• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə ilə İtaliya AÇ-2032-ni birlikdə keçirmək istəyir!

Dünya futbolu

31-07-2023, 21:0

Deyəsən, Türkiyənin uzun illərdi davam edən nəhəng turnirə evsahibliyi etmək arzusu reallığa çevriləcək.

“Football-plus.az” xəbər verir ki, amma yaxın yox, bir qədər uzaq gələcəkdə. Dünən İtaliyanın ANSA xəbər portalı Türkiyə ilə İtaliyanın birlikdə AÇ-2032-yə evsahibliyi etmək istəməsi barədə xəbər yaydı. Xəbərdə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşinin italiyalı həmkarı Qabriele Qravina ilə ortaq namizədlik mövzusunda razılıq əldə etdiyi qeyd olundu. Çox keçmədən bu xəbər TFF tərəfindən rəsmən təsdiqləndi. Qurumun saytında yerləşdirilən bəyanatda qeyd olundu ki, iki ölkənin federasiyası arasında AÇ-2032-yə birlikdə evsahibliyi etmək üçün UEFA-ya müraciət ünvanlanması ilə bağlı razılıq əldə olunub. Bəyanatda buna qədər AÇ-2020, AÇ-2012, AÇ-2008 kimi bir neçə ölkənin şərikinə təşkil etdiyi turnirlər xatırladıldı. Eləcə də DÇ-2026-nın da üç fərqli ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcəyi vurğulanıldı. Bəyanatda həm də qeyd olundu ki, bu cür turnirlər daha böyük futbolsevər kütləsini əhatə edir və daha böyük marağa səbəb olur. Turnirə evsahibliyi edəcək şəhərlər və stadionlar isə iki ölkənin federasiyası tərəfindən daha öncə UEFA-ya bildirilən şəhər və stadionlar arasından seçiləcək. TFF başqanı Mehmet Büyükekşi də məsələ ilə bağlı açıqlama verərək bunları deyib:

“Bu gün həm Türkiyə, həm də Avropa futbolu adına önəmli bir qərara imza atdıq. İtaliya Futbol Federasiyası ilə olan işbirliyimiz Avropa futbolunun içində yer alan dostluq dəyərlərinin yüksək olduğunu göstərir. Bu işbirliyinin yüzilliklərdi davam edən bənzər mədəniyyət və köklü tarixin parçası olan, Aralıq dənizinin sahilində yerləşən iki ölkə arasında münasibətləri, əlaqələri gücləndirəcəyinə, futbolumuzun gələcəyi üçün körpü rolunu oynayacağına inanıram. Başqa rəqibimiz yoxdu. Ona görə də inşallah istəyimizə çatacağıq”.



Daha sonra UEFA-dan da bununla bağlı rəsmi açıqlama gəldi. Hər iki federasiya prezidenti oktyabrın 10-da Nyonda AÇ-2032 ilə bağlı layihələrini UEFA-nın idarə heyətinə təqdim edəcək.

Əslində Türkiyə ilə İtaliyanın bu məsələdə birləşmək istəyi haqda şayiələr hələ iyulun ortalarında peyda olmuşdu. Həmin vaxt iddia edilmişdi ki, hər iki ölkədən 6 stadion seçiləcək. Açılış oyunu İstanbuldakı “Atatürk Olimpiya”, final isə Romadakı “Olimpiya” stadionunda keçiriləcək. Amma bu məqamlara yalnız rəsmi açıqlamalardan sonra aydınlıq gələcək.

Qeyd edək ki, əla infrastruktura və müasir stadionlara güvənən TFF əvvəlcə həm AÇ-2028, həm də AÇ-2032 üçün ayrılıqda namizədliyini irəli sürmüşdü. AÇ-2028 üçün türklərdən başqa Böyük Britaniya ilə İrlandiya da şərik olaraq namizədliyini açıqlamışdı. AÇ-2032 üçün isə Türkiyənin yeganə rəqibi İtaliya idi. UEFA Türkiyə ilə İtaliyanın şərikli namizədliyi qəbul etsə, bu məsələdə faktiki uduzan qalmayacaq. Yəni belədə AÇ-2028 Böyük Britaniya ilə İrlandiyaya, AÇ-2032 isə Türkiyə ilə İtaliyaya qismət olacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-07-2023, 20:0

Türkiyə AÇ-2032-ni bu ölkə ilə birlikdə keçirə bilər

Dünya futbolu / AÇ

10-04-2023, 17:0

Türkiyə yenə AÇ-yə evsahibliyi etməyə cəhd göstərəcək

Dünya futbolu / AÇ

15-04-2023, 15:0

Türkiyə AÇ-yə evsahibliyi üçün hansı stadionları seçdi?

Dünya futbolu

25-03-2022, 14:0

AÇ-2028-i və və AÇ-2032-ni hansı ölkələr təşkil etmək istəyirlər?

Dünya futbolu

6-10-2022, 15:0

Ukrayna DÇ-2030-u təşkil etmək fürsəti qazandı

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 249
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə