• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Samir Abasov: "Aşağı diviziona düşən komanda, demək olar ki, hər şeyini itirəcək" - MÜSAHİBƏ

Manşet / Müsahibə

8-03-2023, 14:0

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Football-plus.az” saytına müsahibə verib.

“Kimyaçılar”ın 44 yaşlı çalışdırıcısı premyer-liqanın sonuncusu olacaq komandanın elitanı tərk etməsini yanlış addım hesab edir.

- Dünənə qədər bəlkə də çoxları sonuncu olacaq komandanın elitanı tərk edəcəyini ciddi qəbul etmirdi. Ancaq AFFA-nın baş katibi Sərxan Hacıyev dünən növbəti diman prinsiplərinin qorunacağını bildirdi. Bu məsələyə münasibət bildirmənizi istərdik.

- İdman prinsiplərinə uyğun addım atılacaq ki, heç kim buna görə mübahisə etməyəcək. Sadəcə, premyer-liqanı tərk edəcək komandaya görə bütün Azərbaycan heyfsilənəcək. Öz adımızdan danışım. Sumqayıt kimi böyük şəhərin böyük futboldan uzaq düşməsi heç də yaxşı olmayacaq. Ən pisi odu ki, heç kim növbəti mövsüm divizionun qalibinin yenidən elitaya dönəcəyinə zəmanət vermir. Bölgə təmsilçilərinin premyer-liqanı tərk etməsi, həmin bölgədə futbolun ölümünə fərman verməyə bənzəyir. Elitada komanda sayını artırmaq daha yaxşıdı, nəinki kimisə aşağı salmaq. Dağıtmağa nə var ki?

Elitanı tərk edəcək komandanın azarkeşləri üzüləcək, sponsorlar kənara çəkiləcək. Biz özünəməxsus qaydaları olan futbol ölkəsində yaşayırıq. Bu vaxta kimi niyə bu məsələ aktual deyildi? Bu günə kimi heç bir klub elitanı tərk etməmişdi ki, heç kim də heç nə demirdi. İndə nə dəyişdi?

Cari mövsümdə Gəncəyə, Tovuza böyük futbol qayıdıb. Nəyi pisdi? Bölgə oyunlarında dolu tribunalar görürük ki, buna da sevinirik. Fikrimcə, kimisə elitadan aşağı salmaq məntiqsiz addımdı.


- Sözlərinizdən belə başa düşdüm ki, geridönüşə, yəni aşağı dəstədə birinci olub yenidən premyer-liqaya yüksəlməyə zəmanət olmadığından narahatsız...

- Bu qərarı verənlər bizim kimi klubları düşünmürlər. Diviziona düşsək, bu komandanı saxlamaq qeyri-mümkün olacaq. Hazırda çempionatda elitada qalmaq uğrunda mübarizə aparsaq da, sponsorlarımız var. Aaşağı yuvarlanacağımız halda onların kluba bu günkü kimi maliyyə ayıracağına kim zəmanət verə bilər?


- Bəs idman prinsipi?

- Yenə deyirəm, biz öz qayadaları olan futbol ölkəsiyik. Nə idman prinsipi? Komanda sayını artıraq. Bundan yaxşı idman prinsipi ola bilməz. İdman prinsipini qorumaq üçün bizdə hər bir məsələ relsdə olmalıdı. İngiltərədə birinci dəstəyə yuvarlanan komandaya federasiya tərəfindən səhv etmirəmsə, 24 milyon funt vəsait ayrılır. Teleyayından gələn gəlir hələ demirəm. Bizdə aşağı diviziona düşən komanda demək olar hər şeyini itirəcək. Bizdə aşağı dəstəyə düşənə nə güzəşt olunur? Həmin klub rəsmən ölür.


- Məlum açıqlama qarşıdakı oyunlarda üzərinizdə əlavə təzyiq yaradacaq?

- Onsuzda üzərimizdə təzyiq var. Biz ümumiyyətlə, sonuncu olmaq istəmirik. Qərardan asılı olmayaraq məsuliyyəti başa düşürük. Nə mən, nə də futbolçularım 10-cü pillədə olmaq istəmir.

Məncə, məlum açıqlamadan sonra qarşıdakı turlar daha gərgin məcrada keçəcək. Ancaq yenə deyirəm, azarkeşlərə görə məyus olursan. Bu gün Gəncənin dağılıb-tökülən stadionuna bu qədər azarkeş gəlirsə, buna görə sevinmək lazımdı, daha onları küsdürmək yox. Bu o demək deyil ki, mən “Kəpəz”in elitanı tərk edəcəyini düşünürəm. Sadəcə, onlardan yaxşısı elitaya gəlməyəcək.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-04-2022, 20:0

Premyer-liqanı ilk bu klub tərk edəcək

Ölkə futbolu

7-03-2023, 14:0

Premyer-liqa və Birinci divizionla bağlı planlar açıqlandı

Dünya futbolu

16-05-2022, 15:0

"Alaves" də La Liqanı tərk edir

Dünya futbolu

1-05-2022, 14:0

Son 3 mövsümdə 2-ci, ümumilikdə isə 6-cı dəfə...

Dünya futbolu

11-04-2022, 18:0

Super Liqanı tərk edəcək komanda bəlli oldu

Dünya futbolu

11-05-2022, 22:0

Premyer Liqanı tərk edən klubun yeni baş məşqçisi açıqlanıb

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə