• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Höccət Hacıyev hakimi qərəzdə, şəkililəri vaxt uzatmaqda suçladı

Liqalar / Manşet

19-05-2023, 13:0

Region Liqasında sonuncu yarımfinalçının adına aydınlıq gəlib. "Xəzər Lənkəran 42" - "Marxal" duelində Şəki təmsilçisi növbəti mərhələyə adlayıb. İlk oyunda "Marxal" rəqibi 3:1 üstələsə də, sonra Lənkəran təmsilçisinin heyətində iki futbolçunun peşəkar müqaviləsinin olduğu üzə çıxmışdı. Bu üzdən cənublulara texniki məğlubiyyət (0:3) verildi. Lənkəranda keçirilən cavab görüşündə meydan sahibləri 2:0 hesablı qələbə qazansa da, bu nəticə rəqibi növbəti mərhələyə daşıdı.

“Fırtınalar meydanı”nda, azarkeşlərin güclü dəstəyi altında gerçəkləşən oyunla bağlı "Xəzər Lənkəran 42"nin təsisçisi və direktoru Höccət Hacıyevin fikirlərini öyrəndik:


"Lənkəranda futbol bayramı idi. Son dəfə stadionumuzda nə vaxt belə anşlaq olduğu yadımıza gəlmir. "Marxal"la qarşılaşmaya 5 mindən çox azarkeş toplaşmışdı. Onlar sona qədər bizə möhtəşəm dəstək verdi. Oyunda da üstün tərəf idik. 90 dəqiqəni rəqibin qapısı önündə keçirdik. Hücumlar, qol imkanları bir-birini əvəz edirdi. Rəqibə bir dəfə cərimə meydançamıza girməyə imkan vermədik. Yaxaladığımız fürsətlərdən yalnız ikisini qola çevirə bildik. Təbii ki, hakim qərəzi də “göz oxşadı”. Oyunun sonlarına yaxın yüzfaizlik penaltini vermədi. Hətta matçdan sonra rəqib futbolçu da topun əlinə dəydiyini etiraf etdi. Amma referi buna məhəl qoymadı. Bundan başqa, rəqib futbolçular 90 dəqiqə ərzində, əsasən də ikinci yarıda “vaxt öldürmək” üçün tez-tez özünü yerə atırdı. Amma ədalət təmsilçiləri itirilən vaxtı ədalətli şəkildə “sığortalamadı”. Təxminən 15 dəqiqə rəqib futbolçular bu şəkildə vaxt “yedi”. Referi isə ikinci yarıya 4 dəqiqə əlavə etdi. Şəki təmsilçisi ilk oyunda da belə hərəkətlərlə tempi aşağı salırdı. Onda da hakim vaxt itkisini 2-3 dəqiqə əlavə etməklə ört-basdır etdi. Bir sözlə, rəqib hər iki matçda bizə qarşı qorxaq futbol oynadı, hakimlər də ədalətsizlik etdi. Bizim prinsipimiz sadədi - udanda da, uduzanda da kişi kimi, qorxmadan oynamaq. Mərhələ keçməyə biz layiq idik. Sərgilədiyimiz kreativ, mübariz oyunla bunu sübut etdik. Onu da deyim ki, Şəki stadionunda oynamaq çox təhlükəlidi. Çünki qazon bərbad gündədi. Orda at yarışının keçirilməsi daha məqsədəuyğun olardı. İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət almağımızın da mübarizəni dayandırmağımızda rolu oldu. Günahımızı danmırıq, daha diqqətli olmalıydıq. Bir aya görə bu cəzanı aldıq. İlk oyundakı nəticə ləğv olunmasaydı, qarşılaşmanı uzatma dəqiqələrinə, ən pis halda penalti seriyasına daşıyacaqdıq. Qısası, bəxt də sanki bizdən üz döndərdi. Amma xöşbəxtik ki, Ləkəran stadionunda möhtəşəm ab-hava, güclü azarkeş dəstəyi var idi. Mərhələni keçə bilməsək də, oyunda və fanatlarımızın qəlbində qalibik. Bildiyiniz kimi, 1-ci divizionda mübarizə aparmaq üçün sənədlərimizi AFFA-ya təqdim etmişik. Çox ümidliyik ki, peşəkar liqada çıxışımıza icazə veriləcək. Cənub bölgəsinə böyük futbolu qaytarmaq lazımdı. İcazə verilməsə belə, əl-qolumuzu yana salmayacaq, Region Liqasında daha yaxşı çıxış etmək üçün hazırlaşacağıq. Məqsədimiz çempion olmaqdı. Bununla həm də 1-ci divizionda oynamağı haqq etdiyimizi göstərəcəyik".


"Marxal”ın təsisçisi və prezidenti Elgün Hüseynovun da oyunla bağlı fikirlərini öyrəndik:

"Lənkəranda gözəl ab-hava var idi. Cavab matçını finala bərabər oyun adlandırardım. Həddən artıq gərgin qarşılaşma oldu. Yerli azarkeşlərin dəstəyi möhtəşəm idi. "Xəzər Lənkəran 42" mərhələ keçmək üçün çox istəkliydi. Odu ki, üzərimizdə həm rəqibin, həm də azarkeşlərin güclü təzyiqi vardı. Onların sürətli hücumlarının qarşısını almaq üçün hədsiz güc sərf etdik. Bizim üçün əsas nəticə idi. İlk oyundakı üstünlüyümüzü qorumaq üçün meydanda döyüşdük. Sevinirik ki, mərhələni adlayan tərəf olduq. "Xəzər Lənkəran 42"yə növbəti mövsümdə uğurlar arzulayıram. Bu klub həqiqətən daha səviyyəli liqalarda çıxış etməyə layiqdi".


Qeyd edək ki, yarımfinalda “Marxal” - “Çinar” (Zəngilan), “Qusar” - “Arpaçay” (Şərur) görüşləri baş tutacaq.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Liqalar

16-05-2023, 14:0

Şəkililər Lənkəranda güclü təzyiqlə üzləşib - AÇIQLAMA

Aktual / Liqalar

16-05-2023, 13:0

"Xəzər Lənkəran 42"nin rəsmisi “od püskürdü”: “Şəki stadionunda at yarışının keçirilməsi daha məqsədəuyğun olardı”

Aktual / Liqalar

13-05-2023, 14:0

Höccət Hacıyev peşəkar müqaviləsi olan futbolçuların sözünə inanıb

Aktual / Liqalar

2-05-2023, 17:0

"Xəzər Lənkəran 42"nin rəsmisi azarkeşlərə səsləndi

Ölkə futbolu / Manşet

3-05-2023, 19:0

“Karvan”la “Xəzər Lənkəran 42” işini çətinə saldı - ŞƏRH

Aktual / Liqalar

13-05-2023, 18:0

AFFA "Xəzər Lənkəran 42"ni Region Liqasından niyə kənarlaşdırmayıb? - AÇIQLAMA

Aktual
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Son xəbərlər
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Daha çox
Oxunub: 192
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 167
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə