• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Aqil Abbas: “BOS futbol matçları üçün əlverişli deyil”

Aktual / Çempionlar Liqası

15-07-2023, 15:0

"Qarabağ" "Linkoln"la səfər görüşündə özünə bənzəmədi. Hər halda, Qurban Qurbanovun komandası fasilədən sonra tempi artıraraq iki qol vurmaqla qələbə qazandı

"Football-plus.az" olaraq "köhlən atlar"ın çıxışını dəyərləndirmək üçün deputat Aqil Abbas, mütəxəssis Əfqan Talıbov, millinin seleksiyaçısı İlqar Qurbanov və jurnalist Elçin Cəlilovun fikirlərini öyrəndik.

Aqil Abbas:

"Qarabağ" toplanışı yenicə başa vurub. İlk oyun idi. Stadionun örtüyünün yaxşı vəziyyətdə olmaması, isti havanı və futbolçuları psixoloji durumunu nəzərə alsaq, çətin qarşılaşma alındı. Ümumilikdə "köhlən atlar" yaxşı oynadı.

Komandaya yeni qoşulanlar var, hələ tam uyğunlaşa bilməyiblər. Amma inanıram ki, zamanla daha yaxşı çıxış edəcəklər. Qurban müəllim yetərincə savadlı mütəxəssisdi, hər şeyin yaxşısını bilir. Lakin kənardan oyuna baxan kimi müdafiənin mərkəzindəki çatışmazlıq nəzərimdən qaçmadı. Maksimlə Qaranın yeri göründü. Toralın şans qazanmamasına da təəccübləndim. Əsas odu ki, doğma klubumuz qələbə qazandı. Bakıda da qazanacağımızdan əminəm. Yeganə narazı qaldığım məqam cavab görüşünün BOS-a salınmasıdı. Adı çəkilən stadion mənə görə futbol matçları üçün əlverişli deyil. Ora dövlət tədbirləri, konsert, qurultay, Olimpiada üçün daha uyğundu. Futbol görüşləri üçün tarixi ənənəsi olan Tofiq Bəhramov kimi stadionumuz var. Adı çəkilən məkan neçə-neçə tarixi oyuna evsahibliyi edib. Orda çoxsaylı oyunların enerjisi var. Həmçinin futbolçuları daha yaxından izləyə bilirsən. Məndən olsa, bütün avrokubok təmsilçilərimizin ev oyunlarını “Tofiq Bəhramov”da keçirməsini istəyərəm".


Əfqan Talıbov:

"Ümummilikdə müşahidə etdiyimiz və Qurban Qurbanovun da tez-tez qeyd etdiyi kimi, ilk oyunlar çox çətin alınır. Yəni "Qarabağ" 1-ci mərhələni ağır keçir. Bu səfər matçı da ağır alındı. Cəbəllütariq klubunu yaxşı təhlil edə bilməmək, onların sıx müdafiə olunması, vaxt uzatması, havanın isti keçməsi, qazonun süniliyi də sözünü dedi. Rəqib həvəskar oyunçulardan təşkil olunsa da, "Qarabağ"a ilk yarıda yaxşıca başağrı oldu. Yuxarıda sadaladıqlarıma əsasən təmsilçimiz sürətli, dinamik futbol sərgiləyə bilmədi. Medina ilə Şahruddin səhvlərlə diqqəti çəkdi. Bəhlul - Medina cütlüyü bir-birini “sığortalamaqda” hələ ki çətinlik çəkir. Buna rəğmən, "köhlən atlar" fasilədən sonra daha yaxşı təsir bağışlayaraq qələbə qazana bildi. Rəqibə sona qədər döyüşməsinə görə alqış düşür. Lakin Bakıda Ağdam təmsilçisi onları top atəşinə tutacaq. Artıq onların bütün zəif tərəfləri bəllidi. Qurban Qurbanovun yetirmələrinin ən azı 3 qol vurmaqla qalib gələcəyi qənaətindəyəm. “Cırtdanlar” Bakıda ən yaxşı halda bir hissə tab gətirəcək. Erkən qol vursaq, davamı gələcək. İlk oyunda Zubirin oyunu heç də yaxşı alınmadı, baxmayaraq ki, 1-ci qolun ötürməsini verdi. Bakıda daha sürətli, təhlükəli olacaq”.

İlqar Qurbanov:

"Qarabağ" həmişə ilk oyunlarda çətinlik çəkir. Cəbəllütariq səfəri də Ağdam təmsilçisi üçün ağır keçdi. Amma əsas odu ki, komanda toparlana, qələbə qazana bildi. Qarşıdakı oyunlarda oturuşmuş heyət formalaşdıraraq daha yaxşı çıxış edib sabitliyi qoruyacaq. Cavab görüşünün çətin olmayacağını düşünürəm".

Elçin Cəlilov:

"Qarabağ" avrokuboklarda ilk mərhələni həmişə çətinliklə keçib. "Linkoln" Konfrans Liqasının qrupunda oynasa da, Ağdam təmsilçisinin ÇL-dəkı rəqibləri sırasında ən zəifidi. Cəbəllütariq təmsilçisi əsasən həvəskarlardan təşkil olunub. "Qarabağ"ın ilk görüşdə tam gücünü ortaya qoymadığını düşünürəm. Səfər oyunu təmsilçimizə təhlükəli siqnallar verdi. "Köhlən atlar"ın heyətində ciddi itkilərin olduğunu düşünürəm. Musa Qurbanlı gedəndən sonra hücumçu problemi yaranıb. Ona görə baş məşqçi dünən gənc Nərimana ilk dəqiqələrdən şans verdi. Orta sahədə və müdafiədə də çatışmazlıqlar göründü. Komandaya ciddi transferlər lazımdı. Təmsilçimiz ÇL-in qrupuna düşməyi hədəfləyirsə, mütləq güclənməlidi".

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

18-08-2022, 14:0

Aqil Abbas: “Etiraf etmək lazımdı ki...”

Aktual / Manşet

14-07-2022, 22:0

Aqil Abbas: “Əminəm ki, “Sürix”i də tapdalayıb keçəcəklər” - AÇIQLAMA

Premyer-liqa / Manşet

4-10-2022, 21:0

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Manşet / Avropa Liqası

3-11-2022, 14:0

“Bunu Qurban Qurbanov daha yaxşı bilir”

Aktual / Manşet

5-01-2023, 14:0

Qurban Qurbanov bu mövqenin güclənməsini istəyir – ÖZƏL

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Dünən, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Dünən, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Dünən, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 128
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə