• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Barıt qoxulu çempionat və “Şaxtyor”un 14-cü çempionluğu - YAZI

Dünya futbolu

26-07-2023, 13:0

Ukrayna çempionatının 2021/22 mövsümü Rusiyanın işğal planları üzündən yarımçıq qalmışdısa, 2022/23 mövsümünü başa çatdırmaq mümkün oldu. Bu çempionatın həqiqətən maraqlı mübarizə şəraitində keçdiyini etiraf etmək lazımdı. “Şaxtyor”la “Dnepr-1” arasında çempionluq yarışı 29-cu tura qədər davam etdi, üstəlik “Zarya” da bu mübarizənin içində idi.

Tarixində 14-cü dəfə çempion olan “Şaxtyor”un oyununu xarakterizə etmək üçün ilk növbədə sabitlik amilini vurğulamaq lazımdı. Müharibə başlayandan sonra Roberto De Zerbinin yerini tutan xorvatiyalı İqor Yoviçeviç yeni transferlərə 11,9 milyon avro xərclədi. Sabitlik və təcrübə kimi amilləri bir araya gətirən “şaxtaçılar” mövsüm boyunca bərabər səviyyədə çıxış etdi, mövsümün 2-ci hissəsində hətta nəticələrini bir qədər də yaxşılaşdırdı.

Bəs yalnız 29-cu turda “Şaxtyor”a 0:3 uduzandan sonra “qızıl”dan əlini üzən “Dnepr-1” haqda nə demək olar? Bu komandanı mövsümün ilk hissəsindəki nəticələr aldatdı. Aleksandr Kuçerin yetirmələri ilk yarıda çempionatda 14, avrokuboklarda 8, 2-ci yarıda isə çempionatda 16, avrokuboklarda 2 oyun keçirdi. Komanda qışa qədər mümkün xalların 68 faizini toplamışdısa, qışdan sonra bu göstərici 57-yə düşdü. “Dnepr-1” ilk yarıdakı yaxşı nəticələr üzündən arxayınlaşdı və transfer kampaniyasında “Şaxtyor”a uduzdu. Mudriki satan Donetsk klubu əvəzində heyəti gücləndirmək yolunu tutdu. Heş şübhəsiz, bu məsələdə klub büdcəsi də önəmli rol oynayır. Qış “transfer pəncərəsi”ndə “Dnepr-1”i Cənubi Kiprə yollanan xavbek Qromov, eləcə də müdafiəçilər Loqinov və Qorbunov tərk etdi. İlk ikisi əsas heyət oyunçusu idi.
“Dnepr-1” çempionluq mübarizəsini bir neçə istiqamət üzrə uduzdu: kadr, menecer və məşqçi işi baxımından. Sadəcə, “Şaxtyor”un belə duellər üçün daha zəngin təcrübəsi və böyük imkanları var. Əlbəttə, “Şaxtyor” kimi rəqibə uduzmaq ayıb deyil. Ancaq mövsümün axarını nəzərə alanda “Dnepr-1”in düşərgəsində yaşanan məyusluğu da anlamaq olar.

Ukrayna çempionatının yekunlarından danışırıqsa, “Zarya”ya ayrıca toxunmalıyıq. Bir ara hətta "qızıl"a da iddialı olan Luqansk klubu 2-ci dövrəni möhtəşəm keçirdi. 15 oyunda 13 qələbə az qala “Zarya”ya ÇL-ə vəsiqə qazandıracaqdı. Hər halda, “Dinamo”nu arxada qoymaqla 3-cü yeri tutmaq da pis nəticə deyil.

Son mövsümü kiyevlilər üçün faciəvi saymaq olar. Klub təsərrüfatının təşkili və heyət baxımından əsas rəqiblərinə uduzan “Dinamo” mövsümü 60 xalla bitirdi (18 qələbə, 6 heç-heçə, 6 məğlubiyyət). Maraqlıdı ki, paytaxt klubu 2013/14 mövsümünü bundan da biabırçı keçirib. Onda 28 turdan sonra 53 xal toplamışdılar. Amma mövsümü 4-cü yerdə bitirən Mirça Luçeskunun komandası bir çox göstəricilər baxımından yaxşı təsir bağışladı. Məsələn, “Dinamo” buraxılan qol sayı baxımından (25) yalnız çempiondan geri qalır. Ancaq bəzi oyunlarda qeydə alınan yersiz xal itkisi (“Rux”la heç-heçə, “İnqulets”lə oyunda məğlubiyyət...) gətirib ona çıxardı ki, kiyevlilər yalnız Konfrans Liqasında oynaya biləcək.

“Dinamo” ilə yanaşı, “Vorskla” da Ukraynanı qitənin 3-cü dərəcəli klub turnirində təmsil edəcək. Halbuki heyətində Emil Mustafayevin də olduğu “Aleksandriya” bu hədəfə daha yaxın idi. “Aleksandriya” qışda həm Ruslan Rotanı baş məşqçi postuna gətirdi, həm də heyətini əsaslı şəkildə yenilədi. Yeni məşqçinin gəlişi ilə komanda heç-heçə xəstəliyinə tutuldu. Emil və oyundaşları bir ara 9 oyunun 8-dən bərabərliklə ayrıldılar. Ümumiyyətlə, “Aleksandriya” 2-ci dövrədə cəmi üç qələbə qazandı ki, bu da son nəticədə KL-ə vəsiqənin əldən çıxmasına səbəb oldu.

Ukrayna etliasını “Metallist”, “Lvov” və “İnqulets” tərk etdi. “Lvov”un çıxışı, sadəcə, qorxuncdu, sanki “Zarya”nın nəticələrinin tam əksidi. Komanda 2-ci dövrədə keçirdiyi 15 oyunun 14-də uduzub, özü də məğlubiyyətlərin 13-ü ardıcıl olub. Məhsuldarlıq göstəricisindən isə heç danışmağa dəyməz. Lvovlular 30 oyunda cəmi 18 qol vurub, belə çıxır ki, oyunların təxminən yarısında rəqib qapısına yol tapa bilməyiblər. Maraqlıdı ki, buraxılan qol sayında (58 52-yə qarşı) “Metallist” “Lvov”dan da faciəvi durumdadı.

Daha bir intriqa məqamına – bombardirlik mübarizəsinə də toxunmaq lazımdı. Əlbəttə, Artyom Dovbikin ən yaxın izləyicilərini 11 top qabaqladığını nəzərə alsaq, hansısa mübarizədən danışmaq artıqdı. Sadəcə, “Dnepr”in hücumçusu erməni Henrix Mxitaryanın 2012/13 mövsümündə müəyyənləşdirdiyi rekordu (25) ən azı təkrarlamağa yaxın idi. Əslində inamla rekorda doğru da gedirdi. Sadəcə, son üç turda bir dəfə də fərqlənə bilməməklə işləri korladı. Onu da nəzərə alaq ki, Dovbik 24 qoldan 8-ni penaltidən vurub. “Zarya”dan Nazari Rusin və “Dinamo”dan Vitali Buyalski isə yalnız oyun vəziyyətindən fərqlənib.

“Rəqəmlər və faktlar” bölməsində yer alan bir məqam, yəqin ki, statistika həvəslarlarının diqqətini cəlb edəcək. Ev sahibləri 297, qonaqlar 293 qol vurub. Bu çempionatın müharibə ilə müşayiət olunduğunu, meydan sahibləri və qonaqlar bölgüsünün bir çox hallarda şərti xarakter daşıdığını nəzərə alsaq, burda qəribəlik yoxdu. Hələ biz onu demirik ki, dəfələrlə oyunlar dayandırılır, futbolçular və bütün başqa personal “hava həyəcanı” siqnalı ilə paltardəyişmə otağının yolunu tuturdu. Amma nə etmək olar, futbol da həyatın ayrılmaz hissəsidi. Rusiyanın azğınlığı Ukraynanın futbol təsərrüfatını “relsdən çıxarıb” və vəziyyətin nə vaxt qaydasına düşəcəyi də bilinmir. Təsadüfi deyil ki, son mövsümdə ölkə kuboku da təşkil olunmadı.

Rəqəmlər və faktlar
* 240 oyun keçirilib. Ev sahibləri 95 (39,6%), qonaqlar 86 (35,8%) görüşdə qalib gəlib. 59 (24,6%) qarşılaşma heç-heçə bitib.
* 590 qol vurulub. Bu, hər oyuna orta hesabla 2,5 qol deməkdi. Ev sahibləri 297 (50,3%), qonaqlar 293 (49,7%) qol vurub. Ən çox qeydə alınan hesab: 1:0 – 56 dəfə. 1:1 hesabına 23, 0:0 hesabına 21 oyunda rast gəlinib.
* Ən böyükhesablı qələbə: Metallist 1925 – Şaxtyor 0:7.
* Ən məhsuldar oyun: Metallist – Veres 5:5 (10 qol).

"Football-plus.az"

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-07-2022, 11:0

Ukrayna çempionunda yeni baş məşqçi

Dünya futbolu

12-04-2023, 11:0

Liderlər qələbə qazandı, “Zarya” büdrədi

Dünya futbolu

2-06-2023, 23:0

“Şaxtyor” 14-cü dəfə çempion oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

28-04-2022, 21:0

Ukrayna çempionatı erkən sona çatdı

Dünya futbolu

24-05-2023, 20:0

“Şaxtyor” – “Dnepr” rəqabəti davam edir, amma “Zarya” da var - TURUN ŞƏRHİ

Aktual
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
Son xəbərlər
  • Bu gün, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Bu gün, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 10:59
    25 illik həsrətə son qoydular
  • Bu gün, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Bu gün, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:28
    "Karvan-Yevlax"dan qələbə, "Qarabağ" azlıqda qalan "Sabah"a uduzdu - YENİLƏNİB
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    "Futbolçular daha məsuliyyətli olmalıdı" - Ayxan Abbssov
  • Dünən, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Dünən, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
  • Dünən, 16:56
    “Qarabağ” son səkkiz oyunda “Sabah”a qalib gələ bilməyib - növbəti tamaşa olacaqmı?
  • Dünən, 16:25
    Emin Əmrullayevdən "Neftçi"yə dəstək
  • Dünən, 15:53
    “Sabah”ın futbolçusuna “sarı” verməyən Tural Qurbanov “Qarabağ”ın oyununda... – niyə, Rəhim Həsənov?
  • Dünən, 15:22
    "Karvan-Yevlax" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 14:51
    İngiltərəli əfsanə Kriştiano Ronaldonun onu sevməməsinin səbəbini açıqladı
  • Dünən, 14:30
    Kapitanla müqavilə yenilənəcək
  • Dünən, 14:09
    “Qarabağ” Elçin Məsiyevi görüb, “Sabah”a uduzub! – amma ağdamlılar üçün bədayaq tək o deyil...
  • Dünən, 13:58
    Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
  • Dünən, 13:27
    Fransa klubunu əlavə xərcə saldı
  • Dünən, 12:56
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 12:25
    Yunanıstanın ən prinsipial oyununu türkiyəli hakim idarə edəcək
Daha çox
Oxunub: 251
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 226
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 225
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 158
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 153
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 143
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə