Mövsümün sonunda “Liverpul”dan ayrılacaq Roberto Firmino karyerasını İspaniyada davam etdirə bilər.
"Football-plus.az" xəbər verir ki, “Daily Mail” qəzetinin yazdığına görə, braziliyalı hücumçu “Barselona” ilə razılığa gəlib. O, İspaniya klubuna azad agent kimi qoşulacaq.
Səbəb Robertonun “Liverpul” ilə müqaviləsinin müddətinin yayda sona çatacağı ilə bağlıdı.