• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çelsi”də böyük yerdəyişmələr - YAZI

Dünya futbolu / Manşet

8-07-2023, 13:0

Kulibali, Haverts, Kovaçiç, Mendi, Maunt və Aspilikuetanı kimlər müşayiət edəcəklər?

Yanvarda 11 (!) yeni oyunçu alan “Çelsi”də bu yay böyük yerdəyişmələrin olacağı gözlənilirdi.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunu artıq bir neçə futbolçu tərk edib. Bu planda prosesin davam edəcəyi proqnozlaşdırılır.

Gələnlər
Londonlular yay “transfer pəncərəsi”ndə hələ ki “Leyptsiq”dən alınan Kristofer Nkunkudan sonra yalnız iki futbolçunu transfer ediblər. Xatırladaq ki, fransalı yarımmüdafiəçinin keçidi “zadəganlar”a 60 milyon avroya başa gəlib.
Nikolas Cekson da artıq paytaxt komandasındadı. Seneqallı hücumçuya görə “Vilyarreal”a 37 milyon avro ödənilib. 22 yaşlı Nikolas son mövsümdə İspaniya klubunun heyətində bütün turnirlərdə iştirak etdiyi 38 oyunda 13 qolun və 5 məhsuldar ötürmənin müəllifi olub.
“Çelsi” 17 yaşlı hücumçu Dujuan Riçardsın da transferi ilə bağlı onun klubu ilə razılığa gəlib. Yamaykalı futbolçu gələn mövsüm 18 yaşı tamam olanda London təmsilçisində oynamağa başlayacaq. Riçards hazırda ölkəsinin “Feniks” klubunda çıxış edir. Qeyd edək ki, Dujuan milli komandada bu il martın 15-də debüt edib. İndyədək Yamayka yığmasında 3 oyun keçirib.

Gedənlər
“Çelsi”ni tərk edən futbolçuların çoxluğu diqqətdən yayınmır. Son mövsümdə komandada oyunçu bolluğu yaşandığı üçün göy forma ilə vidalaşanların sayı kifayət qədərdi. Artıq Kalidu Kulibalinin “Əl-Hilal”a transferi rəsmiləşib. Səudiyyə Ərəbistanı klubunun saytının yaydığı məlumatda 32 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları haqda məlumat verilməyib. Kalidu “Çelsi”də ötən ilin yayından çıxış edirdi. O, londonluların formasında bütün turnirlərdə 32 oyun keçirmişdi. Yeri gəlmişkən, “Əl-Hilal” bu yay digər məşhur futbolçulardan Kərim Benzema, Nqolo Kante və Ruben Neveşi də transfer edib. Mərakeşli yarımmüdafiəçi Hakim Ziyeşin də “Çelsi”ni bu kluba dəyişəcəyi gözlənilir.

Gözlənildiyi kimi, Kay Haverts də “Çelsi”ni tərk edib. O, iş yerini dəyisə də, Londonda qalıb. Yarımmüdafiəçi “Arsenal”a keçib. Almaniyalı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb. “Topçular” ona görə 70 milyon avro xərcə düşüblər. Bu məbləğ müxtəlif bonusların hesabına 5 milyon avro arta bilər. Xatırladaq ki, Haverts “Çelsi”yə 2020-ci ildə “Bayer-04”dən 80 milyon avroya keçmişdi. O, ötən müddətdə İngiltərə klubunda 139 oyuna çıxıb, 32 qol vurub və 15 məhsuldar ötürmə verib.

Mateo Kovaçiç artıq “Mançester Siti”nin oyunçusu sayılır. Onun bu kluba keçidi rəsmiləşib. Xorvatiya millisinin yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. MS bu transfer üçün “Çelsi”yə 29,1 milyon avro ödəyib. Qeyd edək ki, 29 yaşlı futbolçu London klubunda 2019-cu ildən çıxış edirdi.

Eduar Mendinin də “Çelsi”ni tərk edəcəyi gözlənilirdi. Onu “Əl-Əhli” transfer edib. Səudiyyə Ərəbistanı klubunun saytının yaydığı xəbərdə seneqallı qapıçı ilə 3 illik müqavilə imzalandığı bildirilib. Keçidin maliyyə yönünə aydınlıq gətirilmir. Böyük Britaniya mənbələri London klubunun Eduarı 16 milyon funt sterlinqə satdığını iddia vdir. Mendi “Çelsi”də 2020-ci idən oynayırdı. O, bu klubda 105 oyun keçirib.

Meyson Maunt da “Çelsi”dən ayrılıb. Gənc futbolçunun “Mançester Yunayted”ə keçidi dünən təsdiqlənib. İngiltərə mənbələri yeni klubunun bu keçid üçün londonlulara təxminən 75 milyon avro ödəyəcəyini xəbər verib. 24 yalı yarımmüdafiəçinin “Çelsi”ni bonus kimi daha 5 milyon avro irəli salmaq imkanı olacaq. Onun yetirməsi olduğu klubla müqaviləsinin müddəti 2024-cü ilin iyununa qədər idi.

Son mövsümdə paytaxt komandasında bütün turnirlərdə 35 oyun keçirib 3 qol vuran və 4 məhsuldar ötürmə verən Meyson bir neçə gün əvvəl MY üçün tibbi müayinədən keçmişdi. İnsayder Fabritsio Romano onun bu klubla müqaviləsinin “5+1 il” sxemi üzrə reallaşacağını xəbər vermişi. Maunt iş yerini dəyişəcəyini təsdiqləyib:

“Çelsi”ni tərk edəcəyimi bəyan etmək mənim üçün asan deyil. Son 18 ildə mənə verdikləri dəstəyə görə azarkeşlərə təşəkkürümü bildirirəm. Mən bu kluba 6 yaşımda gəlmişəm. Uzun illər ərzində birgə olduğum məşqçilərə, oyunçulara və bütün personala minnətdaram. Biz əsl ailə kimi birgə olmuş və fəaliyyət göstərmişik”.


Klub rəhbərliyi Sesar Aspilikueta ilə müqaviləni vaxtından əvvəl ləğv etməyə razılaşıb. Jurnalist Fabritsio Romanonun yaydığı məlumata görə, yaxın günlərdə “İnter”in ispan müdafiəçinin transferi ilə bağlı rəsmi açıqlama verməsi gözlənilir. O, bu klub ilə 2 illik müqavilə imzalayacaq. Aspilikueta “Çelsi”də 2012-ci ildən çıxış edirdi. 33 yaşlı futbolçu son mövsümdə London klubunun heyətində 32 oyun keçirib. Onun müqaviləsinin müddəti 2024-cü ilin yayında sona çatacaqdı.

Yol üstə olanlar
Artıq bir neçə futbolçu “zadəganlar”ın sıralarını tərk etmək üzrədi. Kallum Hadson-Odoinin İngiltərədə qalmaq şansı çoxdu. 22 yaşlı yarımmüdafiəçi uğrunda mübarizədə “Nottingem Forest” favorit sayılır. Kallum “Fulhem”də və ya “Milan”da da qərar tuta bilər.

Kristian Pulişiçin “Milan”a mümkün keçidi ilə bağlı danışıq aparılır. London klubu 2019-cu ildə “Borussiya”dan (Dortmund) 66 milyon avroya aldığı ABŞ yığmasının yarımmüdafiəçisini indi 20 milyon avroya satmağa hazırdı. Lakin son xəbərlərdə “Milan”ın artıq şəxsi müqaviləsi ilə bağlı anlaşdığı futbolçuya görə yalnız 14 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Abdul Rahman Baba da yol üstdədi. İnsayder Romano klubun onunla müqaviləni qarşılıqlı razılıq əsasında pozacağını xəbər verib. Başqa sözlə, 29 yaşlı müdafiəçi azad agent statusu qazanacaq. Qanalı futbolçunun PAOK ilə 2 illik müqavilə üzrə razılığa gəldiyi məlum olub. “Çelsi”nin 2015-ci ildə 25 milyon avroya aldığı Rahman Baba paytaxt komandasında yalnız 2015/16 mövsümündə çıxış edib. Qalan 7 mövsümdə isə icarə qaydası ilə “Şalke-04”, “Reyms”, “Malyorka”, PAOK və “Ridinq”də çıxış edib.

Son mövsümü icarə əsasında “İnter”də keçirən Romelu Lukaku yenidən İtaliyaya qayıda bilər. “Çelsi”yə məxsus olan futbolçunun bu klubda oynamayacağı dəqiqdi. Son xəbərlərə görə, o, karyerasını “Milan”da davam etdirə bilər. İtaliya mənbələri “Milan”ın “Çelsi”nin tələb etdiyi 40 milyon avroluq təzminatı ödəməyə hazır olduğunu qeyd edir. Amma “İnter” Romelunun xidmətində yenə maraqlıdı. Bir şərtlə ki, onu sonradan birdəfəlik transfer etməklə yenidən icarəyə götürsün. Lakin İngiltərə klubunun belçikalı hücumçunu növbəti dəfə icarəyə vermək planı yoxdu.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-06-2023, 18:0

“Çelsi”: Nkunku gəldi, Kante, Kovaçiç və Haverts isə yol üstdədi

Dünya futbolu

25-06-2023, 22:0

“Çelsi”də daha bir yeni futbolçu

Dünya futbolu

3-07-2023, 13:0

Yayın ən bahalı transferi kimdi?

Dünya futbolu

1-01-2023, 20:0

“Çelsi”: Fofananı kimlər müşayiət edəcəklər?

Dünya futbolu

29-06-2023, 18:0

"Arsenal" London klubuna 70 milyon avro ödədi

Dünya futbolu

12-01-2023, 17:0

Londonlular Felişi icarəyə götürməsinin detalları

Aktual
Boqomolski coşdu – 10 oyunda 0 qol, 4 oyunda 4 qol!
Bakıda keçiriləcək dünya çempionatı ətrafında qalmaqal - Avropa Parlamentinin üzvləri FİFA prezidentinə müraciət etdi
İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
"Nyu Seynts" azarkeşlərini Masazıra gətirməyəcək!
Son xəbərlər
  • Bu gün, 22:19
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 21:48
    Boqomolski coşdu – 10 oyunda 0 qol, 4 oyunda 4 qol!
  • Bu gün, 21:26
    Səbayıl "Uzgen"ə keçdi
  • Bu gün, 21:12
    “Neftçi” yarımfinalda
  • Bu gün, 20:43
    Sinenka da "İmişli"dən getdi
  • Bu gün, 20:12
    Milli komandanı tərk etdi
  • Bu gün, 19:41
    ''Trabzonspor''un yeni transferi Argentinaya vurduğu qoldan sonra nələr dedi?
  • Bu gün, 19:10
    Matç zamanı silahlı insident baş verib - DÇ-nin QORXUSU
  • Bu gün, 18:40
    ''Qalatasaray''ın hazırlıq oyunlarında rəqibləri bəlli oldu
  • Bu gün, 18:00
    “Karvina” “Turan Tovuz”un taleyini yaşadı, “Qarabağ”ın yolu açıldı
  • Bu gün, 17:30
    400-dən çox PUA müsadirə edilib - DÇ-nin FAKTI
  • Bu gün, 17:02
    Milli futbolçunu ağır cəza gözləyir – DÇ-nin EHTİMALI
  • Bu gün, 16:30
    "Sabahın Ulduzları" ilə bağlı tədbir keçirildi
  • Bu gün, 16:14
    "Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
  • Bu gün, 15:37
    DÇ oyunundan sonra azı 4 nəfər yaralandı - DÇ-nin MƏYUSLUĞU
  • Bu gün, 15:04
    Niderland yığmasının üzvü ''Fənərbaxça''da!
  • Bu gün, 14:35
    "İmişli"də daha bir ayrılıq
  • Bu gün, 14:00
    Bakıda keçiriləcək dünya çempionatı ətrafında qalmaqal - Avropa Parlamentinin üzvləri FİFA prezidentinə müraciət etdi
  • Bu gün, 13:52
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 13:30
    "Xankəndi" baş məşqçisi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 13:15
    Tamaşaçı rekordu yeniləndi - DÇ-nin REKORDU
  • Bu gün, 12:17
    Məşqçi ölümlə hədələnir
  • Bu gün, 11:46
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 11:28
    Argentina öldü, öldü, dirildi - DÇ səhəri
  • Bu gün, 11:15
    Uğursuzluğa görə istefa verdi - DÇ-nin ZƏRURƏTİ
  • Bu gün, 10:49
    "Sabah" “Qarabağ”ın uzun müddətdi davam edən hegemonluğuna son qoyub" - "Nyu Seynts"dən "bayquşlar"a "bəy tərifi"
  • Bu gün, 10:31
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:00
    BFK FİFA-ya etiraz etdi - DÇ-nin ŞİKAYƏTİ
  • Bu gün, 01:09
    İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
  • Bu gün, 00:53
    Salah da 1/8 finalda! - DÇ gecəsi
  • Dünən, 23:52
    Almaniyadan İspaniyaya geri döndü
  • Dünən, 23:21
    Fransa klubunda məşqçi istefası
  • Dünən, 22:50
    Avrokuboklar ərəfəsində SOS: avropalılar bizi əzir!
  • Dünən, 22:29
    Növbəti oyunu buraxacaq
  • Dünən, 22:00
    Mareska “Etihad”a qayıtdı
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 243
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 240
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 178
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Oxunub: 162
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
Oxunub: 150
“Turan Tovuz” “Fənərbaxça” ilə nə vaxt qarşılaşacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə