• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Okan Buruk Sərgənin “Fənərbaxça”da uğur qazanacağını düşünür – MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

16-06-2023, 19:0

Okan Buruk “Qalatasaray”ın başında ilk mövsümdəcə çempion olmaqla möhtəşəm bir uğur əldə etdi.

"Football-plus.az" xəbər verir ki, halbuki “Cim-Bom” əvvəlki mövsümü 13-cü pillədə tamamlamışdı! O, klubun tarixində Həmzə Həmzəoğludan sonra həm futbolçu, həm də məşqçi kimi çempionluq sevinci yaşamış 2-ci şəxs oldu. Amma 2014/15-dəki komandanı Həmzəoğlu qurmamışdı. O yalnız Çezare Prandellinin istefasından sonra baş məşqçi postuna gətirilmişdi. 49 yaşlı Buruk isə çempion olan heyəti özü quraraq əvvəldən sona qədər komandanın başında oldu. Bu, həm də onun məşqçi karyerasındakı 2-ci çempionluqdu. Buruk daha öncə 2019/20-də “İstanbul BŞ”yə tarixinin ilk çempionluğunu qazandırmışdı. “Sarı-qırmızılar”ın çalışdırıcısı bugünlərdə Türkiyə mətbuatına həm çempionluğa, həm də gündəmdə duran başqa mövzulara həsr olunan müsahibə verib.

“O cür nəticələr qazanmaq titul əldə etməyə bərabər idi”
- Çempionluqdan sonra özünüzə gələ bilmisizmi?
- Bəli, çox xoşbəxtəm. Xüsusilə “Fənərbaxça” ilə oyundan sonrakı ab-hava unudulmaz idi. Küçədə bizi görən insanlar “Allah razı olsun” deyirlər. Biz də onlara eyni cür qarşılıq veririk. Sağ olsunlar ki, bizi dəstəklədilər. Onlara layiq ola bilmək üçün əlimizdən gələni etdik.

- 10 illik məşqçilik karyeranızda artıq 2 dəfə çempionluq, 1 dəfə ölkə kubokunu qazanmısız. Hər klubda oynatdığınız futbolla diqqəti çəkməyi bacarmısız. “Qalatasaray”dan sonra Avropada çalışmaq hədəfiniz varmı?
- Əslində qeyd etdiyiniz uğurları son 5 mövsümdə əldə etmişəm. Bəli, ölkə kubokunu da qazanmışam. Hələ “Çaykur Rizəspor”dakı dönəmim də əla alınmışdı. Kubok qazana bilməsək də, ikinci dövrədə inanılmaz yüksəlişə keçmişdik. Sonuncu pillədə qəbul etdiyim komanda ilə o cür nəticələr qazanmaq titul əldə etməyə bərabər idi. Avropada işləmək hədəfi, təbii ki, olmalıdı. Amma indi ilk növbədə diqqətimi “Qalatasaray”a yönəltmişəm. Əldə edə biləcəyimiz çox uğurlar var. İlk növbədə avrokuboklarda da uğurlu çıxış etməyimizi istəyirəm. Gələcəkdə bir gün Avropada işləmək, təbii ki, hədəflərimdən biridi.

- Yəqin yeni transferlərin səviyyəsi də “Qalatasaray”ın avrokuboklardakı hədəfinə uyğun olacacaq.
- Başqanımız Dursun Özbəklə Ərdən Timur həm komanda, həm də transferlər ilə yaxından maraqlanırlar. Belə rəhbərliyə sahib olduğumuz üçün çox şanslıyıq. Təbii ki, hər məşqçi öz komandasına yaxşı oyunçuların cəlb olunmasını istəyir. Amma bunu etmək asan məsələ deyil. Məşqçinin işi komandanı idarə etməkdi. Oynayan da, oynamayan da eyni duyğuları yaşamalıdı. Oyunçulara hörmət və sevgi aşılamalıdı. Mən bütün bunları bacardığımı və insanların simpatiyasını qazandığımı düşünürəm.

“Müqaviləyə imza atarkən nə müddətə, nə də rəqəmlərə baxdım”
- “Qalatasaray” müqavilənizdəki şərti birillik maddəni qüvvəyə mindirdi. Amma qazancınız çox da parlaq deyil. Hər halda, “Fənərbaxça” bir mövsümdə Jorje Jezuşa 7 milyon avro ödəyib. Daha çox pula layiq olduğunuzu düşünürsüzmü?
- Açığı, ötən mövsüm müqaviləyə imza atarkən nə onun müddətinə, nə də ordakı rəqəmlərə diqqət yetirmişdim. Mənim “Qalatasaray”a bağlılığım fərqli səviyyədədi. Rəhbərlikdən özümə qarşı sevgi, hörmət və güvən hiss etdim. Mənim üçün maddiyyat heç də birinci sırada deyil. Uzun illər bu vəzifədə qalmaq arzusundayam. Məni yalnız uğur qazanmaq maraqlandırır. Başqa şeylərə fikrimi yayındırmıram.

- Oxuduğunuz kitablardan sizə ən çox təsri edəni hansı olub?
- Son dönəmlərdə baş məşqçilərlə bağlı sənədli filmlər və ya onların özləri tərəfindən yazılmış kitablar daha çox diqqətimi çəkir. Bunları böyük maraqla təqib edirəm. Xüsusilə də idmançıların idarə olunması mövzusuna marağım var. Məsələn, bir basketbol məşqçisinin bu mövzuda qələmə aldığı kitabı böyük məmnuniyyətlə oxuyuram. Məşçinin özünə inamı, komandanı böhrandan şıxarması kimi məqamlara diqqət yetirirəm.

- Sosial şəbəkələrdə yazılanların sizə təsir etməsinə imkan verirsizmi? Ümumiyyətlə 10 ballıq şkala ilə sosial şəbəkələri izləmənizə neçə bal verərsiz?
- (gülür) 8. İşlər pis gedəndə orda yazılanları, şərhləri oxumamaq daha məsləhətdi. Amma bəzən istər-istəməz təqib etməli olursan.

- “Fənərbaxça” ilə oyunun son anlarında Nelssonu əvəzləməyiniz “Qalatasaray”ın onunla vidalaşması kimi qiymətləndirildi.
- Nelssonun hələ oyunun əvvəllərindən sarı vərəqəsi var idi. Mən əslində onu qırmızı vərəqə almaması üçün əvəzlədim. Həm də Kaan Ayhana da şans vermək istədim. Nelssonun komandada qalmasını istəyirəm. Ümumiyyətlə, heç bir oyunçumuzun ayrılmasını istəmirəm. Hərçənd özü ayrılmaq istəyən oyunçular da ola bilər. Buna rəhbərlik qərar verəcək.

“Eqolu insan deyiləm”
- Oğlunuz Əli Yiğitdən dəstək alırsızmı?
- Futbola çox böyük marağı var. Həm izləyir, həm də özü oynayır. Amma gələcəyi ilə bağlı nə düşündüyünü bilmirəm.

- Bafetimbi Qomislə bağlı yaranmış gərginlik zamanı Əli Yiğitin fikrini öyrəndizmi? Çünki Qomisi çox sevir.
- Bəli, o, Qomisi, Qomis də onu çox sevir. Ən son çempionluğa həsr olunmuş tədbirdə oğlum Qomisin komandadan ayrılacağını eşidəndə üzüldü. Mövsümün sonuna yaxın yaranmış böhranı birlikdə yoluna qoya bildik. Mən, ümumiyyətlə, yaranmış problemdən çıxış yolunu tapmağı xoşlayan insanam. Həmin məqamda eqonu nümayiş etdirməyin yeri deyildi. Mən heç eqolu insan da deyiləm. Qomisin bu çempionluqda payı az olmadı. Mövsümün əvvəlində bizim üçün vacib qollar vurdu. Əslində oynamadığı anlarda problem yaratmadı və komandaya daim dəstək oldu. Yalnız bir dəfə məndən incidi. Amma sonluq yaxşı bitdi. Oynayaraq klubla vidalaşması gözəl oldu.

- Çempionluqdan sonra İkardi sizi çiyninə alıb qaldıranda nələr hiss etdiz?
- Əslində həmin görüntü bizim komandada nə dərəcədə ailə ab-havasının olduğunu göstərir. İmkanım olsaydı, həmin anda bütün komandanı çiyinlərimə alardım. Amma yenə də cüssə olaraq Torreyra, Mertens, Kərəm Aktürkoğlu və ya Yunusu qaldırmağım daha rahat olardı (gülür). İkardi məni çiyinlərinə alarkən üstəlik əllərimi də yuxarı qaldırdım. Bəlkə də məşqçilik karyeramın ən unudulmaz şəkillərindən biri kimi tarixdə qalacaq. İkardinin ən çətin zamanlarında ona daim dəstək verdim. Öz vətəninə, ailəsinin yanına getmək istəyəndə düşünmədən ona icazə verdim. 2 günlük icazə verirdim və buna görə də çox tənqid olunurdum. 2 gün məşqdə iştirak etməməsi faciə deyil. Oyunçular robot deyil. Onların da istirahətə ehtiyacı olur. Əksinə, belə şeylər oyunçunun performansını daha da artırır.

- İkardinin komandada qalıb-qalmayacağı bu dəqiqə hər kəsə maraqlıdı...
- Elə mənim özümə də maraqlıdı (gülür). Təbii ki, qalmasının tərəfdarıyam.

“İlk növbədə oyunçunun məşqdəki performansına baxıram”
- Hansı çempionluq daha çətin oldu: “İstanbul BŞ”dəki, yoxsa “Qalatasaray”dakı?
- Çempionluq hər yerdə çətindi. Heç vaxt asan çempion olmaq mümkün deyil. “Qalatasaray”da durum bir qədər fərqli idi. Çünki böyük klublarda təzyiq daha çox olur. Bir tərəfdən təzyiq işi çətinləşdirirsə, digər tərəfdən azarkeş dəstəyi işi asanlaşdırır.

- Bu vəzifəyə gələrkən Fatih Terim sizi təbrik etmişdimi?
- Əlbəttə. İmza atandan bir gün sonra zəng vurub təbrik etdi. Həm mənim, həm “Qalatasaray”, həm də ölkə futbolu üçün çox önəmli insandı. Avropada iki önəmli klubda çalışıb. Türkiyədə yetişmiş məşqçilər arasında başqa heç kimdə bu cür karyera yoxdu. Elə Mustafa Dənizli də məni təbrik etmişdi.

- Bir futbolçuda sizin üçün əsas keyfiyyət nədi?
- İlk növbədə oyunçunun məşqdəki performansına baxıram. Ümumiyyətlə, məşq prosesi mənim üçün çox dəyərlidi. Futbolçunun məşqdə yüz faiz gücünü qoyub-qoymadığına, məşq prosesini pozub-pozmadığına diqqət yetirirəm.

- Önəmli ulduzlardan olan Xuan Mata elə də çox oynamaq şansı qazanmadı.
- Mata ilə yenicə telefonda söhbət etdim. Çox dəyərli bir insandı. Düzdü, mövsümün gedişində az oynadığı üçün mənə əsəbləşdiyi anlar olurdu. Özü də bunu mənə dedi. Oynamayan futbolçunun xoşbəxt olmaması təbiidi. Amma Mata “Qalatasaray”da hər kəsin öz davranışına diqqət yetirdiyini vurğuladı. Yaxşı davranan oyunçuların sayı çoxdu. Bu, mənim üçün hər şeydən önəmlidi.

- Mövsümün ən çətin oyunu hansı oldu?
- İlk turda Antalya səfərindəki oyunu qeyd edərdim. “Antalyaspor” əvvəlki mövsümü 7-ci pillədə tamamlamışdı. Ən təhlükəli klublardan biri idi. Həqiqətən də çox stressli qarşılaşma oldu. “Beşiktaş” və “Fənərbaxça” ilə derbilər də stressli keçdi. Bir də “Ankaragücü”nə qarşı çempionluq oyunu mövsümdə ən çox həyəcanlandığım qarşılaşma oldu.

“Həmin oyunda uduzsaydıq, əşyalarımı toplayıb ayrılacaqdım”
- “İstanbul BŞ”ni səfərdə 7:0 hesabı ilə yendiyiniz tarixi matçda son qollara sevinmirdiz...
- O klubda həm futbolçu kimi oynamışam, həm də məşqçi kimi çalışmışam. İlk iki qola sevinmişdim. Amma digər qollara sevinmədim. Bu da təbii bir şeydi. Hər komandanın başına gələ bilər. İngiltərədə də bu mövsüm “Liverpul” – “Mançester Yunayted” oyununda belə qeyri-adi hesab qeydə alınmışdı.

- Məşqçi kimi debütünüz 2013/14-də “Elazığspor”da olub. O macəranız xatirənizdə necə qalıb?
- Acun Ilıcalı ilə “el klasiko”ya baxmağa getmişdik. Zəng gəldi və ertəsi gün danışıqlar üçün Elazığa yollandım. O ana qədər həyatımda yalnız 2 şəhərdə - İstanbul və Milanda yaşamışdım. İstanbuldan kənarda olan bir klubun başına keçəcəyim üçün tərəddüd içindəydim. Asan qərar olmadı. Amma bilirdim ki, məşqçiliyə hardansa başlamalıyam. Klub çətin durumda idi. Mənə qədər son 4-5 oyunda uduzmuşdular. Mən gələndən sonra da ilk 5 matçda məğlub olduq. 6-cı oyunumuz “Antalyaspor”a qarşı idi. Onu da uduzsaydıq, əşyalarımı toplayıb ayrılacaqdım. İlk yaru qolsuz bitdi. Amma ikinci hissədə ardıcıl 4 qol vurduq və 4:1 hesablı mükəmməl qələbə qazandıq. O klubun başında çox dəyərli təcrübə qazandım. “Elazığspor” mənim üçün özəl klubdu.

“Jezuş Ardaya güvənmədi”
- “Fənərbaxça” baş məşqçi axtarışındadı. Namizədlər arasında Sərgən Yalçın da var. Necə düşünürsüz, Sərgən orda uğur qazana bilər?
- Əlbəttə. “Fənərbaxça”da uğurlu işlər görməsinə təəccüblənmərəm. Sərgən zatən ağıllı insandı. Məşqçi karyerasına diqqət yetirsəz, işlədiyi hər klubda az-çox uğur qazanıb və iz buraxmağı bacarıb.

- Mövsümün ən diqqətçəkən gənc oyunçusu, “Fənərbaxça”lı Arda Gülər haqda nə düşünürsüz?
- Onun çox böyük oyunçu olacağını düşünənlərdənəm. İnsanların Ardanın oynadığı matçlara həmişə böyük marağı olur. Avropadan mənə gənc türkiyəli oyunçularla bağlı sualla müraciət edəndə həmişə birinci Arda Gülərin adını çəkirəm. Amma Jorje Jezuş ona tam güvənmədi. Yalnız mövsümün sonuna yaxın daim şans verməyə başladı. Halbuki “Fənər”in ilk “11-liy”inə ən birinci adı salınacaq futbolçu məhz Arda idi. Hər klub onu öz sıralarında görmək istəyər. Ötürmələri də yaxşıdı, zərbələri də. Sadəcə, bir balaca fiziki cəhətdən güclənməlidi. Səviyyəli futbolçudu. Mənim üçün “10 nömrə” mövqeyində Türkiyənin ən yaxşısı məhz Ardadı.

- Bəs Kərəm Aktürkoğlunun performansını necə qiymətləndirirsiz?
- Kərəm mövsümü mükəmməl keçirdi. Ən dəyərli yerli oyunçulardan biridi. Ötürmələri, cəldliyi, standart zərbələri... Hər şeyi yüksək səviyyədədi. Xüsusilə ikinci dövrədə bir çox vacib matçda əla performans ortaya qoydu. Arda ilə yanaşı, Kərəm də mövsümün ən yaxşı yerli oyunçularındandı.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-05-2023, 14:0

Okan Buruk 30 ildən sonra yenə Ankarada çempion ola bilər

Dünya futbolu

22-01-2023, 10:0

Okan Buruk indidən adını ''Qalatasaray'' tarixinə yazdırdı

Dünya futbolu

18-01-2023, 15:0

Okan Buruk rekordçular sırasında

Dünya futbolu

25-01-2023, 13:0

Okan Burukdan unikal göstərici

Dünya futbolu

15-04-2023, 13:0

Okan Buruk bunu bacaran 4-cü məşqçi oldu

Dünya futbolu

18-04-2023, 11:0

“Qalatasaray”dan Okan Buruka yeni təklif

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 175
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə