İngiltərə klubundan Yunanıstana yollandı

11.07.2023 21:15 199
Dünya futbolu
Gözlənildiyi kimi, Abdul Rahman Baba “Çelsi”dən ayrılıb.


"Football-plus.az" xəbər verir ki, o, karyerasını Yunanıstanda davam etdirəcək. 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılığı əsasında xitam verib. Bundan sonra müdafiəçi PAOK-a transfer olunub. Abdul Rahman “Çelsi”də 2015-ci ilin avqustundan çıxış edirdi. O, paytaxt klubunda 2015/16 mövsümündə debüt edib və londonluların heyətində cəmi 15 oyuna çıxıb. Bunun səbəbi isə uzun müddət icarə əsasında “Şalke-04”, “Reyms”, “Malyorka”, PAOK və “Ridinq”də oynaması ilə bağlıdı.

Qanalı futbolçu son mövsümdə “Ridinq”lə bütün turnirlərdə 20 oyuna çıxıb.