• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” haqq etdiyi qələbəni qazandı - REPORTAJ

Reportaj / Konfrans Liqası

5-08-2023, 20:0

Əslində “Neftçi”nin tur adlamasının əsası ötən oyunun 5-ci uzatma dəqiqəsində qoyulmuşdu.

Hər halda, uzun müddət idi bu stadionda belə ab-hava görmürdük. “Neftçi”də baş verən dəyişikliklər 10 min azarkeşin arenaya gəlməsinə səbəb olmuşdu.

"Football-plus.az" xəbər verir ki, flaqmanın yeni prezidenti Fərrux Mahmudovla baş məşqçi Adrian Mutunun doğma meydanda ilk sınağı idi.

Rumıniyalı mütəxəssis ilk oyundakı heyətdə hansısa dəyişiklik etməmişdi. Hücumçusuz komandanın qol ümidi Ozobiç idi. Lakin sistemdə və oyun tərzində fərqlər hiss olunurdu. Bunlardan biri Sayefin gizli “9” nömrə mövqeyində çıxış etməsi idi.

Komandalar ilk dəqiqələrdən açıq futbol nümayiş etdirirdi. Lakin 10 dəqiqə ərzində “ağ-qaralar”da həyəcan hiss olunurdu. “Jelezniçar” bu müddət ərzində üç hücum qurdu. Lakin bundan sonra flaqman toparlana bildi. Azərin erkən zədəsi oyun planında dəyişikliyə səbəb olmadı. Onu adaşı əvəzləyən kimi “Neftçi” qol vurdu. Lebonun ideal ötürməsini qəbul edən Sayef Muftiçi məyus etdi.

Qoldan sonra “ağ-qaralar” daha da həvəsləndi. İlk hissənin sonlarına kimi meydanda diqtə edən tərəf bakılılar idi. Sayef, Emin, Lebon, Ozobiç fəallıq nümayiş etdirsələr də, fasiləyə kimi hesab dəyişmədi.

İkinci hissəyə də “Jelezniçar” istəkli başladı. Sanki “Neftçi” ilk 15 dəqiqə rəqibin hücum qurmasına şərait yaradaraq onun yorulmasını gözləyirdi. Bundan sonra “ağ-qaralar”ın cinah yarımmüdafiəçiləri işə başladı. Lebon - Sayef dueti 60-cı dəqiqədə ikinci qolun vurulmasında pay sahibi ola bilərdi. Lakin fransalının ötürməsindən sonra israilli qapıçı ilə təkbətəkdən məğlub ayrıldı. Artıq oyuna tam “Neftçi” nəzarət edir, 2-ci qolu vurmaq istəyirdi. Sayeflə Caberin uzaqdan zərbələrini qolkiper çətinliklə dəf edirdi. Nəhayət, 68-ci dəqiqədə flaqman istəyinə çatdı. Künc zərbəsindən ötürməni Matias başla qapıya göndərdi. Qolkiper onun zərbəsini qaytarsa da, özünü yetirən və hamıdan hündürə tullanan Eddi hesabı 2:0 etdi.

Oyunun qalan hissəsində də “Neftçi” daha yaxşı oyun sərgiləyirdi. Məğlubiyyəti həzm edə bilməyən “Jelezniçar” futbolçuları bəzi məqamlarda kobud oynasalar da, bu heç bir işə yaramırdı. Beləliklə, 90 dəqiqənin tamamında flaqman bosniyalıları 2:0 hesabıyla məğlub edərək Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə yüksəldi. Burda isə rəqib daha güclü olan “Beşiktaş”dı. Ağ-qara rənglərə könül verən iki komandanın duelini futbol ictimaiyyəti səbirsizliklə gözləyir.

Gözdən qaçmadı
* “Neftçi” azarkeşləri “One city, one mentalty” (Bir şəhər, bir düşəncə) yazılmış pankart açmışdılar.
* “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev kənarda dayanaraq meydana daxil olan futbolçularla bir-bir görüşdü.
* “Jelezniçar”ın futbolçuları meydana daxil olan kimi öz ehtiyat oyunçular skamyaları tərəfdə dairəvi şəkildə yığışaraq qələbə andı içdi. “Neftçi” futbolçuları da eyni hərəkəti təkrarladı.
* Oyunu 80-ə yaxın “Jelezniçar” azarkeşi izləyirdi. Onlar tez-tez şüarlar səsləndirərək komandalarına dəstək olurdular. Lakin “Neftçi” fanatları dərhal müdaxilə edərək rəqib azarkeşlərini fitə basırdılar.
* Stadionun ot örtüyündəki saralmış hissələr açıq-aydın görünürdü.
* Azər Əliyev 11-ci dəqiqədə rəqiblə hava mübarizəsində toqquşaraq yerə yıxıldı və qolu qatlandı. Müdafiəçi bir müddət qolunu hərəkət etdirmədən mübarizəni davam etdirsə də, sonradan adaşı Azər Salahlı ilə əvəzləndi.
* 21-ci dəqiqədə Mutu auta çıxan topu qeyri-adi hərəkətlə ram etdi. Bu azarkeşlərin alqışına səbəb oldu.
* Macar hakim həm 1-ci, həm də 2-ci hissədə su fasiləsi verdi.
* 44-cü dəqiqədə Azərbaycan azarkeşlərinin ənənəvi şüarı olan “Şəhidlər ölməz, vətən bölünməz” sədaları eşidilmədi.
* 48-ci dəqiqədə Ovçina zədələnərək meydanı xərəkdə tərk etdi. Onun vəziyyətinin yaxşı olmadığını görən “Neftçi” futbolçuları dərhal həkimləri meydana səslədilər.
* İkinci hissəyə əlavə olunmuş dəqiqələrdə “Neftçi” azarkeşləri “Beşiktaş”ın ünvanına təhqiramiz şüarlar səsləndirməyə başladı.
* Hakim Brkiçə sarı vərəqə göstərəndən sonra “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç onu və qolkiperi alqışladı.
* Görüşün sonlarında İsmayılla Yasareviç arasında gərginlik yaşandı. Aqil Məmmədov dərhal meydana daxil olaraq yarımmüdafiəçini sakitləşdirdi.
* Matç bitən kimi Mutu məşqçilər korpusu ilə birgə qələbəni qeyd etdi. Başiç isə meydana daxil olaraq futbolçularını bir-bir təbrik etdikdən sonra Mutu ilə sağollaşdı. Yeri gəlmişkən, rumıniyalı mütəxəssis oyun bitən kimi sonradan oyuna qoşulan futbolçuların meydanın mərkəzində qaçmasını istədi.

Paylaş:
Digər xəbərlər

Manşet / Reportaj

16-07-2023, 18:0

“Neftçi” məğlub olsa da, ümid verdi - REPORTAJ

Ölkə kuboku / Reportaj

27-04-2023, 13:0

"Neftçi" 11-ci dəfə finala adladı! - REPORTAJ

Aktual / Premyer-liqa

18-07-2023, 13:0

Mutulu “Neftçi” premyer-liqaya rəng qatacaq - TƏHLİL

Maraqlı

18-07-2023, 14:0

Adrian Mutunun “Neftçi”yə təyinatı dünya mətbuatında

Manşet / Konfrans Liqası

31-07-2023, 19:0

Rəhman “Neftçi”yə həyat verdi - REPORTAJ

Ölkə futbolu / Manşet

17-07-2023, 14:0

Mutu “Neftçi”ni yeniləmək arzusundadı - TƏHLİL

Aktual
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
“Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
“Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
Son xəbərlər
  • Bu gün, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Bu gün, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Bu gün, 19:37
    3-cü mərhələ həyəcanı Randers və Lyublin səfərləri ilə başlayır... - YENİLƏNİR
  • Bu gün, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Bu gün, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Bu gün, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Bu gün, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Bu gün, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Bu gün, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Bu gün, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Bu gün, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Bu gün, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Bu gün, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Bu gün, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Bu gün, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Bu gün, 13:17
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Bu gün, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Bu gün, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Bu gün, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Bu gün, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Bu gün, 10:00
    Klubuna sadiq qaldı
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 94
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə