• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“A seriyasına köklənməli və 2024/25 mövsümündə Çempionlar Liqasında çıxış etməliyik” - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

7-08-2023, 23:0

ABŞ turnesi “Yuventus” üçün uğurlu alınıb.

“Football-plus.az” xəbər verir ki, Massimiliano Alleqrinin komandası “Milan”a (2:2, p. – 4:3) və “Real”a (3:1) qalib gəlib. Təcrübəli mütəxəssis turne ilə bağlı jurnalistlərin suallarını cavablayıb.

- Komandanız Amerikada iki güclü rəqibə qalib gəldi. İtaliyaya dönüş ərəfəsində özünüzdə məmnunluq və ya əminlik hiss edirsiniz?
- ABŞ-də etdiklərinə görə komandama “sağ ol” deməliyəm. Texnikalı və möhkəm oyunçulardan qurulan “Real”a qarşı oyunda yaxşı məşq keçdik. Amma bir sıra oyun komponentlərində “artırmalı” və ilk növbədə optimal formaya düşməliyik. Ümumən razıyam, ona görə ki, Amerika turnesini yaxşı əhval-ruhiyyədə tərk edirik.

- “Yuventus”un “Milan”la oyunla müqayisədə “Real”a qarşı daha intensiv oynadığı aydın göründü. Yeni mövsüm ərəfəsində bu komponent üzərində xüsusi çalışırsız?
- Hə, biz həqiqətən də yalnız fiziki hazırlıq planında “artırmamışıq” və bu normaldı. Ona görə ki, tezliklə İtaliya çempionatı start götürəcək. Bu səbəbdən düşüncə planında da inkişaf etmişik. Bu yola başlamışıq və davam etməliyik. “Real” üzərində qələbə bizə əminlik hissi bəxş edəcək. Amma sakitliyimizi qorumalıyıq. Çünki avqustun 20-dən xal hesabı ilə dəyərləndiriləcək oyunlar keçirməyə başlayacağıq.

- Vlahoviç son matçda meydana finiş ərəfəsində çıxdı və dərhal qol vurdu. Serb hücumçu üçün “Real”ın qapısına yol tapmaq nə dərəcədə vacibdi və o, həmin anı necə yaşadı?
- Ona görə çox sevinirəm. Matçdan əvvəl Duşanın meydana sonradan çıxacağını və 15 dəqiqə oynayacağını müəyyən etmişdik. O, bu mübarizəyə tam hazır olmasa da, komandaya fayda verdi. Oyuna yaxşı daxil oldu: qol vurmaqdan başqa texniki cəhətdən yaxşı oynadı.

- Kluba bu yay qoşulan yeganə futbolçu olan Veanın komandaya daha tez uyğunlaşdığı görünür. Sağ cinahda Kuadradonu məhz belə oyunçu ilə əvəzləməyi düşünürdünüz?
- Timo “Real”a qarşı matçda bir qədər yorğun göründü. Amma o, yaxşı oyun keyfiyyətlərinə malikdi. Bu səbəbdən mövsümboyu komandaya çox faydalı olacağını düşünürəm. Matçı yaxşı keçirən Makkenninin çıxışından da razı qaldım.

- İntensivlik, müdafiənin yüksək xətti və oyunu müdafiədən qurmaq. Bunlar 2023/24 mövsümündə xüsusi əhəmiyyət verəcəyiniz oyun komponentləridi?
- Biz həmişə belə etmişik, amma bu il üstünlüyümüz olacaq. Həftəyə bir oyun keçirəcəyik. Və mən komandamın daha yaxşı oynamaq hədəfi ilə öz üzərində işləməsi üçün 5 günə ehtiyacının olacağını düşünürəm. Ancaq...

- Ancaq?..
- Hər halda, oyunun gedişində manevr etməyin lazım gəldiyini də anlamalıyıq. Məsələn, “Real”la oyunda həddən artıq top itkisinə yol verdik və bu planda oyunumuzu yaxşılaşdıra bilərik. Futbolçularımızın ideyalara xüsusi diqqət yetirdiklərini və uğur qazanmaq üçün böyük istək nümayiş etdirdiklərini görürəm.

- Amerikadakı iki oyunu nəzərə almasaq, turneni necə qiymətləndirirsiz?
- Heyətimizdə inkişafameyilli olan çox sayda gənc futbolçu var. Onlardan bəziləri başqa komandalara yollanacaq, çünki yeni mövsümün qrafikində həftəyə bir oyunumuz olacaq: heyətimizdə kifayət qədər oyunçu var, həftəyə bir oyun keçirmək isə meydana çıxmaq şansı az olan oyunçular üçün problem yaradacaq. Biz vacib keyfiyyətlərə malik gənclər üçün doğru qərarlar verməliyik. Təəssüf ki, avrokuboklarda iştirak etməyəcəyik. Deməli, A seriyasına köklənməli və 2024/25 mövsümündə Çempionlar Liqasında çıxış etməliyik.

- “Yuventus”un avrokuboklarda iştirak etməyəcəyini nəzərə alsaq, yeni mövsümdə ən real da olmasa, skudettoya əsas namizədlər sırasında görünəcəyini demək mümkündü?
- İndi skudetto haqqında danışmaq mənasızdı, mövsüm hələ başlamayıb. Amma ən yüksək titula iddiamızdan bir an da geri çəkilmirik. Artıq bu komandada 8 ildi işləyirəm. “Yuventus”a başçılıq etdiyim dövrdə heç vaxt skudetto uğrunda mübarizə aparmayacağımızı dilimə gətirməmişəm. Maksimuma çatmaq üçün doğru ambisiyalara malik olmalıyıq. Klubun tarixində həmişə belə olub. Gələn ilin martında işlərimiz qaydasında olarsa, sonrasına baxarıq. Bizi qarşıda uzun yol gözləyir.

- Danilo kapitan sarğısını Bonuççidən alıb. Yeni mövsümdə kimlər vitse-kapitan olacaq?
- Aleks Sandro ilə Rabyo.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-05-2022, 16:0

“Yuventus” finalda “İnter”ə uduzsa belə...

Dünya futbolu

9-05-2023, 21:0

Alleqrinin aqibəti məlumdu

Dünya futbolu

29-05-2023, 15:0

“Yuventus”un 12 illik seriyası qırıldı

Dünya futbolu

18-09-2022, 14:0

"Real"dan yeni göstərici

Dünya futbolu

27-04-2023, 20:0

“Milan”da qalmaq istəyir, amma şərtləri var

Aktual
“Bozqurd” yatmaz!
Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
Son xəbərlər
  • Bu gün, 14:11
    “Bozqurd” yatmaz!
  • Bu gün, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Bu gün, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
  • Bu gün, 13:20
    "Çempion olsaydıq, bu qədər dəyişiklik etməyə cəsarət tapa bilməzdik" - Tahir Gözəl
  • Bu gün, 12:50
    “Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdi" - Duran
  • Bu gün, 12:20
    Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
  • Bu gün, 11:59
    Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
  • Bu gün, 11:47
    Millimiz bu gün İsveçlə qarşılaşacaq
  • Bu gün, 11:07
    "Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
  • Bu gün, 10:57
    “Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
  • Bu gün, 10:25
    "Neftçi" Serbiya klubu ilə üz-üzə
  • Bu gün, 10:00
    Azərbaycanın UEFA reytinqində əmsalı artdı
  • Bu gün, 07:45
    Fransa yarımfinala çıxdı, Hakimi evə yollandı - DÇ gecəsi
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Dünən, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Dünən, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Dünən, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Dünən, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Dünən, 13:00
    500-cü oyun, 550-ci qol
  • Dünən, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Dünən, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Dünən, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Daha çox
Oxunub: 274
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 207
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə