• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mircavadov qələbədən başqa yol görmür: “Bu dəfə ən böyük məsuliyyət məhz baş məşqçinin üzərində olacaq”

Yığma / Manşet

17-06-2023, 11:0

Millimiz bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da Estoniya ilə qarşılaşacaq.

Canni de Byazinin komandası əhəmiyyətli matçdan öncə yoxlama oyununda Samir Əliyevin çalışdırdığı U-21-lə üz-üzə gəlib. İyunun 10-da Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma italiyalı mütəxəssisin komandasının 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Estonlarla görüş ərəfəsində yığmanın qələbəsi düşərgədə ab-havanın yüksəlməsi baxmından önəmli olsa da, əsas hədəf şənbə günü keçiriləcək görüşdü. Görəsən, ölkənin əsas komandası AÇ-2024-ün seçmə mərhələsində qələbə hesabını aça biləcək, yoxsa əvvəlki iki matçda olduğu kimi yenə bizi məyus edəcək?

"Football-plus.az" Məşqçilər Komitəsinin üzvü, təcrübəli mütəxəssis Ağasəlim Mircavadovla əlaqə saxladıq:

“Millinin U-21-lə yoxlama oyununu şəhərdə olmadığıma görə izləyə bilmədim. Ancaq bu o demək deyil ki, matçla bağlı məlumatım yoxdu. Məşqçilər Komitəsinin üzvü kimi bizim, demək olar, çox şeydən xəbərimiz var.

Belə qarşılaşmalarda hesab önəm daşımır. Əsas komandanın funksional və fiziki hazırlığıdı. Bildiyiniz kimi, bizdə çempionat ötən ayın sonunda başa çatıb. İyunun 3-də keçirilən ölkə kubokunun finalı ilə mövsümə yekun vurulub. Həlledici qarşılaşmada üz-üzə gələn “Qəbələ” və “Neftçi”dən yığmaya o qədər də çox futbolçu çağrılmayıb.

Həmişəki kimi əsas yük “Qarabağ”ın futbolçularının üzərinə düşəcək ki, onlar da xeyli vaxtdı oyun təcrübəsindən məhrum olub. Bu məqam məni bir qədər narahat edir. Bu yerdə məşqçi işi özünü göstərməlidi. Çempionatın gedişində millinin oyunu keçiriləndə baş məşqçinin komandanı hazırlamağa o qədər də vaxtı olmur. Futbolçular klublardan gəldiyi üçün hazır olurlar. Estoniya ilə qarşılaşmada komandanın fiziki cəhətdən hansı durumda olması həlledici rol oynayacaq.

Canni de Byazi elə etməlidi ki, komanda hər iki hissədə eyni templə oynasın, ikili mübarizələrdə rəqibə uduzmasın. Bu dəfə ən böyük məsuliyyət məhz baş məşqçinin üzərində olacaq”.


Təcrübəli mütəxəssis rəqibi dəyərləndirməklə yanaşı, yığmanın legionerləri barədə də fikir bildirməyi unutmadı:

“Estoniyaya asan rəqib kimi baxmaq olmaz. Heyətinə diqqət yetirəndə görürük ki, əksər futbolçuları Avropada çıxış edir. Zəif oyunçu legioner həyatı yaşamaz. Onlar da Bakıya xal üçün gələcəklər. Bizim legionerlərə gəlincə, millinin hazırda üç oyunçusu ölkə xaricində çıxış edir. Mahir Emreli, Renat Dadaşov, Anton Krivotsyuk millinin lideri kimi komandanı arxasınca aparmalı, meydanda ən yaxşılardan olmalıdı. Bir də ən vacibi komanda üzvləri bir-birinə, məşqçilər korpusuna inanmalıdı. Kollektiv başqa, komanda başqa. Estoniya ilə görüşdə məhz komanda olmağı bacarmalıyıq”.


Məşqçilər Komitəsinin üzvü Estoniya ilə qarşılaşmada millidən qələbə gözlədiyini də bildirdi:

“Əvvəlki iki matçda böyük hesabla məğlub olmuşuq. Deyək ki, həm Avstriya, həm də İsveç qrupun favoriti kimi göstərilir. Amma Estoniya ilə, demək olar, eyni səviyyədəyik. İnanıram ki, şənbə günü keçiriləcək qarşılaşmanın sonunda sevinən tərəf biz olacağıq. Qələbədən başqa yolumuz yoxdu”.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Yığma

10-06-2023, 21:0

Əsas millimiz U-21-ə böyük hesabla qalib gəldi

Yığma / Manşet

4-06-2023, 12:0

Milli komanda Estoniya ilə oyundan öncə qüvvəsini sınayacaq

Yığma / Manşet

17-06-2023, 21:0

Millimiz Estoniyaya da qalib gələ bilmədi - YENİLƏNİB

Yığma / Manşet

2-06-2023, 10:0

Canni de Byazinin milli komanda ilə bağlı planı – ÖZƏL

Yığma

15-06-2023, 15:0

Azərbaycan – Estoniya: Açıq məşq və mətbuat konfransı

Yığma / Manşet

12-10-2022, 19:0

Mircavadov: “Qurban Qurbanovun yetirmələri necə döyüşürsə, millimiz də o cür döyüşməlidi”

Aktual
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
Son xəbərlər
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə