Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" yoldaşlıq oyunu keçirib.
"Football-plus.az" xəbər verir ki, Sürix təmsilçisi yerli "Losanna Uşi" ilə qarşılaşıb. Görüş "Qrasshopper"in məğlubiyyəti ilə başa çatıb - 1:2.
Dadaşov bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydana daxil olub və 78-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb.