Fifa "The Best" mükafatlarının təltifetmə mərasimini keçirib.
Football-plus.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə təşkil olunan tədbirdə 2022-ci ilin ən yaxşıları mükafatlandırılıb. 2016-cı ildən verilən bu ada 2-ci dəfə Lionel Messi layiq görülüb. PSJ və Argentina yığmasının hücumçusu 2019-cu ildəki uğurunu təkrarlayıb. O, bununla da, Kriştiano Ronaldo və Robert Levandovskiyə çatıb. 1 dəfə isə bu mükafatı Luka Modriç qazanıb.
Digər nominasiyalarda da mükafatlar öz sahiblərini tapıb. Qaliblərin siyahısını təqdim edirik:
İlin ən yaxşı qadın qapıçısı: Meri İrps (İngiltərə, Mançester Yunayted)
İlin ən yaxşı qapıçısı: Emiliano Martinez (Argentina, Aston Villa)
Puşkaş mükafatı: Marçin Oleksi (Polşa, Varta)
İlin ən yaxşı qadın məşqçisi: Sarina Viqma (Niderland, İngiltərə yığması)
İlin ən yaxşı məşqçisi: Lionel Skaloni (Argentina, Argentina yığması)
İlin feyr-pley mükafatı: Luka Loçoşvili (Gürcüstan, Klemoneze)
İlin azarkeşi: Argentina millisinin azarkeşləri
İlin qadın futbolçusu: Aleksiya Putelyas (İspaniya, Barselona)
İlin futbolçusu: Lionel Messi (Argentina, PSJ)
İlin rəmzi yığması (qadınlar): Kristian Endra, Lusi Bronz, Maria Leon, Lea Uilyams, Vendi Renar, Aleksiya Putelyas, Keyra Ualş, Lena Oberdorf, Aleks Morqan, Sam Kerr, Bet Mid.
İlin rəmzi yığması (kişilər): Tibo Kurtua, Əşrəf Hakimi, Joao Kanselo, Vircil van Dayk, Kevin de Brüyn, Luka Modriç, Kasemiro, Lionel Messi, Kilyan Mbappe, Kərim Benzema, Erlinq Haaland.