• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bu gün az sayda gənc qapıçı var ki, bunu bacarır” - MÜSAHİBƏ

Ölkə futbolu / Müsahibə

23-05-2023, 17:0

Bu mövsüm "Turan Tovuz" futbolsevərləri yaxşı mənada təəccübləndirə bildi.

Bölgə təmsilçisi elitada debüt etməsinə rəğmən, nəinki yerini qorudu, hətta mübariz oyunla ikinci "5-lik"də lider oldu. Ölkə kubokunun yarımfinalına vəsiqəni də unutmayaq. Komandanın uğurlarında pay sahibi olanlardan biri də Kamal Bayramovdu. 38 yaşlı qapıçı iki gün öncə klubuyla müqaviləni daha bir il yeniləyib. Onunla söhbətdə mövsümə göz gəzdirdik.

- Sona iki tur qalıb. Geriyə baxsaq, "Turan Tovuz"un çıxışını necə qiymətləndirərdin?
- Qarşımıza qoyulan hədəfin öhdəsindən artıqlamasıyla gəldik. Amma daha yaxşı ola bilərdi. Sıfırdan komanda formalaşdırıb çox çətin şərtlər altında çempionata start verdik. Enişli-yoxuşlu yollardan keçsək də, təslim olmadıq. Önəmlisi də budu. Gələcəkdə daha yaxşı olması üçün çalışacağıq.

- Çempionatda az şans qazandın. Bu yaşınla, yoxsa baş məşqçinin seçimiylə bağlıdı?
- Yaşla bağlı heç bir problemim yoxdu. Baş məşqçinin seçimidi və buna hörmətlə yanaşıram. Mənim və ya həmkarlarımın oynaması fərq etməz. Önəmli olan klubumuzun uğurudu.

- Ayxan Abbasovun sənin kimi təcrübəli futbolçulara yanaşması necədi? Onun kimi iddialı və prinsipial mütəxəssislə işləmək çətin deyil?
- Ayxan Abbasov bütün kollektiv üçün önəmli şəxsdi. Onun qayğısını hamı daim hiss edir. Ayxan müəllimlə birgə çox işləmişəm, düşünürəm ki, şanslı insanam. Rəhbərliyi altında çıxış etməyi böyük təcrübə sayır, hər gun ondan nəsə öyrənməyə calışıram. Savadlı və diqqətli mütəxəssisdi.

- Mövsümdə keçirdiyin oyunlardan ən yaddaqalanı hansıdı?
- Doğma meydanda "Neftçi"ni 4:0 məğlub etdik. Səfərdə "Sabah"a qalib gəldik. Hər iki qarşılaşma böyük coşqu, sevinc ilə keçdi. Başqa həyəcanlı və çətin qələbə qazandığımız oyunlarımız da oldu. Belə zəfərlər həmçinin əlavə motivasiyadı.
- Heyətdə yer alan qapıçılarla münasibətin necədi? Təcrübəli kimi sənə hörmət edir, məsləhət alırlar?
- Bütün kollektivlə çox gözəl münasibətdəyəm. Sağ olsunlar, mənə göstərdikləri hörmətə görə minnətdaram. Lazım bildiyim anlarda həmkarlarıma lazımi tövsiyələri verir, təcübəmi bölüşürəm.

- "Huner Group" kluba sponsorluğu üzərinə götürdü. Bunun son oyunlardakı yaxşı nəticələrə təsiri oldu?
- “Huner Group” bizim üçün böyük təkandı. Ehtiram müəllimə həm öz, həm də komanda yoldaşlarım adından minnətdarlığımı bildirirəm. Ən çətin günlərdə bizimlə oldu. Məğlub olduğumuz dönəmlərdə bizi ayağa qaldıraraq dar günün dostu olduğunu göstərdi.

- Müqaviləni daha 1 il yenilədin. "Turan Tovuz" növbəti mövsüm nə uğrunda mübarizə aparacaq?
- Daha 1 il burdayam. İnşallah, zədəsiz, yaxsi bir mövsum olar. Klubun böyüməsi üçün üzərimizə düşəni etməliyik.

- Məşqlərdə və oyunlardakı ciddiliyini, tələbkarlığını evdə ata kimi də tez-tez görürük. Hər üç oğluna qapıçılığın sirlərini aşılayırsan. Səncə, onlar atalarını geridə qoyacaq?
- Xarakter olaraq nizam-intizamı sevən insanam. Yalnız idmanda yox, həyatımda bu qayda dəyişməzdi. Övladlarımın məndən daha yaxşı olmaları üçün tövsiyələrimi, göstərişlərimi verir və üzərlərində işləmələrinə nəzarət edirəm. Mənim səhvlərimi onların etməsini istəmirəm. Cəmiyyətdə insan kimi öz yerlərini tutmaları, vətənə, millətə xeyirli övladlar, vətəndaşlar olmaları mənim üçün ən böyük xöşbəxtlik olar.

- Böyük oğlun Səid artıq özünü yaxşı tərəfdən göstərməkdədi…
- Səid 4 ildi futbolla məşğuldu. Ötən il 2011 təvəllüdlülər arasında ölkə çempionu oldu. Hazırda karyerasını "Neftçi"də davam etdirir. Onun həmyaşıdlarıyla müqayisədə meydanda fərqli işlər görməsi məni sevindirir. Müntəzəm məşqçiləriylə danışır, çıxışıyla bağlı məlumat toplayır, daha yaxşı inkişaf etməsi üçün tez-tez söhbətlər edirəm. Şadam ki, dediklərimi meydanda icra etməyi bacarır. İnşallah, xeyirlisi nəsib olar.

- Yığmamız AÇ-2024-ün seçmə mərhələsinə uğursuz başladı. Çoxları baş məşqçini qapıda gənc Yusif İmanova şans verdiyinə görə qınadı. Bu məsələyə necə yanaşırsan?
- Gənc həmkarım haqda fərqli fikirlər var. Amma inanıram ki, "Sabah"ın qapıçısı gələcəkdə ən yaxşılardan olacaq. Yusif potensiallı qapıçıdı. Özünü tam doğruldacağına ümidim böyükdü. Təcrübəsi artdıqca qapıçı keyfiyyətlərini göstərəcək.

- Səncə, son illərdə səviyyəli yerli qapıçı qıtlığının səbəbi nədi?
- Bir çox komadalarda gənc həmkarlarım var, amma təcrübəsizdilər. Klubların qarşıya qoyduğu müəyyən hədəfləri olur. Buna görə də məşqçilər onlara şans verməyə risk etmir. Bu da gənclərin inkişafını ləngidir.

- Veteran həmkarın Xəyal Zeynalov bunun səbəbini illərdi əcnəbi qolkiperlərə şans verilməsində görür…
- Hər kəs fikirini bildirməkdə azaddı və söylənilənlərə hörmətlə yanaşıram. Gənclər deyəndə nəyi nəzərdə tutmağımız önəmlidi. “Kimsə gəncdi deyə, mütləq qapıya qoyulmalıdı” fikri də yanlışdı. Gənclər şans qazanmağa layiq olduqlarının siqnalını vermədi. Bir müddət öncə limitlə bağlı gənc futbolçu meydana çıxırdı. Buna görə də bir çoxları rahatlaşdı ki, bu da əksər məşqlərin planına daxil deyildi. Çünki tələblər başqa idi. Bu gün hardasa 2-3 gənc yetişir. Ad çəkməyəcəm, amma onlar da hələ o əminliyi vermir, peşəkarlıqlarında problemlər var. Onları düzgün yönəltmək lazımdı. Ümumiyətlə, gənc qapıçılarla işləyən məşqçilərin üzərində böyük məsuliyyət var. Yalnız top tutmaq önəmli deyil, qapı xəttində futbolçu yetişdirmək böyük zəhmət və savad tələb edir. Mən də əcnəbi qapıçının əlehinəyəm. Amma gərək özmüzdə yetişənlər olsun ki, legionerlər axtarılmasın.

- Şahruddin Məhəmmədəliyev “milliləşdirilib”. Amma o sıradan çıxanda yalnız "Qarabağ" yox, yığma da sanki dalana dirənir. Bunun da əsas səbəbi alternativinin olmamasıdı…
- Şahruddin Məhəmmədəliyevi əcnəbi saymıram. O hazırda ölkə futbolu üçün vacib qapıçıdı. Əlbəttə, qapıçılar arasında rəqabət olmalıdı. Şükürlər olsun ki, bu mövsüm əvvəlki illərlə müqayisədə yerli qapıçılar şans qazanır. Akademiyalarda qapıçıların yetişdirilməsi üçün işlər gedir. Bunu daha da inkişaf etdirmək lazımdı. Məsələn, bizim akademiyada bu yöndə işlər gedir və milliyə namizədlər var. Amma bu gün onları qapıya qoymaq riskdi. Çünki çempionat çox gərgin keçir, hansısa oyunda birdən-birə təcrübəsiz uşağa şans verib onu itirə bilərik. Çünki gənc qolkiperlərin debüt oyununda təcrübəsizlik üzündən etdiyi səhvlər karyerasını alt-üst edə bilər. Yusif İmanova millidə şans verildi. Onun seyvlərini yada salan yoxdu, amma qapısında 4 qol görməsinə görə hələ də söz-söhbət bitmir. Belə reaksiyanı isə hər gənc qolkiper qaldıra bilmir. Bizim dönəmdə klubların 70 faizində gənclər idi. Çünki şans qazanmağa layiq olduqları siqnalı verirdilər. Bu gün az sayda gənc qapıçı var ki, bunu bacarır.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

25-03-2023, 20:0

Şəhriyar Əliyev qərarını əsaslandırdı

Ölkə futbolu / Manşet

22-05-2022, 21:0

“Turan Tovuz” qapıçı ilə razılaşıb, gəncləri... - ÖZƏL

Premyer-liqa / Manşet

18-09-2022, 23:0

Kamal Bayramov niyə ehtiyatda oturur? - AÇIQLAMA

Premyer-liqa

29-06-2022, 15:0

"Turan Tovuz" "Neftçi"dən bu futbolçunu icarəyə götürdü

Ölkə kuboku

24-04-2023, 22:0

"Turan Tovuz" fanatlarına müraciət etdi

Premyer-liqa

22-04-2023, 18:0

"Turan Tovuz"un daha bir qapıçısı zədələndi

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Bu gün, 22:20
    Çexiya ikinci oyunda da qalib gələ bilmədi - DÇ gecəsi
  • Bu gün, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Bu gün, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Bu gün, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Bu gün, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Bu gün, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 245
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 244
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 241
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə