PSJ rəhbərliyi bu yay satmağı planlaşdırdığı futbolçuların siyahısını hazırlayıb.
“Football-plus.az” xəbər verir ki, Fransa mətbuatının yaydığı məlumata görə, onların arasında Neymar da var. Paris klubunun narazı qaldığı futbolçular arasında ötən yay aldığı ispan yarımmüdafiəçi Karlos Soler, son mövsüm zədə sindromu yaşayan Renato Sançeş, hücumçular Yuqo Ekitike və Mauro İkardi də var. Əsas oyunçulardan Əşrəf Hakimi və Marko Verratti də bu yay parisi tərk edə bilər.
Paris klubu ötən yay Neymarla ayrılmaq istəsə də, alıcı tapa bilməmişdi. Braziliyalı oyunçunu transfer etmək istəyən klub indi də azdır. Səbəb onun yüksək maaş tələb etməsi ilə bağlıdı.