• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dünya futboluna qəsd

Dünya futbolu

4-08-2023, 21:0

Səudiyyə Ərəbistanının futboluna rəhbərlik edənlər, deyəsən, dünya futbolunun qəsdinə durub.

“Football-plus.az” xəbər verir ki, harda bir ulduz varsa, önünə kisə-kisə pul atır və aparırlar. Hazırda Kilian Mbappe, Marko Verratti, Aleksandar Mitroviç, Fabinyo, David De Xea, Hakim Ziyeş və Pol Poqbanın da bu ölkəyə mümkün transferi ətrafında söz-söhbət gedir. Amma indiyə qədər də bir çox önəmli keçid baş tutub.

ALEKS TELLES
Yaş: 30
Vətəndaşlıq: Braziliya
Mövqe: müdafiəçi
Əvvəlki klubu: “Mançester Yunayted”
Yeni klubu: “Əl-Nəssr” (2-ci yer)
Transfer məbləği: 7 milyon avro
30 yaşlı braziliyalının “Mançester Yunayted”də karyerası alınmadı, ancaq “Sevilya”da ortabab mövsüm keçirdi, bu komanda ilə Avropa Liqasını qazandı, yayda isə ərəblər üçün o qədər də çox görünməyən 7 milyon avro qarşılığında “Əl-Nəssr”ə keçdi.
RUBEN NEVEŞ
Yaş: 26
Vətəndaşlıq: Portuqaliya
Mövqe: yarımmüdafiəçi
Əvvəlki klubu: “Vulverhempton”
Yeni klubu: “Əl-Hilal” (3-cü yer)
Transfer məbləği: 55 milyon avro
Brozoviç kimi, Portuqaliya yığmasının yarımmüdafiəçisi də “Barselona”nın prioritet hədəflərindən biri idi, ancaq Səudiyyə Ərəbistanının ən titullu klubu 55 milyon avro xərcləməklə Neveşi “canavarlar”dan qopardı. Bu keçid təxminən bir ay Səudiyyə Ərəbistanı çempionatı üçün ən baha transfer ünvanını qorudu, ancaq Malkom “Əl-Hilal”a daha baha başa gəldi.
KALİDU KULİBALİ
Yaş: 32
Vətəndaşlıq: Seneqal
Mövqe: müdafiəçi
Əvvəlki klubu: “Çelsi”
Yeni klubu: “Əl-Hilal” (3-cü yer)
Transfer məbləği: 23 milyon avro
Cüssəli seneqallı uzun illər ərzində “Napoli”nin rəqiblərinin hücumçularının canına qorxu salırdı, ancaq ötən yay 38 milyon avroya “Çelsi”yə keçdi. “Stemford Bric”də ümid edirdilər ki, Kulibali yeni Con Terri olacaq. Ancaq bütün komanda kimi, afrikalı müdafiəçi üçün də mövsüm sınıq-salxaq alındı. “Çelsi” yayda oyunçularını kütləvi şəkildə satışa çıxardı ki, bunlardan biri də Kulibali idi.
SERGEY MİLİNKOVİÇ-SAVİÇ
Yaş: 28
Vətəndaşlıq: Serbiya
Mövqe: yarımmüdafiəçi
Əvvəlki klubu: “Latsio”
Yeni klubu: “Əl-Hilal” (3-cü yer)
Transfer məbləği: 40 milyon avro
Serb pleymeykerin Avropanın top-klublarına keçidi haqda şayiələr çoxdan gəzirdi, ancaq son nəticədə Milinkoviç-Saviç Asiyada peyda oldu. 40 milyon avro 28 yaşlı kreativ yarımmüdafiəçi üçün ədalətli qiymətdi. Serb maaş baxımından da əziyyət çəkməyəcək – ildə 20 milyon avro.
MALKOM
Yaş: 26
Vətəndaşlıq: Braziliya
Mövqe: hücumçu
Əvvəlki klubu: “Zenit”
Yeni klubu: “Əl-Hilal” (3-cü yer)
Transfer məbləği: 60 milyon avro
Rusiya çempionatının ən yaxşı futbolçusu belə ulduzların yer aldığı liqanın tarixində ən baha transferdi. Əlbəttə, dünyanın gözündə “ala qarğa”ya dönən Rusiyanın premyer-liqası və Malkomu aldığından (Sankt-Peterburq klubu 2019-cu ildə “Barselona”ya 40 milyon avro ödəmişdi) baha satan “Zenit” üçün yaxşı reklamdı. Qeyri-rəsmi informasiyaya görə, “Əl-Hilal”ın yeni 77 nömrəsi ildə 18 milyon avro alacaq.
CORDAN HENDERSON
Yaş: 33
Vətəndaşlıq: İngiltərə
Mövqe: yarımmüdafiəçi
Əvvəlki klubu: “Liverpul”
Yeni klubu: “Əl-İttifaq” (7-ci yer)
Transfer məbləği: 14 milyon avro
“Liverpul”un kapitanının hələ birillik müqaviləsi var idi. Ancaq aydın idi ki, müddət bitən kimi Henderson gedəcək. “Əl-İttifaq”ın təklifi hamını ideal şəkildə razı saldı, ingiltərəli yarımmüdafiəçi üçün əlavə bonus rolunu isə Stiven Cerrardla birləşmək oynayacaq – bu klubu indi o çalışdırır.
MUSSA DEMBELE
Yaş: 27
Vətəndaşlıq: Fransa
Mövqe: hücumçu
Əvvəlki klubu: “Lion”
Yeni klubu: “Əl-İttifaq” (7-ci yer)
Transfer məbləği: pulsuz
Dembele heç vaxt Fransa yığmasının formasını geyməsə də, sabit oynayır və karyerasının çiçəklənən çağındadı. 27 yaşlı forvardı “Lion”da keçirdiyi 5 mövsümün üçündə bombardir olub, ancaq son mövsümdə mövqeyini əldən verdi və klubdan pulsuz getdi. Bundan sonra “Əl-İttifaq”da Hendersonun ötürmələrini qapayacaq.
ROBERTO FİRMİNO
Yaş: 31
Vətəndaşlıq: Braziliya
Mövqe: hücumçu
Əvvəlki klubu: “Liverpul”
Yeni klubu: “Əl-Əhli” (aşağı dəstədə 1-ci yer)
Transfer məbləği: pulsuz
“Liverpul”un daha bir sabiq futbolçusu. Hələ Avropada bir müddət də oynaya bilərdi, ancaq yaxşı pul (ildə 20 milyon avro) dalınca Səudiyyə Ərəbistanına yollandı. “Əl-Əhli” yüksək dəstənin debütantı olsa da, yetərincə tanınan klubdu və uzun müddət elitada qalmaq istəyir. Firmino burda çoxlu qol vura bilər.
EDUAR MENDİ
Yaş: 31
Vətəndaşlıq: Seneqal
Mövqe: qapıçı
Əvvəlki klubu: “Çelsi”
Yeni klubu: “Əl-Əhli” (aşağı dəstədə 1-ci yer)
Transfer məbləği: 18,5 milyon avro
Seneqal yığmasının qapıçısı “Çelsi” karyerasına əla başlasa da, sonradan “axsadı” və “çərçivə”də yer uğrunda mübarizədə Kepa Arrisabalaqaya uduzdu. Onun “Əl-Əhli”yə transferi məntiqli görünür. Ərəblər möhkəm qapıçı, Mendi oyun praktikası, “Çelsi” isə təxminin üç il əvvəl ona görə “Renn”ə ödədiyi qədər pul qazanır.
RİYAD MAHREZ
Yaş: 32
Vətəndaşlıq: Əlcəzair
Mövqe: hücumçu
Əvvəlki klubu: “Mançester Siti”
Yeni klubu: “Əl-Əhli” (aşağı dəstədə 1-ci yer)
Transfer məbləği: 35 milyon avro
Əlcəzairli vinger “Mançester Siti”nin heyətində mümkün olan hər şeyi qazandı. Hətta “Lester”in nağıla bənzəyən çempionluq kampaniyasının bir hissəsi də oldu. Odu ki, İngiltərəni borcunu yerinə yetirmiş adam kimi tərk edir.
ALLAN SEN-MAKSİMEN
Yaş: 26
Vətəndaşlıq: Fransa
Mövqe: yarımmüdafiəçi
Əvvəlki klubu: “Nyukasl”
Yeni klubu: “Əl-Əhli” (aşağı dəstədə 1-ci yer)
Transfer məbləği: 27 milyon avro
“Nyukasl”ın Səudiyyə Ərəbistanından olan sahibləri Britaniya klubunun ulduzlarından birini vətənə buraxmaya bilməzdi. Sen-Maksimen yaxşı variantdı: zəif mövsüm keçirən fransalı “sağsağanlar”ın əsas heyətindəki yerini itirib, bununla belə, hələ də formadadı və “Əl-Əhli”də Mahrez və Firmino ilə birgə qorxulu “üçlük” yarada bilər.

Bu yay Səudiyyə Ərəbistanının yolunu tutan tanınmış məşqçilər də var.
JORJE JEZUŞ
Yaş: 69
Vətəndaşlıq: Portuqaliya
Əvvəlki klubu: “Fənərbaxça”
Yeni klubu: “Əl-Hilal” (3-cü yer)
Məşhur portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanında bu ölkənin çempionatı dəbə minənə qədər də işləyib: 2018/19 mövsümündə yarımilliyə elə həmin “Əl-Hilal”ın “sükanı arxasında” olub. İndi o qayıdıb və Malkomu, hətta bəlkə Mbappeni də çalışdıracaq.
SLAVEN BİLİÇ
Yaş: 54
Vətəndaşlıq: Xorvatiya
Əvvəlki klubu: “Uotford”
Yeni klubu: “Əl-Fateh” (6-cı yer)
2017-də “Vest Hem”dən ayrılandan sonra Xorvatiya yığmasının sabiq çalışdırıcısının karyerası tərəqqi əvəzinə tənəzzül yaşayır. Hər halda, işsiz də qalmır. Biliç də 2018/19 mövsümündə Səudiyyə Ərəbistanında işləyib – “Əl-İttihad”da cəmi 4 ay davam gətirib. İndi isə “Əl-Fateh”də yeni şans qazanıb – bu komandanın əsas ulduzları Ceyson Denayerlə Kristian Telyodu.
STİVEN CERRARD
Yaş: 43
Vətəndaşlıq: İngiltərə
Əvvəlki klubu: “Aston Villa”
Yeni klubu: “Əl-İttifaq” (7-ci yer)
“Liverpul”un əfsanəvi xavbeki məşqçi karyerasına pis başlamadı, “Reyncers” və “Aston Villa” ilə lokal uğurlar qazandı, ancaq oktyabrdan bəri dincəlir. “Əl-İttifaq” Cerrardın baş məşqçi vəzifəsi üçün əla namizəd olduğuna qərar verdi və ona nəhəng əməkhaqqı – ildə 17,5 milyon avro təklif etdi. İngiltərəli hazırda dünyanın ən yüksək ödənişli məşqçilərinin siyahısında 4-cü yerdədi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-08-2023, 20:0

Səudiyyə Ərəbistanının çempionatı, yoxsa ulduz seyrangahı?

Dünya futbolu

22-07-2023, 17:0

Ronaldo ilə birgə oynayacaq

Dünya futbolu

1-07-2023, 14:0

2 oyunçunun Səudiyyə Ərəbistanına transferi ləğv olunmaq üzrədi

Dünya futbolu

26-07-2023, 12:0

MY-dən daha iki futbolçu getdi

Dünya futbolu

19-01-2023, 20:0

Xüsusi bileti 2,6 milyon dollara aldı

Dünya futbolu

15-01-2023, 21:0

Messi də Səudiyyə Ərəbistanında oynayacaq?

Aktual
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
Son xəbərlər
  • Bu gün, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 12:56
    Milli komandanı tərk edəcək
  • Bu gün, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Bu gün, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Bu gün, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Daha çox
Oxunub: 331
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 117
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə