Sabah “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Rakuv”u qəbul edəcək.
Birisigün isə “Neftçi” KL-in 2-ci mərhələsində “Jelezniçar”la qarşılaşacaq. Hər iki komanda artıq ölkəmizdədi. Rəqiblər paytaxtda oyunların keçirilmə vaxtından 3 gün öncə təşrif buyurublar. Biliyimiz qədəri ilə hər iki kollektivin paytaxtda gəlməsinin təşkilatçılığını Nurlan İbrahimovun rəhbərlik etdiyi “CanSports travel&consulting” şirkəti həyatı keçirir. Rəqiblərin ölkəmizə tez gəlməsinin səbəbini ondan soruşduq. “Qarabağ”ın mətbuat xidmətinin sabiq rəhbəri “Football-plus.az”a açıqlamasında bunları söylədi:
“Əvvəlcə onu qeyd edim ki, “Jelezniçar” bizim vasitəmizlə Bakıya təşrif buyurmayıb. Onlar özləri gəliblər. Deyəsən, Bosniya və Hersoqovina şirkəti təşkil edib. “Rakuv”un bura gəlişinin təşkilatçılığını “CanSport travel&consulting” şirkəti həyata keçirir. Komandaların bura 3 gün öncədən gəlməsi o qədər də böyüdüləsi məsələ deyil. Mən “Qarabağ”da işləyən vaxt iki dəfə 3 gün öncədən səfərə çıxmışdıq. “İnter”lə və “Borussiya” ilə görüşlərdə belə addım atmışdıq. Amma bildiyim qədəri ilə “Rakuv” 3 yox, 2 gün öncədən gəlib. Adətən, “Qarabağ” da belə edir. “Jelezniçar”ın 3 gün qabaqdan gəlməsinin səbəbini bilmirəm. Onlar iki həftə öncə də Bakıya səfər etmişdilər. Yəqin bununla bağlı bir şeydi. Ya havanın isti olduğunu görüblər, ya da başqa amil var”.
İLKİN SULTANLI