Hər iki məşhur simanı oyuna ev sahiblərimi dəvət etmişdi? Bunu aydınlaşdırmaq üçün Naxçıvan təmsilçisinin idman direktoru Eldəniz Yusubovdan reaksiya öyrəndik:
"Nə Vüqar bəyi, nə də Vaqif müəllimi qonaq kimi dəvət etmişik. Öz təşəbbüslərindən dolayı oyuna gəliblər".
Məsələylə vağlı Vaqif Cavadovu da danışdırdıq:
"Hazırda Mərdəkandakı bağ evimdə ailəmlə birgə istirahət edirəm. "Dalğa Arena" da yaxın olduğu üçün həm uşaqlarımla birgə futbola baxmaq, həm də çempionatın mənzərəsini diqqət mərkəzində saxlamaq istədim".
ABDULLA İSMAYILOĞLU






