• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mbappeni PSJ-də bundan sonra nələr gözləyir?

Dünya futbolu

25-08-2023, 18:0

Kilian Mbappenin PSJ ilə münasibətlərindəki qəfil dönüşdən, ulduzun hətta “Tuluza” ilə çempionat oyununda meydana çıxmasından xəbərdarsız.

Bu mövzuda bəzi yeni xəbərlər də var. PSJ “Real”ın hələ də Mbappenin transferi ilə bağlı heç bir təklif etməməsinə təəccüblənib. “As” qəzetinin Paris müxbiri Andres Onrubiya yazır ki, PSJ Mbappeni müqavilə müddətini uzatmağa inandırmaq üçün çalışır. Ötən həftə Fransaya səfər edən Qətər təmsilçiləri oyunçunun yaxın ətrafı ilə görüşüb. Bazar günü keçirilən görüşdə tərəflərin mövqeyi yaxınlaşıb. Qətərdən gələnlər bu görüşdən məmnun ayrılıblar. Bu həftə daha bir şəxsi görüşün təşkili gözlənir, orda artıq PSJ-nin prezidenti Nasser Əl-Xelayfi də iştirak edə bilər.

Bazar günü baş tutan görüşün nəticəsi kimi PSJ-də Mbappe ilə müqavilə müddətini uzatmaq mövzusunda nikbinlik hökm sürür. Parislilər əmindi ki, Kilian mövsümü bu komandada keçirəcək. Ancaq Mbappenin ətrafının Qətər təmsilçiləri ilə görüşməsi faktı hələ onun müqavilə müddətini uzadacağı anlamına gəlmir. Tərəflər, sadəcə, mövcud gərginliyi bitirmək istəyiblər.

PSJ və Qətər “transfer pəncərəsi” bağlanan qədər “Real”dan təklif gözləyəcək. Qətərdən gələnlər Mbappenin ətrafına bildiriblər ki, futbolçunun xidmətində bunca maraqlı olan Madrid klubunun hələ də transfer təklifi irəli sürməməsinin səbəbini anlamırlar, baxmayaraq ki, ortada Mbappenin müqavilə müddətini uzadacağı riski var. PSJ-nin mövqeyi məlumdu: Mbappeyə görə 250 milyon avro təklif olunan kimi onu satacaqlar. Yox, bundan aşağı məbləğ təklif olunsa, ona heç baxmayacaqlar da.

PSJ gələn yay futbolçunu havayı buraxmaq riski ilə üzləşmək istəmir. Ancaq o da qeyd olunur ki, Əl-Xelayfinin ilkin hədəfi forvardın bu mövsümü komandada keçirməsidi. Mbappe də transfer söhbətini sürətləndirmək istəmir, müqavilə müddətinin sonuna qədər çalışmaq və gələn yay PSJ-dən havayı ayrılmaq istəyir. Qətərlilər son görüşdə bəyan ediblər ki, Mbappe gerçəkdən getmək istəyirsə, bunu ictimaiyyətə açıq şəkildə çatdırmalıdı. Hələ ki biz bunu görmürük.

Bu mövzuda başqa versiyaları da nəzərinizə çatdıraq. PSJ Mbappeni kompensasiyasız buraxmayacaq. “The Times” iddia edir ki, tərəflər hücumçunun başqa kluba transferi təqdirində parislilərə pul çatacağını razılaşdırıb. Futbolçunun klub prezidenti Nasser Əl-Xelayfi ilə bir neçə söhbətinin yekunu kimi ortada şifahi razılıq var. Bu söhbətlər son nəticədə Mbappenin PSJ ilə uzunmüddətli müqavilə imzalamasına gətirib çıxara bilər. Klubla futbolçu ya mövcud müqavilənin müddətini bir il də uzadacaq, ya da uzunmüddətli müqaviləyə “satışla bağlı təminat” bəndini salacaq. Nə bu, nə də digər variant alınmasa, onda Mbeppe 2022-ci ildə müqavilə imzaladığına və loyallığa görə ona çatası 100 milyon avrodan imtina edəcək.

Futbolçu Əl-Xelayfiyə onu da deyib ki, yeni baş məşqçi Luis Enrikenin rəhbərliyi altında işləməyə tam hazırdı və PSJ ilə birgə Çempionlar Liqasını qazanmağa köklənib.

Jerom Roten də bu mövzu ilə bağlı maraqlı nəzəriyyə irəli sürüb. PSJ-nin sabiq oyunçusu belə hesab edir ki, bu tarixçədə həlledici rolu Luis Enrike oynayıb. Baş məşqçi klubla futbolçunun təmsiliçiləri arasındakı görüşlərə qatılıb. Roten əmindi ki, məhz Enrike Əl-Xelayfi ilə Mbappe arasında dialoqu qaydaya salıb:

“Baş məşqçi xüsusi mövqe tutub. O, sələflərinin yol verdiyi səhvlərə görə cavab vermək istəmir. Enrike komandaya yaxşı oyunçunun lazım olduğuna inanır, bu üzdən danışıqların gedişində deyib ki, “anlaşmağa çalışın, Mbappenin yeri PSJ-di”.

Yeri gəlmişkən...

Mbappe bu mövsüm PSJ-nin vitse-kapitanlarından biri olacaq. Futbolçuların qatıldığı gizli səsvermənin nəticəsi kimi Markinyos kapitan statusunu qoruyub. Danilo Pereyra 1-ci, Presnel Kimpembe 2-ci, Mbappe isə 3-cü vitse-kapitan seçilib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-08-2023, 19:0

Mbappenin PSJ-nin əsas heyətinə sirli dönüşü

Dünya futbolu

28-06-2023, 16:0

Mbappe üçün fantastik təklif

Manşet / Yazarlar

21-05-2022, 15:0

Mbappe ilə bağlı “sabun operası” davam edir - YAZI

Dünya futbolu

23-04-2022, 17:0

Əl-Xelayfi Mbappenin ailəsini dilə tutmağa çalışıb

Dünya futbolu

22-07-2023, 10:0

PSJ Mbappeni Yaponiyaya aparmadı və satışa çıxardı

Aktual
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Son xəbərlər
  • Bu gün, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə