• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” coşdu və Zahanı “Fənərbaxça”dan oğurladı! - TƏHLİL

Dünya futbolu

26-07-2023, 23:0

“Fənərbaxça” Türkiyədə bu yay transfer dönəminin ən parlaq klubu sayılırdı.

"Football-plus.az" xəbər verir ki, amma son günlər baş verənlər onu göstərir ki, son çempion “Qalatasaray” belə desək, pusquda dayanmışdı və diqqəti üzərinə yönəltmək üçün sadəcə, lazımi zamani gözləyirdi. Həmin zaman artıq yetişib.

Zaha İstanbuldadı
Bir aydan artıqdı “Fənərbaxça”nın hədəfində olan və bu kluba keçəcəyi gözlənilən Uilfrid Zaha artıq “Qalatasaray”ın oyunçusudu! “Kristal Pelas”la müqavilə müddəti başa çatan və sərbəst oyunçuya çevrilən tanınmış vingerin ya “Fənər”ə qismət olacağı, ya da elə London klubunda qalacağı güman edilirdi. Amma “Qalatasaray”ın bir andaca araya girməsi vəziyyəti dəyişdi. “Cim-Bom”un 30 yaşlı futbolçuya olduqca cəlbedici təklif irəli sürməsi, komandanın ÇL-də oynaması amili və danışıqlara Didye Droqba kimi ulduzun qoşulması bu transferdə həlledici rol oynadı. Bazar günü axşam saatlarında “Aslan”ın Zaha ilə danışıqlara başladığını rəsmən açıqlaması və futbolçunun xüsusi təyyarə ilə İstanbula gəlməsi ilə “bomba” partlamış oldu. Özü də “Fənər”ə acıq vermək üçün “Qalatasaray”ın sosial şəbəkədəki səhifələri rəsmi açıqlama zamanı “ZAHAHA” ifadəsindən istifadə etdi. Kot d”İvuardan olan futbolçu, gözlənildiyi kimi, Atatürk Hava Limanında böyük izdihamla qarşılandı. Keçidin detallarına gəlincə, Türkiyə mətbuatının yazdığına görə, Zaha ilə 3 illik müqavilə imzalanacaq. Onun illik maaşı 5,5 milyon avro təşkil edəcək. Ən əsası azad agent statusunda gəldiyi üçün ulduz futbolçuya 6 milyon avro imza parası ödəniləcək! “Fənər”in son təklifi isə 5 milyon avro illik maaş və hər il 2 milyon avro imza parasına bərabər idi.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü futbolçu uzun illərdi “Kristal Pelas” kimi ortabab klubun şərəfini qorumasına baxmayaraq, futbol dünyasında yetərincə populyar simadı. Əsasən sol vinger mövqeyində qərarlaşan, amma hücumun istənilən bölgəsində oynamağı bacaran Zaha sürəti, driblinqi, top saxlamaq qabiliyyəti, cinah keçidləri və asmaları ilə tanınır. “Kristal Pelas”ın yetirməsi olan və peşəkar karyerasına 2010-cu ildə bu klubda başlayan Zaha o vaxtdan bəri yalnız 2013/14 mövsümünü fərqli klubda keçirib. 2013-cü ilə “Mançester Yunayted”ə transfer olunsa da, burda özünü göstərə bilməyib. Həmin mövsümün 2-ci dövrəsini icarə əsasında “Kardiff Siti”də keçirən Zaha 2014-də London klubuna qayıdıb və o vaxtdan bəri yalnız bu kollektivin şərəfini qoruyub. O, ötən mövsüm 28 rəsmi oyunda 7 qol, 3 məhsuldar ötürməlik performans sərgiləyib. Ümumilikdə Zaha indiyə qədər klub karyerasında 478 oyunda 91 qol, 77 məhsuldar ötürmə ilə fərqlənərək 168 qolun vurulmasında yaxından iştirak edib. Kot d”İvuar yığmasında isə 31 oyuna 5 qol vurub.

Bakambu və 2-ci qapıçı
“Qalatasaray”ın digər transferi Sedrik Bakambudu. Zaha qədər olmasa da, o da populyar forvardlardandı. Son mövsümü “Olimpiakos”da keçirən təcrübəli oyunçu əslində bir müddət öncə, daha dəqiq desək, iyunun 29-da BƏƏ təmsilçisi “Əl-Nəsr” ilə ikiillik müqavilə imzalamışdı. Hətta bu klubun düşərgəsində Niderlanda toplanışa da yollanmışdı. Amma “Qalatasaray”ın transfer sehrbazı Ərdən Timur 32 yaşlı oyunçunu Türkiyədə oynamağa razı sala bilib. Bakambu İstanbula birgünlük gecikmə ilə gəlməli olub. Cümə günü onu Niderlanddan gətirməli olan təyyarədə texniki problemlər yaranıb. Ailəsi ilə birlikdə təşvişə düşən Bakambu İstanbula şənbə günü axşam saatlarında gəlib. Tibbi müayinədən uğurla keçdikdən sonra isə bazar günü “Cim-Bom”la ikiillik müqavilə imzalayıb. “Sarı-qırmızılar” bu transferə görə “Əl-Nəsr”ə 700 min avro ödəyəcək. Futbolçunun özünə isə illik 1,5 milyon avro maaş veriləcək. Bu, Bakambunun Türkiyədə 2-ci macərası olacaq. Konqo DR-dən olan fransızəsilli oyunçunun ulduzu 2014/15-də Şenol Günəşin “Bursaspor”unda parlayıb. Həmin vaxt 8 qolla Türkiyə kubokunun bombardiri olan futbolçu “timsahlar”ın bu turnirdə finala qədər irəliləməsində böyük rol oynamışdı. Daha sonra İspaniyaya yollanaraq 7,5 milyon avroya transfer olunduğu “Vilyarreal”da adından söz etdirən Bakambu “Beytsin Qoyan”, “Marsel” və sonuncu dəfə “Olimpiakos”un şərəfini qoruyub. Əvvəlki klublarında olduğu kimi “94” nömrəli formanı seçən təcrübəli forvard ÇL-in 2-ci təsnifat mərhələsində “Jalgiris”ə qarşı oyunlarda iştirak etməyəcək. Onun növbəti mərhələdə iştirak ərizəsində olacağı gözlənilir.

Onu da bildirək ki, Okan Kocukla yollarını ayıran İstanbul nəhəngi 2-ci qapıçı mövqeyi üçün yeni transfer həyata keçirib. Belə ki, 2018-dən bəri “Qaziantep”in şərəfini qoruyan, ötən mövsümün 2-ci dövrəsini “Kasımpaşa”da keçirən Günay Güvənc heyətə cəlb olunub. Almaniyada doğulan və “Ştutqart Kikkers”in yetirməi olan Gunay 2013-16-cı illərdə “Beşiktaş”a məxsus olsa da, burda möhkəmlənə bilməyib. “Qaziantep”ə gələnə qədər o, “Adanaspor” və “Göztəpə”də də forma geyib. “Qalatasaray” Güvəncin əvəzinə anteplilərə 400 min avro ödəməklə yanaşı, 24 yaşlı qapıçı Batuhan Şəni də qarşı tərəfə göndərib. Maraqlıdı ki, Günay Güvənc ötən mövsüm “Qaziantep”in heyətində 22 superliqa matçında forma geyib və hesabına iki məhsuldar ötürmə yazıb!

İkardi nə vaxt gəlir?
Sonda “Qalatasaray”lıların yolunu böyük həsrətlə gözlədikləri Mauro İkardi ilə bağlı son xəbərləri də diqqətinizə çatdıraq. Zahanın İstanbula ayaq basdığı dəqiqələrdə İkardi ilə bağlı önəmli yeniliklər yaşandı. Belə ki, “Qalatasaray” bu transferi başa çatdırdı. Bunu məşhur insayder Fabrisio Romano da təsdiqlədi. Əslində argentinalının ailəsindəki problemlər olmasa, bu keçid daha öncə bitərdi. Amma bilindiyi kimi, İkardinin meneceri və həyat yoldaşı Vanda Naraya leykoz, yəni qan xərçəngi diaqnozu qoyulub. Yeni analizlərin cavabı dünən bəlli olmalıydı. İstanbul nəhəngi PSJ ilə 10 milyon avro qarşılığında anlaşıb. Bu məbləğ parislilərə 4 il ərzində ödəniləcək. İkardinin özü ilə üçillik anlaşma əldə olunub. Onun illik məvacibi 10 milyon avro təşkil edəcək. Bu pulun böyük hissəsi sponsorlar sayəsində ödəniləcək. Ötən mövsüm “99” nömrəli forma ilə oynayan 30 yaşlı hücumçuya bu dəfə “9” nömrə veriləcək. İkardinin İstanbulda böyük təmtəraqla qarşılanacağı gözlənilir. Onun 12 min yeni forması hazırlanıb. Bu formalar klubun rəsmi dükanlarında və internet üzərindən satışa çıxarılacaq. Eləcə də İkardinin transferi ilə bağlı möhtəşəm videoçarx hazırlanır. Qalır yalnız İkardinin İstanbula gələcəyi tarixin dəqiqləşməsi. Futbolçunun vəkili Elio Pinonun verdiyi məlumata görə, İkardi həftəsonuna qədər, yəni ən gec bazar günü – iyulun 30-da İstanbulda olacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-07-2023, 14:0

Zaha ''Qalatasaray''ı seçəcək, yoxsa ''Fənər''i?

Dünya futbolu

7-03-2023, 22:0

Zaha iki top-klubun hədəfində

Dünya futbolu

20-07-2023, 20:0

''Fənərbaxça'' ''Qalatasaray''ın yetirməsini transfer edir

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Dünya futbolu

3-01-2023, 13:0

"Barselona" "Kristal Pelas"ın hücumçusunu transfer edə bilər

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Bu gün, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Bu gün, 22:56
    Milli komandanın kapitanı oldu
  • Bu gün, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 245
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 244
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 148
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə