"Football-plus.az" saytı olaraq xəbərin nə dərəcədə real olduğunu aydınlaşdırmaq üçün qəsəbə təmsilçisinin mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:
"Vild-Donald Gerye ilə maraqlanırıq. Futbolçunun komandamıza keçidində maraqlıyıq. Hazırda futbolçuyla danışıqlar gedir. Amma Geryenin Bakıda olması yalandı".
Qeyd edək ki, Vild-Donald Gerye vaxtilə ölkəmizdə “Qarabağ”la “Neftçi”nin formasını geyinib.
ABDULLA İSMAYILOĞLU