• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Evren Alkaya: “Səkkiz aya qurduğumuz komanda Avropada hamını təəccübləndirdi” - LAYİHƏ

Layihə / Manşet

13-08-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Son vaxtlar Azərbaycan basketbolunda canlanma yaşandığı heç kimə sirr deyil. Ölkə çempionatı xeyli gərgin və maraqlı keçdi, komandalar arasında böyük rəqabət yaşandı. Bu ərəfədə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması basketbol üzrə Avropa çempionatının C liqasının qalibi olmaqla tarixi uğura imza atdı.

Evren Alkaya: “Səkkiz aya qurduğumuz komanda Avropada hamını təəccübləndirdi”


Sözsüz ki, hər bir uğur həmin növünün inkişafına səbəb olur. O cümlədən də Azərbaycanda qadın basketbolunun yeni inkişaf mərhələsinə qədəm qoyacağını ümid edirik. Bu dəfəki müsahibimizlə də həmin mövzuda söhbətləşmişik. Müsahibimiz isə 16 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkayadı.

- Evren bəy, ilk sualımızda sizi daha yaxından tanımaq istərdik. Oxucularımıza həm basketbolçu, həm də məşqçi kimi karyeranızı tanıdardız. Basketbolda hansı uğurlar qazana bilmisiz?
- Mən 2018-ci ildən Azərbaycanq gəlib-getməyə başlamışam. Buna qədərsə sözsüz ki, Türkiyədə bu idman növü ilə məşğul olmuşam. Türkiyə basketboluna 2022-ci ilə qədər, təxminən 30 ilə yaxın həm idmançı, həm də məşqçi kimi xidmət etmişəm. Azərbaycana gələnə qədər Türkiyənin bir çox bölgə və vilayətlərində basketbol komandaları qurmuşam. Ankaradan Diyarbəkirə qədər ən müxtəlif klublarda fəaliyyətim olub. Bunlardan başqa “Bursa Tofaşspor” klubunun Ankradakı şöbəsini də yaratmışam. Mənim çalışdırdığım komandalar Türkiyə miqyasında U-14, U-16 və U-18 yaş qruplarında müxtəlif mükafatlar qazanıb, birinci olublar. Türkiyədə qazandığım kubokların sayı əlliyə yaxın olar. Bu kubokları qazanmaq üçün böyük zəhmətlər çəkmişik, illərimizi vermişik. Türkiyədə qadın basketbol sahəsində də uğurlarımız olub. 2016-cı ildə mənim çalışdırdığım komanda Türkiyə çempionatında üçüncü yeri tutdu. Həmin “Qalatasaray”ı iki dəfə məğlub etməyi bacarmışdıq. Türkiyədəki bütün böyük məşqçilərlə çiyin-çiyən çalışmışam, ölkəmizdə basketbolun inkişafı üçün birlikdə əmək vermişik. Daha sonra Tofiq Heydərovla tanış oldum, bu tanışlıq mənim üçün yeni səhifələrin başlanğıcı oldu.



- Azərbaycana gəlişiniz necə alındı? İlk dəvəti kimdən aldınız? Hazırda Azərbaycanda hansı komandalar sizə tapşırılıb?
- Azərbaycana ilk gəlişim 2018-ci ilə təsadüf edir. O vaxtdan bəri ikinci vətənimə basketbol məşqçisi kimi gəlib-gedirəm. 2019-cu ildə kişilərdən ibarət yığmanın məşqçisi kimi çalışırdım. Həmin il “AAAF Xırdalan” basketbol klubunda Tofiq Heydərovun basketbol üzrə məsləhətçisi, komandanın baş meneceri olaraq fəaliyyət göstərirdim. Xırdalan, Sumqayıt və Sarayda basketbol bölmələri yaratdıq. Əsas komandamız AAAF-da fəaliyyət göstərsə də, digər adını qeyd etdiyim bölgələrdə də qruplar yaradıb, “alt yapı”ya diqqət göstərirdik. İstəyirdik ki, istedadlı, basketbola marağı olan qızları əhatə edək, bu idman növüylə məşğul olmalarına şərait yaradaq. AAAF basketbol klubu keçən mövsüm finala yüksəldi. Eyni zamanda Texniki Universtitetin rektorunun da basketbol üzrə məsləhətçisiyəm. Bu universitetin basketbol komandasının da baş məşqçisiyəm. Ötən il finala qədər məğlubiyyətsiz irəliləmişdik. Finalda qarşılaşdığımız İdman Akademiyasının komandasını üç dəfə məğlub etmişdik. Sadəcə, final görüşündə onlar bizdən daha yaxşı çıxış etdilər, biz məğlubiyyətlə barışmalı olduq. Gələcəyə yönəlik layihələrimiz var. Keçən il qızlardan ibarət üç yeni komanda yaratmışıq. İşimizə beləcə davam edirik. 2018-ci ildə Azərbaycana gəlib-getsəm də, 2022-ci ildə fasiləsiz burdayam və fəaliyyətimizi daha da genişləndirmişik.



- Bu yaxınlarda keçirilən Avropa çempionatından danışaq. Qalibiyyətlə Azərbaycana böyük sevinc bəxş etdiz. Bu yarışda hansı rəqiblərlə qarşılaşdız? Qarşıya qoyulan məqsədə tam çata bildikmi?
- Türkiyədə biz illərdi ki, A və B divizionlarında çıxış edirik. Sözün düzü, heç vaxt C divizionunda oynamamışıq. İllərdi ki, mən bu çempionatları təqib edirəm, rəqiblərin gücünə də bələdəm. Üzərimizə hansısa vəzifə qoyulanda, bizə iş tapşırılanda onu uğurla yerinə yetirməyə çalışırıq, bütün bacarığımızı ortaya qoyuruq. Biz də rəqiblərimizi yaxşı incələdik, il ərzində bu yarışa hazırlaşdıq. İstəmirdim ki, sürprizlə qarşılaşaq. Rəqibə uyğun tapşırıqlarla basketbolçularımızı məlumatlandırdıq. Bizim bu ilk strategiyamız ona uyğun idi. Onsuz da bizim basketbolçu seçim imkanlarımız elə də geniş deyil. Milli komandanın toplanışına 20 nəfər basketbolçu gəlmişdi. Onların 8-9 nəfəri ilə yolumuza davam etməli olduq. Bunu demək çox üzücüdü. Azərbaycanda qadın basketboluna çox da böyük diqqət göstərilməmiş, əsas güc kişi basketboluna qoyulub. Ona görə də sabit şəkildə oynayanacaq basketbolçularımız sayı çox azdı. Biz Avropa çempionatına 8-9 ay hazırlaşdıq. Üç dəfə Türkiyəyə təlim-məşq toplanışına getdik, orda keçirdiyimiz yoxlamağ oyunlarının heç birində uduzmadıq. Rəqiblərin strategiyasına uyğun hazırlaşdığımızdan çempionatda da bizə çox çətin olmadı. Doğru bildiyimiz yolla getdik. Bizim üçün Gürcüstan “qapalı qutu” idi. Onlar da çempionata xeyli yaxşı hazırlaşmışdılar. Favorit onlar hesab edilirdi. Onların əvvəlki oyunlarına baxdıq, rəqibimizi yaxşı incələdik, aparıcı oyunçularının nəyə qadir olduqlarını öyrədik. Bildiyiniz kimi, yarışlar da Andorrada keçirildi. İlk görüşümüz də meydan sahiblərinə qarşı idi. Bizim komandamızın üzvləri təcrübəsiz olsalar da, psixoloji təzyiqi də aradan qaldırdıq, meydan sahiblərinə qalib gəldik. Çox çətin oyun oldu. Müəyyən məqamlarda təcrübəmizin az olması özünü göstərir, stres yaradırdı. Moldova ilə qarşılaşma buna nisbətən rahat keçdi. Daha sonra isə Albaniya ilə qarşılaşdıq. Albaniya çox güclü rəqib idi, meydanda bütün güclərini qoyurdular. Məşqlərdə keçdiyimiz təcrübə işə yaradı, onları da üstələməyi bacardıq. Yarımfinalda Gürcüstanla qarşılaşırdıq. Əvvəlcədən də bilinirdi ki, bu oyunda qalib gələn turnirin də qalibi olacaq. İki komandanın strateji mübarizəsi getdi. Azərbaycan adına həm bu qarşılaşmada qalib gəlməyi, həm də turnirin qalibi olmağı bacardıq. Səkkiz aya formalaşdırdığımız komanda 2-3 illik yol keçdi, üzərinə düşəni etdi. Bu yarışda rəqiblərimiz təcrübəli idilər. Rəqiblərin baş məşqçiləri heyrət içində idilər. Qısa müddətdə belə bir nəticə qazanmağımız, bu cür yüksəlməyimiz onları da təəccübləndirmişdi.



- Hazırda Azərbaycanda qadın basketbolunun durumu sizi razı salırmı? Hansı problemlər sizi narahat edir ki, onların həllini arzulayarsız?
- Azərbaycanda basketbol illər öncədən mövcud olub. Amma əsasən 2015-ci ildə bu sahəyə maraq artıb, basketbol Azərbaycanda yeni inkişaf yoluna qədəm qoyub. Təəssüfləndirən məqam odu ki, qadın basketbolu ilə bağlı uzunmüddətli layihələr həyata keçirilməyib. Ölkəni təmsil edən yaxşı bir basketbol komandası yaratmaq istəyirsənsə, ölkənin öz xarakterinə uyğun, oranın əhalisinin xarakterini özündə əks etdirən milli komanda formalaşdırmalısan. Bu mənada biz Azərbaycanda yeni yola qədəm qoyuruq. Bundan sonra bizim Azərbaycand girmədiyimiz orta məktəb qalmayacaq. Basketbol oynamaq istəyən bütün qızlarla görüşəcəyik, danışacağıq. Onların arasında istedadı olanları seçib, həmin qızların basketbolla məşğul olmasına şərait yaradacağıq. Bununlda onlara gələcəkdə böyük idmançı olmaq fürsəti verəcəyik. Günün 10-12 saatını bu işə ayırıb, ortaya keyfiyyətli iş çıxarmaq istəyirik.

- Son sualım... Azərbaycanda qadın basketbolunun gələcəyi ilə bağlıdı. Bizim qadın basketbolunun gələcəyini necə görürsüz, hansı hədəflərimiz var?
- Biz artıq C divizionunda B divizionuna yüksəlməklə ilk addımı atmışıq. Bununla da göstərmişik ki, Azərbaycanda qadın basketbolu var, inkişafa doğru yol almışıq. Hər bir işlə bağlı 5 illik strateji plan hazırlanmalıdı. Təcrübəsi olan ölkələrdən öyrənməliyik. Biz Azərbaycanda qadın basketbolunu çox inkişaf etdirmək, irəli aparmaq istəyirik. Federasiyanın “alt yapı”ya diqqət ayırması vacibdi. Elə zallarımız var ki, ora təmir olunmalıdı. Ondan sonrakı mərhələ kütləviliyin artırılmasıdı. Zalların yaxınlığında yaşayan əhaliylə iş aparılmalıdı. 2-3 il sonra idmanı buraxacaq olanlarla zaman itirməyə dəyməz. Bunun əvəzinə daha uzun müddətə basketbolla məşğul olacaq qızlara diqqət ayırmaq lazımdı. Mən azərbaycanlı məşqçilərlə söhbətlərimdə də bunu vurğulayıram. Məşqçilərimiz də öz üzərində çalışmalıdı. Onların da səviyyəsi yüksəlməlidi. Bundan başqa yaxşı psixoloqlara, fiziki hazırlıq üzrə mütəxəssislərə də ehtiyacımız var. Basketbol artıq bölgələrimizə də yayılır. Gəncədə, Şəkidə, Cəlilabadda həm yaxşı qızlarımız, həm də onları yetişdirən mütəxəssislərimiz var.



Mən Azərbaycanda qadın basketbolunun gələcəyinə böyük ümidlərlə baxıram. Sadəcə, düzgün strategiya müəyyənləşdirməli, hər bir işi planlı görməliyik. Komandaların, yarışların sayını artırmalıyıq. Allah hamıya can sağlığı versin. Mən görəcəyimiz işin uğurlu gələcəyinə inanıram.

İLKİN SULTANLI


Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman / Layihə / Manşet

16-07-2023, 23:0

Polad Həsənov: “Azərbaycanda basketbola maraq hazırda yüksək səviyyədədi” - LAYİHƏ

İdman / Manşet

25-07-2023, 22:0

Evren Alkayan U-16-nın çempionluq yoluna işıq saldı, planları açıqladı

İdman / Layihə / Manşet

1-01-2023, 23:0

Tahir Baxşıyev: “Builki çempionat indiyə qədər keçirilənlər arasında ən güclüsüdü” - LAYİHƏ

İdman / Layihə / Manşet

21-05-2023, 23:0

Şəhriyar Əsgərov: “Ən böyük problem Azərbaycanda basketbolun lazımlı idman növü kimi təbliğ olunmamasıdı” – LAYİHƏ

İdman

12-03-2023, 18:0

U-16 təlim-məşq toplanışına start verdi

İdman

11-06-2022, 22:0

AÇ-də iştirak edəcək qızlardan ibarət millinin heyəti

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Bu gün, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Bu gün, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Bu gün, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 324
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 178
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə