• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray”a bir qol kifayət etdi

Dünya futbolu

6-08-2023, 19:0

Bu həftə Türkiyə futbolu üçün olduqca uğurlu alındı. “Fənərbaxça”nın “Zimbru”nu darmadağın etməsinin ardından qardaş ölkənin qalan üç təmsilçisi də fanatlarını sevindirdi.

"Football-plus.az" xəbər verir ki, ÇL-də çıxış edən “Qalatasaray” üçün “Jalgiris”lə cavab oyunu gözlənildiyi qədər asan keçmədi. Aşkar favorit sayılan “Cim-Bom” bu il nəyin bahasına olur-olsun, qarşısına qrup mərhələsinə düşmək hədəfi qoyub. Bu üzdən komanda böyük təzyiq altındadı. “Jalgiris”in isə itiriləsi heç nəyi yox idi. Bütün komanda ilə müdafiəyə çəkilən Litva çempionu ümidini əks-hücumlara və Oyevusinin sürətinə bağlamışdı. Hələ istənilən formada olmayan və rəqibin müdafiəsini yarmaqda çətinlik çəkən Türkiyə çempionunun dadına Mertens çatdı. Belçikalı ulduz ilk yarının ortalarında Kərəmin künc zərbəsindən asması zamanı topu saxlamadan birbaşa qapıya göndərməklə baxımlı qol vurdu. İlk oyunda “Qalatasaray”ın müdafiəsinə ciddi problemlər yaradan Oyevusi bu dəfə 2 real fürsət yaxaladı. Nigeriyalı forvard hər iki halda sürəti hesabına müdafiəçiləri geridə qoydi. Amma ilk yarıdakı epizodda ona qeyri-dəqiqlik, ikinci yarıdakı epizodda isə Muslera mane oldu. Hesab sona qədər dəyişməyincə, “Qalatasaray” növbəti mərhələyə yüksəldi. İstanbul nəhəngi 3-cü təsnifat mərhələsində Sloveniya çempionu “Olimpiya” ilə qarşılaşacaq.

KL-də isə “Beşiktaş”la “Adana Dəmirspor” da yoluna davam edir. “Qartal”ın “Tirana” ilə səfərdə keçirdiyi oyun qalmaqalla start götürdü. Qonaqlar üçün ayrılan tribunadan meydana yad cisimlər və petardlar atıldı. Yerli fanatlar isə bunun əvəzində qonaqlara hücum etmək istədilər. Olaylar üzündən oyun 15 dəqiqə gec başladı. İlk görüşdəki 3:1-lik qələbədən sonra rahat oynayan İstanbul nəhəngi səfərdən də qələbə ilə dönməyi bacardı. Fasilədə meydana çıxan və yeni komandasında debüt edən Amarti 56-cı dəqiqədə başla fərqlənərək “ağ-qaralar”ı önə keçirdi. Yekun nəticəni isə Abubakar müəyyənləşdirdi. Xatırladaq ki, “Beşiktaş” növbəti mərhələdə “Neftçi” ilə qarşılaşacaq. “Adana Dəmirspor” Rumıniyanın iddialı klublarından ÇFR ilə ev oyununda Akintolanın başla vurduğu qol sayəsində fasiləyə öndə yollandı. Amma 2-ci hissənin ortalarında vəziyyət 180 dərəcə dəyişdi. Adanalıların yeni transferlərindən olan müdafiəçi Qravilyon həm penaltiyə səbəbkar oldu, həm də birbaşa qırmızı vərəqə aldı. Qonaqların heyətində Moqoş fürsəti əldən vermədi. Hər şey əlavə vaxta doğru gedərkən son anlarda yerli fanatlar ayağa qalxdı. Standart zərbə zamanı müdafiəçiyə dəyən top Şerif Ndiayenin önünə düşdü. Seneqallı forvard bu gözəl fürsəti əldən verməyərək qəhrəmana çevrildi. Həm tarixində ilk dəfə avrokuboklarda oynayan “Adana Dəmirspor”, həm də bu səviyyədə ilk dəfə məşqçilik edən Patrik Klyuvert ilk ciddi sınaqdan üzüağ çıxdı. Adana klubu növbəti mərhələdə Xorvatiya təmsilçisi “Osiyek” ilə qarşılaşacaq. 4 təsmilçisinin də qələbə qazanması Türkiyənin əmsallar cədvəlində də irəliləməsinə səbəb oldu. Əmsalını 28,350-yə çatdıran qardaş ölkə Avstriyanı geridə qoyaraq 11-ci pilləyə yüksəldi. 10-cu pillədəki İsveçrə ilə fərq cəmi 0,125 əmsala bərabərdi. Bu, UEFA-nın rəsmi saytında göstərilmiş reytinqdi. Maraqlıdı ki, Türkiyə mənbələrində Türkiyə hələ də 12-ci pillədə göstərilib.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu
Qalatasaray – Jalgiris (Litva) 1:0 (ilk oyun – 2:2)
Mertens, 31.
Qalatasaray: Muslera, Boe, Nelsson, Əbdülkərim Bardakcı, Anxelinyo, Berkan Kutlu, Oliveyra (Midtşö, 69), Barış Alpər Yılmaz (Bakambu, 79), Mertens (Morutsan, 79), Kərəm Aktürkoğlu (Kaan Ayhan, 90), Xəlil Dərvişoğlu (Yunus Akgün, 46).

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
Tirana (Albaniya) – Beşiktaş 0:2 (1:3)
Amarti, 56. Abubakar, 75.
Beşiktaş: Mərt Günok, Rozye, Nəcip Uysal (Amarti, 46), Kolli, Masuaku, Haciahmetoviç (Dəmir Ege Tıknaz, 89), Salih Uçan (Onana, 81), Fernandeş, Onur Bulut (Umut Meraş, 82), Muleka (Semih Kılıçsoy, 81), Abubakar.

Adana Dəmirspor – ÇFR (Rumıniya) 2:1 (1:1)
Akintola, 43. Ş.Ndiaye, 90+3 – Moqoş, 68-p.
Adana Dəmirspor: Karaçiç, Svensson, Qravilyon, Semih Gülər, Rodriges, Stambuli, Əmrə Akbaba (Dorukhan Toköz, 90+3), Yusuf Sarı, Belhanda (Nani, 90+10), Akintola (Manev, 69), Ş.Ndiaye.

Faktlar
* “Qalatasaray” avrokuboklarda 304-cü oyununda 107-ci qələbəsini qazandı (82 heç-heçə, 115 məğlubiyyət, top fərqi – 404:450).
* “Qalatasaray” avrokuboklarda keçirdiyi son 14 oyunun yalnız 1-də məğlub olub (7 qələbə, 6 heç-heçə)! Yeganə məğlubiyyət 2021/22-də AL-in 1/8 finalında “Barselona” ilə ev oyununda qeydə alınıb (1:2).
* “Qalatasaray” ÇL-in təsnifat mərhələsində 6 oyunluq qələbəsiz seriyaya son qoydu. İstanbul nəhəngi son qələbəsini 2006/07-də Çexiya təmsilçisi “Mlada Boleslav”la ev oyununda əldə etmiş və daha sonra təsnifat mərhələlərində keçirdiyi 6 qarşılaşmadan 3 heç-heçə, 3 məğlubiyyət ilə ayrılmışdı.
* “Qalatasaray” ÇL-in təsnifatında keçirdiyi 28-ci oyunda 18-ci qələbəsini qazandı (7 heç-heçə, 3 məğlubiyyət). “Cim-Bom” Avropanın bir nömrəli klub turnirinin tarixində təsnifatlarda ən yaxşı qələbə faizinə (64) malik olan komandadı!
* 36 yaş 88 günlüyündə fərqlənən Mertens “Qalatasaray” tarixində avrokuboklarda qol vuran ən yaşlı futbolçu oldu! Bu göstəricidə əvvəlki rekord George Haciyə (36 yaş 32 gün) məxsus idi.
* “Beşiktaş” avrokuboklarda 232-ci oyununda 86-cı qələbəsini qazandı (47 heç-heçə, 99 məğlubiyyət, top fərqi – 304:347).
* “Beşiktaş” avrokuboklarda son 20 qələbədən 19-nu Şenol Günəşin başçılığı altında əldə edib! Günəş klub tarixində avrokuboklarda ən çəx qələbə qazanan məşqçi statusundadı. Ümumilikdə “Qartal”ın bu məşqçi ilə avrokuboklarda göstəriciləri belədi: 40 oyun, 19 qələbə, 12 heç-heçə, 9 məğlubiyyət, top-fərqi – 69:55.
* “Beşiktaş” Albaniya klublarına qarşı keçirdiyi 6-cı oyunda 6-cı qələbəsini qazandı.
* 28 yaşlı Amarti peşəkar karyerasında avrokuboklarda səfər oyununda cəmi 2-ci qolunu vurdu. O, daha öncə 2014/15-də AL-in qrup mərhələsində “Kopenhagen”in heyətində “Brügge” ilə səfər oyununda fərqlənmişdi. Ümumilikdə qanalı müdafiəçi avrokuboklarda 5-ci qolunu vurdu.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Bir çox qol fürsətimiz olsa da, 2-ci qolu heç cür vura bilmədik. Halbuki hesabı 2:0 etsəydik, intriqa öləcəkdi. “Jalgiris”in müdfiəyə çəkiləcəyini bilirdik. Amma bütün komanda ilə müdafiə olunacaqlarını gözləmirdik. İlk oyunda heç olmasa, irəlidə 1 futbolçu saxlamışdılar. Fiziki cəhətdən bizdən öndədilər. Üstəlik biz də imkanlarımızdan aşağı səviyyədə çıxış etdik. Çünki hələ tam hazır deyilik. Hava da çox nəmli idi. Bu da oyunçuların tempini aşağı salırdı. Mən kənarda dura-dura tərləyirdim. Bütün bu məqamlara görə oyun çətin keçdi. Qapımız önündə 2 təhlükəli vəziyyət yarandı. Rəqibin hücumçusu cəld və sürətli olsa da, son zərbələri bu gün yaxşı deyildi. Bu baxımdan bəxtimiz gətirdi. Əsas odu ki, qalib gələrək istəyimizə çatdıq. Növbəti mərhələ üçün həm daha hazır olacağıq, həm də Zanyolo, Zaha, Torreyra, İkardi kimi futbolçularıa birlikdə heyətimiz daha güclü olacaq. Mertensin qolu möhtəşəm alındı. Məşqdə bunun üzərində çalışmışdıq. Bu qol “Puşkaş” mükafatına namizəd göstərilə bilər. Növbəti mərhələdəki rəqibimiz olan “Olimpiya”nın son oyununu izlədim. “Jalgiris”lə müqayisədə irəlidə daha təhlükəli oynayan komandadı. ÇL-in qrup mərhələsindən bizi cəmi 4 oyun ayırır. Hədəfimiz qələbə qazanaraq yolumuza davam etməkdi”.

Vladimir Çeburin, “Jalgiris”in baş məşqçisi: “Az da olsa, qol fürsətlərimiz oldu. Amma bunları dəyərləndirə bilmədik. Ümumi götürəndə maraqlı və keyfli bir qarşılaşma izlədik. Əminəm ki, “Qalatasaray” da bizimlə oynamaqdan ləzzət aldı. Matçın böyük hissəsini müdafiədə keçirmək məcburiyyətində qaldıq. Stadionda əla atmosfer var idi. “Qalatasaray” fanatları öz komandalarını gözəl dəstəklədilər. “Qalatasaray” bizdən güclü idi və ona növbəti oyunlarda uğurlar arzulayıram. Biz isə artıq başqa hədəflərə köklənəcəyik”.

Orqes Şehi, “Tirana”nın baş məşqçisi: “Məğlub olsaq da, komandam gözəl oyun nümayiş etdirdi və xarakterini ortaya qoydu. “Beşiktaş” kimi rəqibə qarşı çəkinmədən oynadıq. Bu məqam növbəti oyunlarda özümüzə olan inamın artmasına yardım edəcək. Hər oyuna belə konsnetrasiya ilə çıxmalıyıq. Oyunçularımın bu təfəkkürü dəyişmələrini istəmirəm. Start fitindən öncə yaşananlar isə bizim üçün sürpriz oldu. Belə şeylər futbola heç də gözəllik qatmır”.

Şenol Günəş, “Beşiktaş”ın baş məşqçisi: “Amarti komandaya gec qoşuldu. Məşqlərə yeni başlamışdı. Bu gün ona az da olsa, şans vermək istəyirdim. Amma Nəcip Uysal zədələndikdən sonra işlər dəyişdi. Amarti yaxışı oynadı və komanda yoldaşları ilə gözəl anlaşırdı. Onu təbrik edirəm. Meydanda şiddət görmək istəmirik. Belə şeylər Albaniya ilə dostluğumuzu poza bilməz. Olayların kim tərəfindən başlaması önəmli deyil. Heç də xoş görüntülər deyildi. Heç bunu gündəmə gətirməyə də dəyməz. “Tirana”nın heyətində Hassanini bəyəndim. Yaxşı sol ayağı var. Qapıçıları Salmaninin isə ümid edirəm ki, zədəsi ciddi deyil. Ot örtüyünün bərbad olması üzündən oyun çox da baxımlı alınmadı. Belə örtük nə bu komandaya, nə də bu stadiona yaraşır. Səhv etmirəmsə, burda KL-in finalı keçirilmişdi. Bu gün ot örtüyü çox sərt idi. Fikrimcə, bu örtük dəyişdiriləcək”.

Patrik Klyuvert, “Adana Dəmirspor”un baş məşqçisi: “Hər şeydən öncə fanatlarımıza stadionda yaratdıqları mükəmməl atmosferə görə təşəkkür edirəm. İnsanda asılılıq yaradan bir atmosfer var idi. Futbolçular məhz belə ab-havada oynamaq üçün futbolu seçirlər. İlk yarıda müdafiədə yaxşı oynadıq. Fasiləyə öndə yollanmaq həmişə əlavə üstünlükdü. 2-ci hissədə sərgilədikləri xarakterə görə oyunçularımla qürur duyuram. Hətta azlıqda qalandan sonra da rəqib üzərimizdə heç bir təzyiq qura bilmədi. Bu da gücümüzdən xəbər verir. Məni sevindirən odu ki, məşqlərdəki əməyimizin bəhrəsini görürük. Çünki həm künc, həm də standart zərbədən sonra vurduğumuz qolların üzərində məşqdə çalışmışdıq. Amma biz hələ heç nəyə nail olmamışıq. Bu, yalnız uzun yolun başlanğıcıdı”.

Andrea Mandorlini, ÇFR-in baş məşqçisi: “Futbolda belə şeylər olur və bunu qəbul etməliyik. Çox üzgünük. Çünki rəqib azlıqda qaldıqdan sonra və bərabərlik qolumuzun ardından ümidlənmişdik. Oyun sanki bizə doğru çevrilmişdi. Amma iki ani diqqətsizlik bizə baha başa gəldi. Həm ilk yarının, həm də ikinci yarının sonlarında diqqətsizliyə yol verdiyimiz üçün mübarizəni dayandırmalı olduq”.

Paylaş:
Digər xəbərlər

Reportaj

27-07-2023, 17:0

“Qalatasaray”ın yeni ÇL macərası bərabərliklə başladı - REPORTAJ

Manşet / Çempionlar Liqası

2-08-2023, 10:0

ÇL-də 2-ci təsnifat mərhələsinə yekun vurulur

Dünya futbolu

9-04-2022, 22:0

''Qalatasaray'' ''Fənərbaxça''ya bir ilki yaşada bilər!

Dünya futbolu

28-05-2022, 19:0

''Qalatasaray'' Avropanın ən güclüsünü darmadağın etdi

Dünya futbolu

12-03-2023, 20:0

''Qalatasaray'' 63 illik rekordu yenilədi!

Aktual
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
Son xəbərlər
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 210
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 180
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə