Cüdo millimizdən gümüş medal

29.07.2023 23:50 205
İdman
Cüdoçularımız Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) daha bir medal qazanıblar.

"Football-plus.az" xəbər verir ki, yığma turnirin sonuncu günündə qarışıq komanda yarışlarında qüvvələrini sınayıb. Finala vəsiqə əldə edən milli burada Türkiyə seçməsinı 2:4 məğlub olaraq gümüş medala sahib çıxıb.

Xatırladaq ki, fərdi yarışlarda Azərbaycan cüdoçuları festivalı 3 qızıl, 2 gümüş və 4 bürünc medalla 1-ci yerdə başa vurublar.