İsveçrə çempionatında 4-cü turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" səfərdə "Vintertur"la qarşılaşıb. Görüş "Qrasshopper"in məğlubiyyəti ilə başa çatıb - 1:3.
Renat bu görüşdə iştirak etməyib. Hücumçu oyunun heyətinə daxil edilməyib.
Qeyd edək ki, "Qrasshopper" 4 turdan sonra 4 xalla 8-ci sıradadır.
"Qrasshopper" - "Vintertur" - 3:1
Qollar: Qusto, 18, Turkes, 62-pen; Şneyder, 84 - Fink, 7