PSJ 7 futbolçu ilə yollarını ayıra bilər.
“Football-plus.az” "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi ümidləri doğrultmayan oyunçuları transfer siyahısına salacaq və ya onların müqavilələrini yeniləməyəcək.
Bunlar Vitinya, Renato Sanşeş, Fabian Ruis, Karlos Soler, Xuan Bernat, Serxio Ramos və Yuqo Ekitikedi. Xatırladaq ki, PSJ Liqa 1-də 72 xalla birinci pillədə qərarlaşıb.