“Real” 2022/23 mövsümünə uğurlu başlayıb.
Madrid təmsilçisi bu mövsüm bütün turnirlər çərçivəsində keçirdiyi 8 oyunun hamısında qalib gəlib. Bu, “Real”ın son 54 ildə ən yaxşı startıdı. 1961/62 mövsümündə də komanda ilk 8 matçda qalib gəlib. Madridlilər yalnız 1968/69 mövsümünün əvvəlində daha yaxşı çıxış edib. Onda “ağ şimşəklər” startdakı 11 görüşdə qələbə qazanıb. “Real" növbəti oyunu sentyabrın 18-də "Atletiko"ya qarşı keçirəcək.