“Çelsi” daha bir oyunçunu transfer edib.
“Football-plus.az” xəbər verir ki, İngiltərə klubu 17 yaşlı hücumçu Dujuan Riçardsın transferi ilə bağlı razılığa gəlib. Yamaykalı futbolçu gələn mövsüm 18 yaşı tamam olanda London təmsilçisində oynamağa başlayacaq. Riçards hazırda ölkəsinin “Feniks” klubunda çıxış edir.
Qeyd edək ki, Dujuan milli komandada bu il martın 15-də debüt edib. İndyədək Yamayka yığmasında 3 oyun keçirib.