Baş məşqçi postunda 9 həftə tab gətirdi

9.03.2023 18:51 227
Dünya futbolu
“Brügge” baş məşqçi Skott Parkerlə yollarını ayırıb.

“Football-plus.az” xəbər verir ki, 42 yaşlı mütəxəssis təyinatından 9 həftə sonra istefaya göndərilib. O, komandanı 2022-ci il dekabrın 31-dən çalışdırırdı. Belçika klubu Parkerin rəhbərliyi altında keçirdiyi 12 oyunda yalnız 2 qələbə qazanıb.

“Brügge” hazırda Belçika çempionatında 4-cü yeri tutur. Komanda Çempionlar Liqasının 1/8 finalının cavab oyununda “Benfika”ya uduzmaqla (1:5) mübarizəni dayandırıb. Xatırladaq ki, belçikanın son çempionu ilk oyunda da məğlub olmuşdu (0:2).