdi. İyun ayının əvvəlində 45 yaşlı Cicinin bu yay karyerasını başa vurmaq haqda düşündüyü məlum oldu. Bunu müsahibələrindən birində özü dilə gətirmişdi. Halbuki “çərçivə”ni qorumağa davam etmək imkanı vardı. Səudiyyə Ərəbistanı klublarından təkliflər almışdı. Şayiələrə inansaq, klublardan biri ona ilə 15 milyon avro maaş ödəməyə hazır idi. Amma bundan imtina edən Buffon karyerası ilə bağlı ciddi düşünmək üçün fasilə götürdü. Və götür-qoy edərək əlcəklərini birdəfəlik mismardan asmağa qərar verdi...

Onun bilinən və bilinməyən yönləri
Cicinin sahibi olduğu rekordlardan ayrıca bir yazı yazmaq olar. O, futbolda bir sıra unikal göstəricilərin sahibidi. Buna görə də adını bu oyunun tarixinə böyük hərflərlə yazıb və azarkeşlərin könlünü fəth edib. maraqlıdı, o, bundan sonrakı həyatını futbolla bağlayacaq, yoxsa bu sahəni birdəfəlik tərk edəcək?

İndi isə onun bilinən və bilinməyən yönləri ilə tanış olaq. Hə, Canluici həm də asanlıqla ağlaya bilən oyunçu kimi yadda qalacaq. ÇL-in finallarındakı məğlubiyyətlər onu göz yaşını axıtmağa vadar edib. İtaliya yığması DÇ-2018-in final mərhələsinə çıxa bilməyəndə də ağlayıb. Ailəsi dağılanda da eyni vəziyyətə düşüb. Keçmiş həyat yoldaşı olan çexiyalı model Alyona Şeredova xəyanətini ona bağışlamadı. İndi kiçik oğlu Leopoldonu böyütməklə məşğul olan teleaparıcı İlari DAmiko ilə dostluq edir. İlk nikahından isə Lui Toma və Devid Li adlı iki oğlu var.

Məlumunuz olsun ki, Cici futbol akademiyası yaradıb. Valideynləri ilə ayrıca biznes idarə edir, yüksək dağlıq ərazidə evi, restoran və avtomobil dayanacaqları var. Ailə biznesi italyanlar üçün klassikadı.

Futbolçu həyatı ilə bağlı orijinal fakt da var. Canluici arılardan çox qorxur. “Skuadra adzurra”nın sabiq kapitanı Fabio Kannavaronun dediyinə görə, məşq zamanı sarı-qara rəngli həşərat görüncə yaşıl meydana çıxmaq istəmir.

Bəlkə də bunu çoxları bilmir. Buffon karyerası boyunca həm içib, həm də çəkib. Bəli, amam nə yaxşı ki, nə əyyaş, nə də narkoman olub. Yeniyetmə yaşlarında qadağan olunmuş maddələr qəbul edib. Amma valideynləri onu bu pis vərdişindən vaxtında uzaqlaşdırmağı bacarıb.

Yeri gəlmişkən...
Buffon bundan sonra da “skuadra adzurra”ya xidmət edəcək. O, milli komandanın nümayəndə heyətinin rəhbəri təyin edilib. Bu vəzifə Canluka Vialli yanvarın 6-da vəfat etdikdən sonra vakant idi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-07-2023, 23:0

Dünya çempionu qəti qərara gəlib

Dünya futbolu

2-10-2022, 13:0

Buffon dünyanın ən güclü 5 qapıçısını açıqladı

Aktual
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
Son xəbərlər
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • 24-05-2026, 23:0
    "Şamaxı"nın legioneri millidə
  • 24-05-2026, 22:0
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • 24-05-2026, 22:0
    Marseldən Milana qayıdacaq
  • 24-05-2026, 22:0
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • 24-05-2026, 20:0
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 211
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 203
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə