Bu gün Los-Ancelesdə ESPY idman mükafatlarının təqdim olunma mərasimi keçiriləcək.
“Football-plus.az” xəbər verir ki, “Denver”in mərkəz oyunçusu Nikola Yokiç “MBA-nın ən yaxşı oyunçusu” nominasiyasında qalib gəlib. Yokiç builki final seriyasının da ən yaxşı oyunçusu sayılıb. “Denver” isə finalda “Mayami”ni məğlub etməklə tarixində ilk dəfə MBA çempionu olub.
ESPY Award Amerikanın ESPN telekanalının təqvim ili ərzində fərqlənən idmançılara və komandalara verdiyi mükafatdı. 1993-cü ildə təsis olunan mükafatın qalibləri azarkeşlərin səsverməsi əsasında müəyyənləşir.