• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MS yenə qələbələri sıralayır, MY isə... – TURUN ŞƏRHİ

Dünya futbolu

23-08-2023, 19:0

Premyer-liqanı dünyaya sevdirən həm də yüksək məhsuldarlıqdı.

"Football-plus.az" xəbər verir ki, 2-ci turun yalnız bir oyununda 1 qol vuruldu – Alvares çempion “Mançester Siti”yə qələbə qazandırdı. Mançesterin digər təmsilçisi turun mərkəzi oyununda büdrədi, nəhənglərdən “Liverpul”la “Çelsi”nin oyununda 3:1 hesabı qeydə alındı. Sadəcə, “qırmızılar” sevindisə, “göylər” üzüldü. Zirvənin isə sürpriz sahibi var. Bu, hesabat turunda “canavarlar”ı darmadağın edən “Brayton”du.

MS mövsümdəki 2-ci qələbəsini evdə “Nyukasl” üzərində qazandı. “Şəhərlilər” imkanlarının yalnız 60-70 faizi həddində oynasa da, bu da kifayət etdi. Bəli, hesab Qvardiolanın komandasının inamlı qələbəsindən xəbər vermir. Ancaq MS oyun baxımından “sağsağanlar”a heç bir şans vermədi. Bu oyunun taleyini yeganə qol həll etdi. İlk yarıda Alvares effektli zərbə ilə yadda qaldı. Meydan sahibləri daha çox qol vura bilərdi. Təkcə Holann bir neçə gözəl imkanı qaçırdı. “Nyukasl” isə öz növbəsində çempionun sınağından keçə bilmədi. Sözsüz, Avropanın ən güclü komandasına səfərdə uduzmaq ayıb deyil. Sadəcə, “sağsağanlar” “Etihad”da göstərdiyi oyunun keyfiyyəti ilə məyus etdi. Haunun komandası ilk növbədə hücumdakı qorxaqlığı ilə təəccübləndirdi. Qonaqlar yalnız bir dəfə Edersonun qapısının çərçivəsinə zərbə vurdu və real qol vəziyyəti yarada bilmədi. “Nyukasl” bir ay sonra ÇL-in qrupunda oynayacaq ambisiyalı komanda yox, əyalət kollektivi kimi göründü. “Sağsağanlar” hələ ki çempiona layiqindcə müqavimət göstərəsi səviyyədə deyil.
Yeni mövsümə inamsız başlayan “Tottenhem”lə “Mançester Yunayted” şəxsi dueldə özünü göstərmək niyyətində idi. Bukmekerlər “qırmızı şeytanlar”ı favorit saysalar da, Ange Postekoğlu onlarla həmfikir deyildi. Oyun kəşfiyyatsız başladı. Artıq 3-cü dəqiqədə Antoni qola yaxın olsa da, topu qapının üstündən vurdu. Ardından Reşford fərqlənə bilərdi, bu dəfə Vikario “mahmızlar”ı xilas etdi. İlk yarının ortalarında mankunianların mərkəz hücumçüsü daha bir qol vəziyyətini qaçırandan sonra “Tottenhem” dişini qıcadı və Onana Kulusevskinin güclü zərbəsinin öhdəsindən çətinliklə gəldi. 36-cı dəqiqədə qonaqların kapitanı Fernandeş inanılmaz şansı qaçırdı. Cavabında “Tottenhem”in bəxti gətirmədi. Porronun zərbəsindən sonra top tirə döndü, davamında Sarr zərbə vurdu, səkən top bu dəfə dirəyə dəydi. İlk yarıda qol vəziyyətlərinin sayı çox olsa da, tablodakı hesab dəyişmədi. Əvəzində fasilədən dərhal sonra hesab açıldı. 49-cu dəqiqədə Sarr Kulusevskinin asmasını qola çevirdi. MY hücuma atıldı, Antoninin zərbəsindən sonra dirək Vikarionun köməyinə çatdı. Bundan dərhal sonra Udoci əla imkanı qaçırdı, daha doğrusu, Onana MY-ni xilas etdi. Onun həmkarı Vikaro da 57-ci dəqiqədə Kazemironun baş zərbəsinin qarşısını ustalıqla aldı. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunun taleyi 83-cü dəqiqədə həll olundu. Sonradan meydana çıxan futbolçular “Tottenhem”in 2-ci qolunu təşkil etdi. Perişiç sol cinahdan asma etdi, Devisin zərbəsindən sonra Martinesə də toxunan top tora düşdü – 2:0. Meydan sahibləri rəqiblə müqayisədə daha yaxşı təsir bağışladı və haqq etdiyi qələbəni qazandı. MY isə hələ oyununu yaxşılaşdırmalıdı.

“Bornmut”la oyun “Liverpul” üçün ən pis şəkildə başladı. Kloppun komandası artıq 3-cü dəqiqədə qapısında qol gördü və uzun müddət özünə gələ bilmədi. Yalnız hissənin ortalarında “qırmızılar” gerçək simasını göstərməyə başladı. Onlar 8 dəqiqəlik intervalla iki qol vura və oyunun axarını dəyişə bildi. Meydan sahibləri sona qədər təşəbbüsü əldən vermədi. Baxmayaraq ki, Makalliester 58-ci dəqiqədə birbaşa “qırmızı” ilə komandasını azlıqda qoydu. Yaxşı ki bundan dərhal sonra Jota “Liverpul”un 3-cü qolunu vura bildi. Yoxsa əsəbi sonluq izləyəcəkdik.

“Çelsi” 2-ci turda da qələbə qazana bilmədi. “Liverpul”la oyunda xal itkisi gözləniləndisə, bu dəfə “göylər”in fanatları Poçettino dönəmində ilk qələbəni görəcəyinə ümid edirdilər. Ancaq bu baş vermədi. “Çelsi” kimi mövsümə heç-heçə ilə başlayan “Vest Hem” erkən qol vurdu – Agerd Uord-Prouzun künc zərbəsindən sonra fərqləndi. “Çelsi” qoldan sonra meydan sahiblərini tədricən sıxışdırmağa başladı. “Göylər”in artan təzyiqi Çukvuemekanın 28-ci dəqiqədəki cavab qolu ilə nəticələndi. Hissənin sonunda qonaqlar penalti qazandı. Fernandesin zərbəsinin qarşısını qapıçı aldı. 2-ci hissənin əvvəlində artıq “Çelsi”nin ərazi üstünlüyü əvvəlki qədər deyildi. 53-cü dəqiqədə Uord-Prouz Antonionun fərqlənməsinə şərait yaratdı. 67-ci dəqiqədə Agerd meydandan qovulandan sonra düşünmək olardı ki, “Çelsi” ən azı bərabərlik qolunu vura biləcək. Ancaq belə olmadı. Sonradan meydana çıxan Kaysedo uzatma dəqiqələrində iki kobud səhvə yol verdi. Fornals onun ilk səhvindən yararlana bilməsə də, 2-ci səhv penaltiyə səbəb oldu. Paketa hesabı 3:1 edəndən sonra “Çelsi”nin uduzacağına şübhə qalmadı.

Turun qalan oyunlarına gəlincə, “Brayton” “Luton”un ardından “Vulverhempton”u da 4:1 hesabıyla məğlub etdi. “Aston Villa” “Everton”u bundan da sərt şəkildə cəzalandırdı – 4:0! “Brentford”un səfərdə “Fulhem”i darmadağın etməsi də gözlənilməz oldu. “Nottingem Forest” isə evdə “Şeffild Yunayted”ə qalib gəldi. Nəhayət, dünən keçirilən “Kristal Pelas” – “Arsenal” oyununda “topçular” sevindi.

2-ci tur
Mançester Siti – Nyukasl 1:0
Alvares, 31. (61910)
MS: Ederson, Qvardiol, Diaş, Akanci, Uoker, Rodri, Kovaçiç, Qriliş, Alvares, Foden, Holann.
Nyukasl: Poup, Bern, Botman, Şer, Trippyer, Tonali (Anderson, 67), Gimarayns, Joelinton (Lonqstaff, 57), Qordon (Barns, 56), İsak (Uilson, 66), Almiron.
Tottenhem – Mançester Yunayted 2:0
Sarr, 49. Martines, 83-öz qapısına. (61910)
Tottenhem: Vikario, Udoci (Devis, 70), Romero, Van de Ven, Porro (Emerson, 88), Sarr (Heybyerq, 76), Bissuma, Son Hın Min, Meddison, Kulusevski (Solomon, 88), Rişarlison (Perişiç, 70).
MY: Onana, Şou, Martines, Varan, Van-Bissaka (Dalot, 66), Kazemiro, Qarnaço (Sanço, 66), Maunt (Pelyistri, 85), Fernandeş, Antoni (Eriksen, 66), Reşford (Marsyal, 85).
Liverpul – Bornmut 3:1
Dias, 28. Salah, 36. Jota, 62 – Semenyo, 3. (24236)
Liverpul: Alisson, Robertson, Van Diyk, Konate, Aleksander-Arnold (Qomes, 76), Soboslai, Makallister, Qakpo (Endo, 63), Dias (Nunyes, 86), Jota (Elliott, 76), Salah (Simikas, 86).
Vest Hem – Çelsi 3:1
Agerd, 7. Antonio, 53. Paketa, 90+5-p. – Çukvuemeka, 28. (62451)
Çelsi: Sançes, Koluill, Silva, Disasi, Hüsto (Berstou, 83), Fernandes, Qallaher (Madueke, 75), Çiluell (Kaysedo, 61), Çukvuemeka (Mudrik, 46), Sterlinq, Cekson.
Vulverhempton – Brayton 1:4
Hi Çan Hvan, 61 – Mitoma, 15. Estupinyan, 46. Març, 51; 55. (31317)
Aston Villa – Everton 4:0
Makqinn, 18. Luis, 24-p. Beyli, 51. Duran, 75. (41694)
Fulhem – Brentford 0:3
Vissa, 44. Mbeumo, 66-p.; 90+3. (24236)
Nottingem Forest – Şeffild Yunayted 2:1
Avonyi, 3. Vud, 89 – Hamer, 48. (29432)
Kristal Pelas – Arsenal 0:1
Edeqor, 54-p. (24189)
“Luton” – “Bernli” oyunu texniki problemlər üzündən təxirə salınıb.
1. Brayton 2 2 0 0 8-2 6
2. Mançester S. 2 2 0 0 4-0 6
3. Arsenal 2 2 0 0 3-1 6
4. Brentford 2 1 1 0 5-2 4
5. Tottenhem 2 1 1 0 4-2 4
6. Liverpul 2 1 1 0 4-2 4
7. Vest Hem 2 1 1 0 4-2 4
8. Nyukasl 2 1 0 1 5-2 3
9. Aston Villa 2 1 0 1 5-5 3
10. Nottingem F. 2 1 0 1 3-3 3
11. Kristal Pelas 2 1 0 1 1-1 3
12. Mançester Y. 2 1 0 1 1-2 3
13. Fulhem 2 1 0 1 1-3 3
14. Bornmut 2 0 1 1 2-4 1
15. Çelsi 2 0 1 1 2-4 1
16. Şeffild Y. 2 0 0 2 1-3 0
17. Luton 1 0 0 1 1-4 0
18. Bernli 1 0 0 1 0-3 0
19. Vulverhempton 2 0 0 2 1-5 0
20. Everton 2 0 0 2 0-5 0
Bombardirlər: Mbeumo (Brentford), Març (Brayton) – 3.

Növbəti turun oyunları avqustun 25-27-si aralığında keçiriləcək: Çelsi – Luton, Bornmut – Tottenhem, Everton – Vulverhempton, Mançester Yunayted – Nottingem Forest, Brentford – Kristal Pelas, Arsenal – Fulhem, Brayton – Vest Hem, Şeffild Yunayted – Mançester Siti, Bernli – Aston Villa, Nyukasl – Liverpul.

Faktlar
* Salah premyer-liqada 200 məhsuldar hərəkət həddinə çatan 12-ci oyunçudu. Əvvəllər “Çelsi”nin də heyətində oynayan misirlinin hesabında indi “qol+ötürmə” sistemi üzrə 200 xal var. O, 140 qol vurub, 60 məhsuldar ötürmə verib. Salah hazırda premyer-liqada çıxışını davam etdirənlər arasında belə göstəriciyə malik yeganə futbolçudu. Ona qədər premyer-liqada Alan Şirer (324), Ueyn Runi (311), Frenk Lempard (279), Rayan Giqqz (271), Endi Koul (260), Harri Keyn (259), Tyerri Anri (249), Serxio Aquero (231), Teddi Şeringem (221), Stiven Cerrard (212) və Robbi Fauler (202) 200 və daha artıq xal toplayıb.
Salah həmçinin “Liverpul”un heyətində 187-ci qolunu vurmaqla klub tarixinin bombardirləri siyahısında Cerrardı arxada qoymaqla 6-cı pillədə qərarlaşıb. Lider 346 qolla Yan Raşdı.
* Qvardiola “Nyukasl”la oyunda dəyişikliyə ehtiyac duymadı. O, premyer-liqadakı 268-ci oyununda 6-cı dəfə belə davrandı.
* MY Londonda keçirdiyi son 10 oyunun yalnız birində qalib gəlib, 6-da uduzub, 3-də heç-heçə edib.

Turun rəqəmi
17 – MS ev oyunlarında ardıcıl qələbələrinin sayını bu həddə çatdırmaqla yeni klub rekordu müəyyənləşdirdi. “Şəhərlilər” bütün turnirlər çərçivəsində “Etihad”da keçirdiyi son 17 oyunun hamısında sevinib. Top fərqi 55-7-di, qələbələrin 11-i “quru” olub. MS evdə sonuncu dəfə ötən il dekabrın 31-də qələbə qazana bilməyib – “Everton”la oyun 1:1 bitib.

Turun ulduzu
Pap Matar Sarr (Tottenhem) – 20 yaşlı seneqallı yarımmüdafiəçi qol vurmaqla yanaşı, karyerasındakı ən yaxşı oyunlardan birini keçirdi. Böyuk həcmdə qara iş gördü, pressinq zamanı və topalmada da özünü ən yaxşı tərəfdən göstərdi.

Turun sitatı
Bruno Fernandeş, MY-nin yarımmüdafiəçisi (Qarnaçonun zərbəsindən sonra top Romeronun əlinə dəysə də, penalti təyin olunmaması haqda): “Hakimlər oyundan sonra müsahibə verməyə başlamalıdılar ki, qərarlarını izah etsinlər. Həmin epizodda tər-təmiz penalti idi”.

Oyundan sonra
Pep Qvardiola, MS-nin baş məşqçisi: “Heç bir söz göstərdiyimiz oyuna görə minnətdarlıq hissimi çatdıra bilməz. Bu hələ ikinci oyundu, ancaq ötən mövsüm çox şey qazanmağımıza baxmayaraq, tam mübarizəyə köklənmişik. Qələbələrimizin səbəbi mentallıqdı, bunu bir daha sübut etdik”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Qoldan sonra özümüzə gəlmək uzun çəkdi. Hər halda, iki qol vura bildik. 2-ci hissədə hər şey radikal şəkildə dəyişdi, çünki qəfil azlıqda qaldıq. Ancaq çox vacib 3-cü qol bizə güc verdi. Bu gün hava da hədsiz isti idi”.

Ance Postekoğlu, “Tottenhem”in baş məşqçisi: “Daim deyirəm ki, bizi irəlidə uzun yol gözləyir. Uşaqların inamı və mətanəti çox xoşuma gəldi. Əsl oyunumuzun bir hissəsini göstərdik. Hələ də mükəmməlləşə bilərik. Bu gün oyunumuzda məni ruhlandıran elementlər gördüm”.

Erik ten Haq, MY-nin baş məşqçisi: “Qol vəziyyətləri yaratdıq, ilk yarı tam üstünlüyümüz şəraitində keçdi, qollar vurmaq lazımdı. Bundan başqa, penaltini də haqq etdik. Amma hakim onu vermədi və bununla barışmaq lazımdı. Bizim günümüz deyildi. Düşünürəm ki, rəqiblə müqayisədə daha çox qol vəziyyəti yaratdıq. Pressinq etdik, topu özümüzdə saxladıq. 2-ci hissədə yaxşı başlamasaq da, komanda dağılıb-tökülmədi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

10-08-2022, 14:0

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

8-03-2023, 21:0

İngiltərə premyer-liqasının 26-cı turu ilə bağlı MARAQLI FAKTLAR

Dünya futbolu

14-03-2023, 19:0

İngiltərə premyer-liqasının 27-ci turu ilə bağlı MARAQLI FAKTLAR

Dünya futbolu

12-04-2023, 18:0

Çempionluq uğrunda mübarizə qızışır - ŞƏRH

Aktual
"Emrelidən bütün potensialını ortaya qoymağə tələb edirəm" - Mahir bu gün qol vuracaqmı?
Əliyar Ağayevlə Nicat İsmayıllı artıq Bakıdadı! - SON DƏQİQƏ
Zuddasın hərəkətinə görə “Sabah” bəyanat yayacaq?
“Qarabağ”ın iki aparıcı futbolçusundan bəd xəbər – Qurban Qurbanov 3-cü dövrəyə bəxtsiz başlayacaq!
“20 azərbaycanlı azarkeş komandaya dəstək olmaq üçün gəlməlidi” – yığma Macarıstanda çətin sınaq qarşısında
Qurban Qurbanovun “Qarabağ”dan göndərəcəyi ilk futbolçu bilindi! – uğursuz transfer yola salınır
Son xəbərlər
  • Bu gün, 19:12
    "Şəfa"nın yeni prezidenti bəlli oldu - RƏSMİ
  • Bu gün, 18:57
    "Təəssüflər olsun ki, cərimə meydançasının daxilində səhv etdik" - Fizuli Məmmədov
  • Bu gün, 18:26
    Argentinalı əfsanə İkardini bu klubda görmək istəyir
  • Bu gün, 18:05
    Komandası ÇL-ə vəsiqə qazansa...
  • Bu gün, 17:44
    "Qış fasiləsində müəyyən tələblərim olsa da, alınmadı" - Saşa İliç
  • Bu gün, 17:23
    AFFA nümayəndələri UEFA-nın baş qərargahında
  • Bu gün, 16:54
    "Karvan-Yevlax" son dəqiqə qoluyla "Sumqayıt"dan xal aldı - YENİLƏNİB
  • Bu gün, 16:52
    "Emrelidən bütün potensialını ortaya qoymağə tələb edirəm" - Mahir bu gün qol vuracaqmı?
  • Bu gün, 16:31
    Paytaxtda əsl futbol trilleri - İCMAL
  • Bu gün, 16:10
    Əliyar Ağayevlə Nicat İsmayıllı artıq Bakıdadı! - SON DƏQİQƏ
  • Bu gün, 15:54
    PSJ “Lans” ilə xal fərqini artırdı - İCMAL
  • Bu gün, 15:23
    "Sabah"la yanaşı, "Qarabağ" da ziyana düşə bilər! – hər iki klubu ağır cəza gözləyir...
  • Bu gün, 14:52
    Zuddasın hərəkətinə görə “Sabah” bəyanat yayacaq?
  • Bu gün, 14:31
    “Qarabağ”ın iki aparıcı futbolçusundan bəd xəbər – Qurban Qurbanov 3-cü dövrəyə bəxtsiz başlayacaq!
  • Bu gün, 14:00
    "Karvan-Yevlax" - "Sumqayıt": START HEYƏTLƏRİ
  • Bu gün, 13:39
    Yevlaxdan istefa qoxusu gəlir: Fizuli Məmmədov, yoxsa Saşa İliç? - YAZI
  • Bu gün, 13:18
    Tramp İranı bombalamaqdan danışdı, Messi alqışladı və gülümsədi!
  • Bu gün, 12:57
    Nazim Sadıqovun növbəti döyüşünün tarixi
  • Bu gün, 12:26
    “Barsa” darmadağın etdi, “Atletiko” da xeyir gördü - İCMAL
  • Bu gün, 11:55
    “Qarabağ” da “Sabah”ı dayandıra bilmədi! - REPORTAJ
  • Bu gün, 11:34
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 11:13
    Finalissima sual altındadı - İran dünya çempionatında olmayacaq?
  • Bu gün, 10:52
    “20 azərbaycanlı azarkeş komandaya dəstək olmaq üçün gəlməlidi” – yığma Macarıstanda çətin sınaq qarşısında
  • Bu gün, 10:31
    Qurban Qurbanovun “Qarabağ”dan göndərəcəyi ilk futbolçu bilindi! – uğursuz transfer yola salınır
  • Bu gün, 10:00
    Klub tarixinin 2-ci uğursuz məşqçisi oldu
  • Dünən, 23:51
    Qətərdən İngiltərəyə qayıtmağı planlaşdırır
  • Dünən, 23:20
    VAR-ın səlahiyyətləri genişləndirildi
  • Dünən, 22:59
    Messi Peleyə çatdı
  • Dünən, 22:29
    “Şəfa”dan prezident də getdi, Əfran İsmayılov da! - "Klubun strategiyası budu, bir-iki il sonra dəyişiklik də ola bilər”
  • Dünən, 22:11
    Heç-heçələr və qalmaqallar turu - İCMAL
  • Dünən, 22:04
    İtaliyalı məşqçi vəfat etdi
  • Dünən, 21:30
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 21:00
    Dünya çempionu gedəcək, yoxsa qalacaq?
  • Dünən, 20:48
    Mövsümdə ilk, tarixdə 35-ci
  • Dünən, 20:36
    AFFA-nın baş katibi hakimlərə döş nişanları təqdim etdi
Daha çox
Oxunub: 401
Fariz Yusifovdan "Şamaxı" - "Neftçi" matçının baş hakiminə irad - penalti epizodunda səhv tapıldı!
Oxunub: 244
Qurban Qurbanovun “Qarabağ”dan göndərəcəyi ilk futbolçu bilindi! – uğursuz transfer yola salınır
Oxunub: 237
“Şəfa”dan prezident də getdi, Əfran İsmayılov da! - "Klubun strategiyası budu, bir-iki il sonra dəyişiklik də ola bilər”
Oxunub: 228
Murad Məmmədov “Neftçi”dən ayrılır!
Oxunub: 215
Heç-heçə? Yox, “Sabah”ın qələbəsi, “Qarabağ”ın məğlubiyyəti!
Oxunub: 127
“Qarabağ”ın iki aparıcı futbolçusundan bəd xəbər – Qurban Qurbanov 3-cü dövrəyə bəxtsiz başlayacaq!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə