"CBC Sport" ictimaiyyəti məlumatlandıracaq

4.05.2023 23:51 496
Ölkə futbolu / Manşet
Mayın 13-də "Sabah"  Türkiyə nəhənglərindən "Beşiktaş"la xeyriyyə məqsədli yoldaşlıq görüşü keçirəcək.

Görəsən, bu oyunu hansı telekanal canlı yayınlayacaq? Klubun mətbuat xidməti bu məsələnin dəqiqləşmədiyini diqqətimizə çatdırdı. Matçı böyük ehyimalla "CBC Sport"un yayınlayacağı gözlənilir. "Football-plus.az" saytı olaraq bunu aydınlaşdırmaq üçün adı çəkilən kanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq:

"Sabah" - "Beşiktaş" oyununun kanalımız vasitəsiylə yayınlanacağı ilə bağlı hələ heç nə dəqiqləşməyib. Məsələ müsbət həllini tapan kimi bu barədə sosial şəbəkələrdəki hesabımızda ictimaiyyətə məlumat veriləcək".


ABDULLA İSMAYILOĞLU