• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəhman “Neftçi”yə həyat verdi - REPORTAJ

Manşet / Konfrans Liqası

31-07-2023, 19:0

“Neftçi” Adrian Mutunun rəhbərliyi altında ilk rəsmi matçına çıxmışdı.

Komanda ilk dəqiqələrdən hücum futbolu sərgiləməyə çalışırdı. Baxmayaraq ki, heyətdə nominal hücumçu yox idi. Ümumiyyətlə, Mutunun meydana buraxdığı heyət maraqlı idi. Müdafiənin mərkəzində Yuri ilə Tamaşa güvənmişdi. Sağ cinahda isə son iki yoxlama matçında özünü yaxşı tərəfdən göstərən Ömər çıxış edirdi. Diqqəti çəkən məqam yarımmüdafiə xətti ilə bağlı idi. İki dayaq yarımmüdafiəçisi - Ataa Caberlə Eddi İsrafilov bir yerdə çıxış edirdi. Emin Mahmudov isə pleymeyker funksiyasını yerinə yetirirdi. Mutu hücumçu kimi Ozobiçə güvənmişdi. Böyük ehtimalla rumıniyalı mütəxəssis millimizin üzvünün bitiricilik qabiliyyətinin Boqomolski və Ağadadaşdan yaxşı olduğu qənayətinə gələrək onu meydana buraxmışdı.

Matça bakılılar üstün başladı. Onlar topa total nəzarət edirdi. İlk dəqiqələrdən hiss olunurdu ki, “Jelezniçar” əks-hücumlarda fəal olacaq. Belə də oldu. 12 dəqiqə ərzində “Neftçi” rəqibi qapısına sıxışdırdı. Hətta Kenni uzaqdan zərbə ilə şansını yoxladı. Lakin 14-cü dəqiqədə sağ cinahda israillini geridə qoyan Mekiçin qapı önünə göndərdiyi asmanı Haraçiç dəqiq baş zərbəsi ilə tamamladı. Qoldan sonra “Neftçi”də nizam-intizam pozuldu. Artıq meydan sahibləri daha istəkli və basqılı oynayırdı. Bundan əlavə, azarkeşlər meydanda sərt mübarizənin şahidi olurdu. Buna baxmayaraq, baş hakim əlini cibinə atmağa ehtiyac görmürdü. Hissənin sonlarına yaxın “Neftçi” təzyiqi artırdı. Flaqman rəqibin sərt müdaxilələrinə baxmayaraq, ayaqda qalmağı bacarırdı. 44-cü dəqiqədə isə “ağ-qaralar” hesabı bərabərləşdirdi. Ozobiç inadkarlıq göstərərək topu müdafiəçilərdən “oğurladı”. Millimizin üzvü “dəri kürə”ni Eminə göndərdi. Yarımmüdafiəçinin ötürməsindən sonra Lebon topa zərbə vurdu. Kosoriçə dəyib istiqamətini dəyişən “mərmi” tora daxil oldu.
Qoldan sonra hər iki tərəf hücumlar təşkil etməyə başladı. “Jelezniçar” bir qədər top saxlamaq niyyətində idi. Lakin ilk hissəyə əlavə olunan 5-ci dəqiqədə topu ələ keçirən Ömər onu Caberə ötürdü. Fələstinli yarımmüdafiəçinin “açar” ötürməsindən sonra Ozobiçin zərbəsi qapıdan aralı keçdi. 3 dəqiqə sonra isə Eminin cərimə zərbəsindən birbaşa qapıya göndərdiyi topu qolkiper çətinliklə uzaqlaşdırdı. Futbolda bağlı maraqlı deyim var: “vurmayana vurarlar”. Bu oyunda bunun canlı şahidi olduq. İlk hissənin son hücum şansından meydan sahibləri maksimum istifadə etdi. “Jelezniçar”ın futbolçuları “Neftçi”nin müdafiəçilərinin çaş-baş qalmasından yararlandı. Yekunda Amoa dəqiq zərbə ilə hesabı komandasının xeyrinə dəyişdi. Bununla da ilk yarı başa çatdı.

Fasilə bitən kimi “Neftçi” hücuma atıldı. 46-cı dəqiqədə hakim “Jelezniçar”ın qapısına sərbəst zərbə təyin etdi. Lakin Eminin ötürməsindən sonra Sayefin zərbəsinin qarşısını qolkiper ala bildi. Bir dəqiqə sonra isə “Jelezniçar” 3-cü qolu vura bilərdi. Qaliçin uzun ötürməsindən sonra top Brkiçə qədər gəlib çatdı. Lakin qolkiper kobud səhvə yola verərək topu əlindən buraxdı. Sonda hər şey xeyrimizə oldu. Krpiçin zərbəsini dəf edən Brkiç səhvini düzəltdi. Bundan sonra “Neftçi”, demək olar ki, oyuna nəzarəti tam ələ aldı. Meydan sahibləri flaqmanı əks-hücumlarda tutmaq niyyətində idi. Lakin onlar daha çox müdafiəyə diqqət ayırırdı. 61-ci dəqiqədə Ozobiçin ideal ötürməsini Lebon qola çevirə bilmədi. Artıq meydanda hücum qurmağa can atan bir komanda var idi - “Neftçi”! Çünki flaqman hesabda geridə idi. Bunu aradan qaldırmaq istəyi bakılıları irəli atılmağa məcbur edirdi. Meydan sahibləri isə ancaq müdafiə olunur və vaxtın keçməsi üçün əllərindən gələni edirdilər. Görüşün 70-ci dəqiqəsində Lebon yenə Mulaliçlə təkbətək qalsa da, qolkiperi məyus edə bilmədi.

Vaxt azaldıqca “Neftçi”nin təzyiqi daha da artırdı. Mutu dəyişiklikər edərək hesabın bərabərləşməsinə çalışırdı. Bu səbəbdən də meydana Boqomolski, Koffi və Rəhmanı buraxdı. Düzdü, fransalı, demək olar ki, özünü göstərə bilmədi. Hətta 90+3-cü dəqiqədə zədələndiyi üçün meydanı tərk etdi. Qarşılaşmanın taleyi isə 5-ci uzatma dəqiqəsində həll olundu. Eminin künc zərbəsindən ötürdüyü topu Mulaliç geri qaytardı. Rəhmanın möhtəşəm zərbəsi qarşısıalınmaz oldu. Hesab 2:2 olandan sonra meydan sahiblərinin azarkeşləri böyük şok yaşadı. Beləliklə, qarşılaşmada başqa maraqlı heç nə yaşanmadı. Futbolçular, sadəcə, bir-birinə ötürmə edərək vaxtın bitməsini gözlədilər…

İlk oyundan sonra göründü ki, flaqmanda hücumçunun olmaması böyük problemdi. Lakin Bakıdakı oyunda “ağ-qaralar”ın bu rəqibi keçəcəyini söyləyə bilərik. Çünki burda həm psixoloji, həm də azarkeş üstünlüyü məhz təmsilçimizin tərəfində olacaq.

Gözdən qaçmadı
* Komandalar meydana bir qədər tez çıxdıqları üçün oyunun vaxtında başlaması üçün 2 dəqiqə gözləməli oldular.
* Qarşılaşmanı az sayda azərbaycanlı azarkeşlər də izləyirdi. “Neftçi”nin qol vurduğu epizodlarda bosniyalı efir rejissoru onların da sevincini tamaşaçılara göstərdi.
* “Neftçi”nin ilk qolundan sonra meydan sahibləri oyuna mərkəzdən başladı. Burda Sayef Oçvinaya qarşı kobud oynadı. Lakin sonradan bosniyalı futbolçu ayağa qalxaraq israilliyə zərbə endirdi. Bundan sonra meydanda ara qarşıdı, məhzəb itdi. Futbolçular arasında gərginlik son həddə çatdı. Diqqətimizi çəkən bir məqam oldu. “Jelezniçar”ın hücumçusu Haraçiç “Neftçi”nin qolkiperi ilə tutaşdı. Yuri onları aralasa da, forvard xorvatiyalı qapıçıdan acıqlı qaldı. Müdafiəçinin onun qarşısını kəsdiyini görən bosniyalı Brkiçi əli ilə hədələdi. Hakim isə başverənlərdən sonra, sadəcə, Sayeflə Oçvinanı sarı vərəqə ilə cəzalandırdı.
* Qarşılaşmanın ilk hissəsinə əlavə olunan 8-ci dəqiqədə Ozobiçin zərbəsi qapının üstündən keçdi. Düzdü, burda oyundankənar vəziyyət də var idi. Bu epizoddan sonra meydan sahiblərinin qapıçısı Mulaliçlə müdafiəçi Qaliç arasında problem yaşandı. Qapıçı Ozobiçin belə rahat davranması ilə bağlı komanda yoldaşına etiraz etdi. Onlar arasında çəkişmə təxminən 20-25 saniyə çəkdi.
* Amoa qol vurandan sonra meydanın mərkəzində diz çökərək dua etdi.
* 46-cı dəqiqədə “Neftçi” sərbəst zərbə yerinə yetirdi. Sayefin zərbəsi qolkiperin başına dəydi. Bundan sonra Mulaliç huşunu itirərək yerə sərildi. Həkimlərin müdaxiləsindən sonra o özünə gələrək oyunu davam etdirdi.
* 88-ci dəqiqədə meydan sahiblərinin baş məşqçisi Nermin Başiç hakimə etiraz etdi. Referi isə onu “sarı” ilə cəzalandırdı.
* Qol vurulmamışdan öncə, künc zərbəsi zamanı meydana iki yeniyetmə daxil olsa da, polislər onları tez stadiondan kənarlaşdırdı.
* Görüş ərzində çox həyəcanlı olan Aqil Məmmədov tez-tez oyunçuların üstünə qışqırır və onlara göstərişlər verirdi. Rəhmanın qolundan sonra onun yanına qaçan ilk şəxs də məhz qolkiper oldu.

Paylaş:
Digər xəbərlər

Manşet / Reportaj

16-07-2023, 18:0

“Neftçi” məğlub olsa da, ümid verdi - REPORTAJ

Ölkə futbolu / Manşet

24-07-2023, 16:0

Adrian Mutu tələsmək istəmir

Maraqlı

18-07-2023, 14:0

Adrian Mutunun “Neftçi”yə təyinatı dünya mətbuatında

Aktual

24-07-2023, 16:0

“Neftçi”nin rəqibi “Jelezniçar” əks-hücumlara bel bağlayır - TƏHLİL

Ölkə futbolu

29-07-2023, 20:0

Mutu: "Oyun intellektini inkişaf etdirməliyik"

Ölkə futbolu / Manşet

17-07-2023, 14:0

Mutu “Neftçi”ni yeniləmək arzusundadı - TƏHLİL

Aktual
“Kəpəz”: dağ yox, DAĞ! – Sisyanov, Cavad xan və başqaları...
“İndi vəziyyət yaxşılaşıb” - Rahid Əmirquliyev “Şahdağ Qusar”ın hədəflərindən danışdı
“Futbol xoşbəxtliyi yanımızda deyildi” - Röyal Nəcəfov
“AFFA-dan gələn yardımlar dayanıb” - daha bir bölgə klubu dağılmaq ərəfəsində
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
“Kamal Bayramov əvvəlki oyunların videosunu AFFA-ya atıb, mənə şər-böhtan var” - 6 aylıq cəzalanan məşqçi
Son xəbərlər
  • Bu gün, 21:23
    “Qarabağ”da 200-cü oyun
  • Bu gün, 20:59
    Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - VİDEO
  • Bu gün, 20:45
    Londondan Barselonaya kütləvi axın gözlənilir
  • Bu gün, 20:14
    Mançesterə qayıtmamaq ehtimalı artdı
  • Bu gün, 19:41
    ''Fənərbaxça''da Tedesko dönəmi başa çatdı! - detallar
  • Bu gün, 19:07
    "İnanmağım gəlmir ki, "Neftçi" "Qarabağ"ın cavabını versin" - Vernidub da Qurbanova boyun əydi
  • Bu gün, 18:56
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 18:25
    Kurtua “Barselona”ya qarşı oynayacaq?
  • Bu gün, 17:54
    Saxlanılan hakim kimdi?
  • Bu gün, 17:23
    “Uşaq Hüquqlarının Qorunması” mövzusunda seminar keçirildi
  • Bu gün, 17:13
    Mövsümü erkən başa vurdu
  • Bu gün, 16:49
    ''Roma'' ''Fənər''in müdafiəçisinə göz qoyub
  • Bu gün, 16:18
    "Sumqayıt"dan 21-ci əsrin antirekordu
  • Bu gün, 15:59
    “Qarabağ” 700-cü səfər qolunu vurdu
  • Bu gün, 15:28
    Şarapova niyə daha tennis oynamır?
  • Bu gün, 14:57
    Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
  • Bu gün, 14:34
    Millimiz birinci pillədə - dünya reytinqi
  • Bu gün, 14:06
    “Düşünürəm ki, Ovi bununla bağlı qarışıq hisslər keçirir”
  • Bu gün, 13:37
    “Qaziantep”in yeni baş məşqçisinin adı bəlli oldu
  • Bu gün, 13:19
    Vembanyama səslərin hamısını qazandı
  • Bu gün, 12:35
    “Kəpəz”: dağ yox, DAĞ! – Sisyanov, Cavad xan və başqaları...
  • Bu gün, 12:23
    Cokoviçdən növbəti rekord: 860 həftə ilk “5-lik”də!
  • Bu gün, 11:52
    Gözlənilən cəzadan qaça bilmədi
  • Bu gün, 11:21
    “Ərzurumspor” 5 ildən sonra superliqaya yüksəldi
  • Bu gün, 10:50
    Kişilər arasında Alkaras, qadınlar arasında Sobolenko...
  • Bu gün, 10:29
    “Okan Buruka haqsızlıq edilir” - Yılmaz Vural Türkiyə futbolunun problemlərini qabartdı
  • Bu gün, 10:00
    Ata harda, oğul da orda
  • Bu gün, 01:18
    Talişkanın qıçı qırılmasın, o penaltini vursaydı... – Tedesko getdi
  • Bu gün, 01:08
    “Hər oyunu eyni şəkildə keçirə bilmərik” – Valdas Dambrauskas
  • Dünən, 23:44
    "Qırmızı vərəqə oyuna çox təsir etdi" - Fizuli Məmmədov
  • Dünən, 23:22
    “Pao” da pley-offa vəsiqə qazandı
  • Dünən, 23:02
    Arda Gülər “Arsenal”a keçir?
  • Dünən, 22:43
    Modriçin seriyası 10-a çatdı
  • Dünən, 21:55
    Tovuzda "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 21:17
    İtaliya hökuməti pilotlardan nə istəyir?
Daha çox
Oxunub: 282
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 244
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 197
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 151
“Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
Oxunub: 142
“Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
Oxunub: 141
AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə