"Qarabağ" yeni mövsümün heyətini formalaşdırmaq üçün indidən işlərə start verib.
“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisi diqqət mərkəzində saxladığı bir neçə futbolçunun agenti ilə danışıqlara başlayıb. Bunlardan biri Segey Volkovdu. 20 yaşlı müdafiəçi "Krasnodar"da çıxış edir. Rusiyalı həmçinin yarımmüdafiənin solunda və sağında oynaya bilir.
Kadinin gəlişindən sonra Sergey əsas heyətdəki yerini itirib. Bu səbəbdən də Ağdam təmsilçisi müdafiəçini transfer etmək istəyir. 20 yaşlı futbolçunun komandası ilə 2023-cü il iyunun 30-a kimi müqaviləsi var.
O, "Krasnodar"ın heyətində bu mövsüm 26 matçda meydanda olub. Bu görüşlərdə 2 məhsuldar ötürmə ilə diqqət çəkib.
İLKİN SULTANLI
"Qarabağ" "Krasnodar"ın futbolçusu ilə maraqlanır
Premyer-liqa / Manşet


