• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sərxan Hacıyev: “Xərclərin hər birini detallı şəkildə açıqlamaq asan deyil” - MÜSAHİBƏ

Ölkə futbolu / Müsahibə

7-03-2023, 14:0

AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun hesabat konfransından sonra jurnalistlərin suallarını cavablandırıb.

"Football-plus.az" həmin müsahibəni diqqətinizə çatdırır:

- Əlavə 4 komanda I Diviziona gətiriləcək. Bu, hansı prinsiplə olacaq? Bölgələr üzrə olacaq, yoxsa sponsoru olanlar cəlb ediləcək? AFFA bu seçimi necə edəcək?

- Kriteriyalar üzrə klublara müraciət ediləcək. Ona cavab verənlər Birinci divizionda olacaq. İlk növbədə bu məsələyə baxılacaq. Əlbəttə ki, digər məsələlər də gündəmə gələ bilər. Məsələn, ola bilər hansısa komanda Region Liqasında üç ildir çıxış edir, amma elə komanda var, bir ildir çıxış edir. Yəni üç il çıxış edən komandanın diviziona gəlmək şansı daha çoxdur. Həmin komandanın dəstəkçisi ola bilər. Bir il çıxış edib, sponsorlarla gələn komanda daha yaxşıdır, nəinki üç ildir Region Liqasında oynayıb, diviziona gəlib mövsümün yarısında iştirakını dayandıranlar.


- Hər dəfə deyirsiz ki, 10-cu olan komanda premyer-liqanı tərk edəcək. Bəs diviziondan neçə komanda gələcək?

- Bəli, bir komanda bu il premyer-liqanı tərk edəcək. Təbii ki, sonuncu yeri tutan. Buna görə, Premyer Liqa klubları bunu nəzərdə saxlasın. Bəli, diviziondan bir komanda idman prinsipləri qorunaraq, yüksək liqaya gələcək. Komandalarının sayının artırılması bu dəqiqə müzakirə mövzusu deyil.


- Birinci divizion klublarına dövlət tərəfindən maliyyə ayrılacağını dediniz. Ola bilər ki, divizionda 10 yox, çox komanda olsun?

- Gələn mövsüm üçün yox. Nəzərdə tutulub ki, 10 komanda olsun. Çünki dövlət tərəfindən ayrılacaq büdcə də 10 komanda üçündür. Gələcək illərdə büdcə artırılsa, baxa bilərik. Amma hazırda ayrılan məbləğ ancaq 10 komandalıq büdcədir.


- Seçim çətin olmayacaq sizin üçün?

- Çətinlik ola bilər. Lakin PFL tərəfindən qeyd edilən kriteriyalar var. Elə format olmayacaq ki, kim istəyir gəlsin divizionda çıxış etsin. Klubun öz stadionu olmalıdır. İdeya odur ki, 4 komandanın hamısı region təmsilçisi olsun. Region komandası, öz şəhərində oynamırsa, birmənalı şəkildə müzakirəyə çıxarılmayacaq. Region Liqasında bir şəhəri təmsil edib, başqa şəhərdə oynamaq var. Amma belə komandaların I Divizionda iştirakı müzakirə olunmayacaq. Məbləğ veriləcək, komandaların hamısı iştirak etmək istəyəcək. Kriteriyalar ona görə yaranıb ki, seçim etmək mümkün olsun. Elə komanda gəlsin ki, çempionatın yarısından çıxmasın.


- Dediz ki, regionlarda stadionlar tikiləcək. Onlar arasında işğaldan azad edilmiş yerlər var?

- Hazırda sırf o regionlarla bağlı müəyyən müzakirələr gedir. Ona görə dəqiq məlumat verə bilmərəm. Növbəti həftələrdə müzakirə olunacaq. Lakin bir regionu qeyd edə bilərəm ki, belə fikir var. Tərtərdə stadion tikiləcək, infrastruktur yaradılacaq.


- “Səbail” turnir cədvəlinin sonuncu pilləsindədi. Onlar hansısa bölgəni təmsil edə bilər. Premyer-liqadan düşsə, hansısa bölgəyə köçürülə bilər?
- Hazırda bununla bağlı ciddi şəkildə müzakirələr yoxdur.


- Birinci divizion klublarına nə qədər vəsait ayrılacaq?
- 10 komandaya 3 milyon, yəni bir komandaya 300 min manat.


- Region Liqasından hansı klublar sizə müraciət edib?
- “Füzuli” müraciət etmişdi. “Difai” də həmçinin. Ola bilər ki, hansısa komandaları yaddan çıxarım. Bir neçə komanda müraciət edib. Lakin həmin komandalarla kriteriya məsələsi müzakirə edilməyib.


- Tərtərdə stadion tikiləndən sonra MOİK ora köçürülə bilər?

- Xeyr, belə söhbət müzakirə mövzusu deyil.


- Futzalda sanki İran və Əfqanıstan çempionatı keçirilir. İnkişaf istəyiriksə, niyə bu qədər legioner gətirilir. Ölçü götürəcəksiz?

- Hazırda bu məsələ AFFA-da rəhbərlik tərəfindən və futzal federasiyası tərəfindən ən aktiv müzakirə olunan məsələlərdən biridir. Gələn ildən Yüksək Liqada çıxış edən legioner məsələsinə limit və kriteriyaların tətbiq edilməsi ciddi şəkildə müzakirə edilir. Məsələn, ola bilsin ki, Yüksək Liqada çıxış edən legioner öz ölkəsinin yüksək liqasında və ya millisində oynamalıdır. Məsələn, Əfqanıstan yığmasının üzvü olmalıdır ki, liqamızda iştirak etsin. Misal üçün deyirəm. Müzakirələr gedir.


- Premyer-liqadakı süni örtüklü meydanlar təbiiyə keçirilə bilər?

- Həm Bayılda, həm Tovuzdakı stadionda süni örtük yeni salınıb. Bu gün üçün müzakirə olunmur. Çünki belə məsələlər sonda müəyyən maliyyəyə gətirib çıxarır. Təbii ot olduğu halda, yanında məşq üçün də meydançalar olmalıdır. Sünii örtükdə bir neçə məşq etmək mümkündür. Təbii örtüyə keçmək büdcə tələb etdiyindən, hazırda müzakirə edilmir.


- Hesabatda bənd var. Digər xərclər 6 milyondur. Onlar nədir?

- O xərclər müxtəlif tədbirlərin keçirilməsinə xərclənib. Tədbirlər, milli komandaların səfərləri zamanı baş verən hadisələrə görə ola bilər. Böyük tədbirlərin də keçirilməsində gözlənilməz xərclər ola bilər. Bir tədbir yox, ilboyu bir çox komandalarımız səfərlər edir. İstənilən sahədə müəyyən nəzərdə tutulmayan xərclər ola bilər.


- Sosial şəbəkələrdə bununla bağlı müzairələr edilir. Olmaz ki, tam açıqlansın?

- Digər xərclər elə məsələdir ki, istənilən halda, detallı şəkildə hər birini açıqlamaq mümkün olmur. Gözlənilməz şəraitdə baş verən xərcləri detallı şəkildə demək asan olmur. Ona görə, məcbr olaraq digər xərclər kimi göstəririk.


- 2023-cü ildə idman jurnalistləri arasında tədbirlər nəzərdə tutulub?

- Belə ideyamız var. Amma sırf jurnalistlərin arasında deyil. Ola bilər ki, bir neçə seqmenti əhatə edən turnirlərimiz olsun, jurnalistlər orada iştirak etsin.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

7-03-2023, 14:0

Premyer-liqa və Birinci divizionla bağlı planlar açıqlandı

Ölkə futbolu / Manşet

23-10-2022, 19:0

Höccət Hacıyev AFFA-nın komandanı diviziona buraxacağına ümid edir

Ölkə futbolu / Manşet

28-07-2022, 17:0

Taleh Gülməmmədov: “Çox güman, nəzərlərində hansısa bir komanda var və onu 1-ci diviziona buraxacaqlar”

Ölkə futbolu / Manşet

20-07-2022, 13:0

Dövlət divizion klublarına da vəsait ayıracaq - AÇIQLAMALAR

Ölkə futbolu / Manşet

28-07-2022, 16:0

Altı klubu birinci diviziona buraxmayan AFFA problemin həllini tapdı – RƏSMİ AÇIQLAMA

Ölkə futbolu / 1-ci liqa

28-07-2022, 11:0

AFFA 6 klubun heç birini 1-ci diviziona buraxmadı

Aktual
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
Son xəbərlər
  • Bu gün, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • Dünən, 23:50
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • Dünən, 23:10
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • Dünən, 22:45
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • Dünən, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Dünən, 21:50
    "Zirə" "Torpedo"nu darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Dünən, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Dünən, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Dünən, 19:34
    "İmişli"də yeni təyinat
  • Dünən, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Dünən, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Dünən, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Dünən, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Dünən, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Dünən, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Dünən, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Dünən, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Dünən, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Dünən, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Dünən, 15:07
    "İmişli"dən növbəti transfer
  • Dünən, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Dünən, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Dünən, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Dünən, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Dünən, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Dünən, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Dünən, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 11:23
    Klubunda hamını arxada qoydu
  • Dünən, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Dünən, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Dünən, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 139
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 133
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə