"Football-plus.az" xəbər verir ki, Serbiyalı basketbolçu ESPN kanalına müsahibəsində bunları deyib:
“Həqiqətən də, mükafatın hara yoxa çıxdığını bilmirəm. Qəniməti avadanlıq üzrə menecerin otağında qoymuşdum, sonra isə gözdən itdi. Buna görə də harada olması haqda təsəvvürüm belə yoxdu. Hansısa yolla sonda evimdə peyda olacağına ümid edirəm”.
Qeyd edək ki, final seriyasında “Mayami”yə 4:1 hesabıyla qalib gələn “Denver” tarixində ilk dəfə MBA çempionu olub.



