Sponsorun gəlişi "İmişli"də hansı dəyişikliyə səbəb olacaq? - AÇIQLAMA

26.06.2023 17:53 862
Ölkə futbolu / Manşet
1-ci liqada mübarizə aparacaq “İmişli”yə baş sponsor tapılıb.

Belə ki, bu gün Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə “RDC” MMC və klub arasında tərəfdaşlıq müqaviləsi bağlanıb. Sənədi “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov və “RDC” MMC-nin direktoru Kamran Eyyubov imzalayıb.

Görəsən, klubun bundan sonrakı taleyində hansı dəyişikliklər olacaq? Komandanın formalaşdırılması prosesi hansı istiqamətdə irəliləyəcək?

Suallarımızı "İmişli"nin baş məşqçisi Ruhid Usubova ünvanladıq. Onun "Football-plus.az"a dediklərinə keçid alaq:

"Çox sevincliyəm. Şükür Allaha, klubumuza arxa-dayaq olacaq adamlar tapıldı. Bunun İmişli futboluna böyük faydası olacaq. Artıq premyer-liqaya yüksəlmək uğrunda mübarizədə daha iddialı olacağıq. FİF və "RDC" MMC bizə güvənib dəstək göstərirsə, tələblərin də öhdəsindən gəlməyə borcluyuq. Bu işdə rolu olan hər kəsə imişlili azarkeşlər adından təşəkkür edirəm".


Mütəxəssis komanda ilə bağlı planları da açıqladı:

"Heyətin formalaşdırılması üçün hərəkətə keçmək zamanı gəldi. Rahat qərar vermək üçün maliyyə çatışmazlıqlarının aradan qaldırılmasını gözləyirdik. Bundan sonda heyətdə xeyli dəyişiklik olacaq. Gənclərə üstünlük verəcəyik. Yeni futbolçuların transferi üçün tezliklə danışıqlara başlayacağıq. Bölgənin digər təmsilçisi "Kür Araz"a da dəstək olacağıq. Bəzi oyunçuları onların sərəncamına vermək fikrimiz var. Allah yolumuzu açıq eləsin".


KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul